İlyas Nuriyev “Troni İnvestisiya Şirkəti” QSC-nin direktor müavini vəzifəsinə təyin edilib. Bu barədə agentliyə şirkətdən məlumat verilib.
İlyas Nuriyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) alıb. O, UNEC-də maliyyə ixtisası üzrə bakalavr, daha sonra MBA proqramı üzrə magistr təhsili bitirib.
Peşəkar fəaliyyətinə “Neftmaştəmir” ASC-də mühasib kimi başlayan İlyas Nuriyev, 2018-ci ildən etibarən İqtisadiyyat Nazirliyinin Sənaye və Layihələrin idarə olunması şöbələrində çalışıb. Onun nazirlikdəki fəaliyyəti dövründə bir sıra layihələrin idarə olunmasında və sənaye sahəsində iqtisadi təhlillərin aparılmasında iştirakı olub.
2026-cı ilin aprel ayında “Troni İnvestisiya Şirkəti” QSC-nin direktor müavini vəzifəsinə təyin edilən İlyas Nuriyev yeni vəzifəsində investisiya layihələrinin idarə olunması və şirkətin strateji inkişafı istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Troni İnvestisiya Şirkəti” QSC müxtəlif sahələrdə investisiya fəaliyyəti ilə məşğul olur.

