Gürcüstan hökuməti ölkənin qərbindəki rayonlarda qaz kəmərlərinin SOCAR Gas Georgia şirkətinə birbaşa satışını təsdiqləyib.
GDP xəbər verir ki, bu qərar çərçivəsində şirkət qaz kəmərlərini 19,8 milyon lariyə (təxminən 7 milyon ABŞ dolları) alacaq. Müvafiq sərəncamı Baş nazir İrakli Kobaxidze imzalayıb.
Söhbət İmereti, Quriya və Sameqrelo-Zemo Svaneti bölgələrinin kəndlərində yerləşən 41 qaz kəmərinin özəlləşdirilməsindən gedir. Özəlləşdirmə prosesi 17 il üçün nəzərdə tutulub və dövlətə ödənişlər 2032-ci ildən başlayacaq. Şirkət hər il təxminən 2 milyon lari olmaqla 10 il ərzində ödənişlər edəcək.
Hazırda SOCAR Gürcüstanın əsas təbii qaz, neft və neft məhsulları təchizatçısıdır.