Close Menu
    What's Hot

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026
    Trending
    • AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026
      Recent

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Rəsmi » İlham Əliyev: “Artıq doqquz ildir ki, valyutamız sabitdir”
    Rəsmi

    İlham Əliyev: “Artıq doqquz ildir ki, valyutamız sabitdir”

    28 Aprel 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “Auditoriyanı məlumatlandıra bilərəm ki, Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir. Çox illər ərzində, artıq doqquz ildir ki, valyutamız sabitdir. Əslində, məzənnə dəyişməz olaraq qalır. 2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir. Düşünürəm ki, bu, hər hansı yerli və xarici potensial sərmayədar üçün mühüm göstəricidir. Son iyirmi il ərzində Azərbaycana sərmayə kimi 350 milyard ABŞ dolları yatırılmışdır və onun demək olar ki, yarısı xarici tərəfdaşlardan daxil olmuşdur. Bir sözlə, müsbət sərmayə iqlimi, əlbəttə ki, əsas hədəf idi. Çünki aydındır ki, sərmayələr olmasa, heç bir iqtisadiyyat inkişaf edə bilməz, xüsusilə də beynəlxalq gündəliyin qarışıq vaxtlarında”.

    GDP xəbər verir ki, Aprelin 27-də Qəbələdə Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirirb.

    Prezident çıxışına belə davam edib:

    “Biz borcalmanı azaldaraq maliyyə sistemimizin gücləndirilməsinə nail olduq. Əslində, biz xarici borcu aşağı salmaq üçün bir neçə il əvvəl əsas borcalmaları dayandırdıq. Hazırda biz yenidən borcalmaya başladıq, çünki indi xarici borc ÜDM-in cəmi 6,1 faizini təşkil edir.

    İnfrastruktur layihələri. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş sahələrində yenidənqurmaya gəldikdə, görüləsi işlər çoxdur. Beləliklə, biz Dünya Bankı, AYİB, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və Sərmayə Bankı və digər aparıcı maliyyə təsisatları ilə artıq fəal işə başlamışıq. Məqsəd qarşımızda olan mühüm layihələrin icrasında daha çox dinamika yaratmaqdır. Beynəlxalq təcrübəyə gəldikdə, biz, həmçinin qeyd edə bilərik ki, “Moody’s” Reytinq Agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlu sərmayə reytinqi səviyyəsinə qaldırıb. Düşünürəm ki, bütün bunlar Azərbaycana pul vəsaitlərinin qoyulması üçün münasib məkan olması barədə investorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasi sabitlik, sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var.

    İkitərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə, əvvəlcə bildirmək istərdim ki, biz Avropa İttifaqından ilk kənar ölkəyə – Azərbaycana səfər etdiyinə görə Baş nazir Babişə çox minnətdarıq. Biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var. Biz Azərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq. Bu gün biz təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər saldıq.

    Nəticə verən sahələrdən biri müdafiə sənayesidir. Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır. Biz Çexiyanın şirkətləri ilə artıq bir neçə müqavilə imzalamışıq. Hazırda fəaliyyət dairəsini artırmağı və birgə istehsalata başlamağı planlaşdırırıq. Elə danışdığımız zaman heyətlərimiz bunun üzərində işləyir. Bu, istənilən ölkə üçün, xüsusən də müharibə və münaqişələrin yağışdan sonra göbələk kimi artdığı dövrdə çox mühüm sahədir. Hər bir ölkə öz suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını müdafiə etməyə hazır olmalıdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz böyük artım potensialı olan bu sahədə əməkdaşlıq üçün çox güclü əsas qoyduq.

    Həmçinin bu gün cənab Baş nazirlə birgə qəbul etdiyimiz qərarlar arasında Birgə İqtisadi Komissiyanın həmsədrliyinin səviyyəsinin nazirlər səviyyəsinə qaldırılması və Birgə Hökumətlərarası Komissiyasının iclasının təşkili də var idi. Yaxşı olardı ki, bu iclas bu il keçirilsin. Birgə Hökumətlərarası Komissiyanın iclası sonuncu dəfə 3 il bundan əvvəl keçirilmişdir. Beləliklə, bir çox məsələlər üzərində iş gedir. Biz bu məsələlərin gedişi barədə xəbərdar edilməliyik, informasiya mübadiləsi aparılmalıdır, biznes ictimaiyyəti istiqamətləndirilməlidir və onlar üçün daha yaxşı mühit təmin edilməlidir.

    Ölkəmiz üçün prioritet sayılan sahələrdə Azərbaycana yatırıla biləcək potensial investisiyalara gəldikdə, birinci sahə əlbəttə ki, sənayenin inkişafıdır və birgə istehsaldır. Biz nəqliyyat infrastrukturunun aparıcı istehsalçıları ilə Azərbaycanda birgə müəssisə yaratmaq məqsədilə Çexiyanın çox məşhur olan nəqliyyat sektorunu geniş müzakirə etdik.

    Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır. Bunun üçün çoxlu sahə işləri aparılmalıdır. Əlbəttə ki, bu, sahələrdən biri ola bilər.

    Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var. Beləliklə, Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə, hətta Şimaldan Cənuba və Cənubdan Şimala təhlükəsiz və etibarlı tranziti təmin edir. Biz hər iki dəhlizin kəsişməsində yerləşirik və son illərdə infrastruktura geniş investisiyalar ilə biz bir çox ölkələrə lazım olan bu böyük aktivi artıq yaratmışıq.

    Turizm, əlbəttə ki, tərəfdaşlığın önəmli sahəsi ola bilər. Hər iki ölkənin zəngin tarixi, mədəniyyəti, abidələri, təbiəti var. Yeri gəlmişkən, bugünkü forum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədim parçası olan bir yerdə keçirilir. Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bu gün deyərdim ki, Azərbaycanın turizm paytaxtıdır. Biz əlbəttə ki, əlaqələr, xalqlararası təmaslar, mövcud olan, lakin planlarımızı nəzərə alaraq artırmalı olduğumuz hava yolu əlaqəsi üzərində çalışmalıyıq.

    Biz, həmçinin Azərbaycanın regionda artıq önəmli rol oynadığı hava ilə yükdaşımaları sahəsində potensial əməkdaşlığı müzakirə etdik. Bir çox digər sahələr də var. Əlbəttə ki, qeydlərimizdə bütün məsələləri əhatə etmək mümkün deyil. Lakin mən əminəm ki, biznes dairələri bu gün biznesin qurulması və dostyana mühitin yaradılması üzrə potensiala dair aydın anlayışla bir araya gəliblər. Ümid edirəm ki, Çexiya və Azərbaycandan olan biznes dairələrinin nümayəndələri həm də yaxşı dost olacaqlar. Bu dostluğun təməli bu gün qoyulacaq və o, davam edəcəkdir.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Qeyri-formal məşğulluğa qarşı risk əsaslı elektron audit mexanizmi yaradılacaq

    20 İyul 2026

    İlham Əliyev: “Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik. Avstriya və Almaniyaya da qaz ixracına başlamışıq”

    13 İyul 2026

    Xarici valyuta vəsaitlərini geri qaytarmamağa görə sanksiyalar ləğv edilir

    10 İyul 2026

    Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb

    06 İyul 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.