İran və ABŞ arasında atəşkəs xəbəri ilə Amerika fond indeksləri inamlı şəkildə yüksəlir
GDP xəbər verir ki, çərşənbə günü ticarətin açılışında Amerika fond indeksləri ABŞ və İran arasında iki həftəlik atəşkəs razılığı xəbəri ilə kəskin yüksəliş qeyd edir.
Neft şirkətlərinin səhmləri ucuzlaşır, o cümlədən Exxon Mobil Corp. – 7,6%, Chevron Corp. – 6%, Occidental Petroleum Corp. – 8,9%.
Eyni zamanda, turizm sektoru şirkətlərinin səhmləri inamla bahalaşır. American Airlines Group Inc., United Airlines Holdings Inc. və Delta Air Lines Inc. aviaşirkətlərinin səhmlərinin kotirovkaları müvafiq olaraq 10%, 12,2% və 12% yüksəlib.
Dow Jones çərşənbə günü Bakı vaxtı ilə saat 16:50-yə olan məlumata görə 3,06% yüksələrək 48008,29 bənd təşkil edib.
S&P 500 göstəricisi 2,55% artaraq 6785,87 bəndə çatıb.
Nasdaq indeksi 3,2% qalxaraq 22720,07 bənd olub.

