Mərkəzi Bankın sədri Taleh Kazımov Mentorluq proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fatimə Eyyub və Şəhriyar Həsənverdiyev ilə görüşüb.
Sədr Taleh Kazımov qalibləri təbrik edərək proqramın əhəmiyyətindən və bu çərçivədə yaradılan inkişaf imkanlarından danışıb. O, şəxsi təcrübəsindən praktik nümunələri və tövsiyələrini bölüşərək qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə proqram çərçivəsində qaliblərin fərdi inkişaf planlarının hazırlanması, onların maraq dairəsinə uyğun istiqamətlərin müəyyənləşdirilməsi və qarşıdakı mərhələdə həyata keçiriləcək fəaliyyətlər geniş müzakirə olunub.
Qaliblər öz növbəsində Mərkəzi Bankın sədrinə göstərilən diqqət və dəstəyə, həmçinin yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər.


