Brent neftinin qiyməti 2025-ci ilin oktyabrın 7-dən bəri ilk dəfə 108 dollardan yuxarı qalxıb
GDP xəbər verir ki, ICE birjasında bu markalı neftin iyun fyuçersinin qiyməti 2,64% artaraq barelə görə 108,11 dollar təşkil edib.
Neft qiymətləri, İran və ABŞ arasında sülh danışıqlarını bərpa etmək cəhdlərinin dalana dirənməsi səbəbindən yüksəlib, Bloomberg yazır.
Həftə sonu ABŞ prezidenti Donald Tramp danışıqlarda vasitəçi rolunu oynayan Pakistana danışıq aparanların planlaşdırılan səfərini ləğv edib, İran isə ona hədə-qorxu gələrsə, danışıqlar aparmayacağını bildirib.

