Təkrar gəlirlər balansı üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 1.4 milyard ABŞ dolları təşkil edib.
GDP xəbər verir ki, bu əməliyyatlar çərçivəsində daxilolmalar 969.4 milyon ABŞ dolları, ödənişlər isə 478.4 milyon ABŞ dolları təşkil edib.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 87.5%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 10.7%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.8%-ni isə digər daxilolmalar təşkil edib.
Ölkəyə göndərilən pul baratlarının həcmi 33.7% azalaraq 848.5 milyon ABŞ dollarına düşüb. Bununla yanaşı, ölkədən köçürülən pul baratlarının həcmi 1.6% artaraq 408.3 milyon ABŞ dolları olub. Nəticədə, pul baratları üzrə 440.2 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb.