SOCAR Türkiyə-nin Baş İcraçı Direktoru Elçin İbadov, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovun Vaşinqtonda keçirilən nüfuzlu tədbirdə iştirakını yüksək qiymətləndirib.
GDP xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Vaşinqtonda baş tutan tədbirdə Bakı Fond Birjasının rəhbəri Ruslan Xəlilov, Azərbaycanın iqtisadi və maliyyə gələcəyinə dair panel müzakirələrində iştirak edib.
Elçin İbadov sosial media hesabında paylaşdığı fikirlərində, gənc peşəkarların beynəlxalq səviyyədə əldə etdiyi uğurların qürurverici olduğunu vurğulayıb. O, uzun illər əvvəl tanıdığı Ruslan Xəlilovun intellektual marağı, intizamı və öyrənməyə bağlılığının şahidi olduğunu xatırladaraq, onun bu gün Azərbaycanın maliyyə sektorunu beynəlxalq platformada təmsil etməsindən ilham aldığını bildirib.
SOCAR-ın rəhbəri Azərbaycanın gələcəyinin məhz belə bacarıqlı və düşüncəli liderlər tərəfindən formalaşdırılacağını qeyd edərək, Ruslan Xəlilova və Bakı Fond Birjasının bütün komandasına davamlı uğurlar arzulayıb.

