İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində ümumilikdə 237 yeni, tam təmirli mənzil vətəndaşlara satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində təqdim edilir.
Fonddan GDP-yə verilən məlumata görə, 1, 2 və 3 otaqlı mənzillərin aylıq ödənişləri 925 manatdan başlayır. Yaşayış sahələri ilə tanışlıq və seçim aprelin 28-də saat 15:00-dan etibarən açıq olacaq.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin tam siyahısı ilə Fondun təqdim etdiyi keçid vasitəsilə tanış ola bilərlər.
Prosesin qaydaları, müraciətlərin qəbulu, seçim və rəsmiləşdirmə ilə bağlı ətraflı məlumatı Fondun rəsmi saytı (www.mcgf.gov.az), YouTube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu) və “1549” Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9306 kirayə müqaviləsi bağlanıb.

