Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən, 2026-cı il aprelin 1-nə dövlət borcunun ümumi həcmi 24.464,7 milyon manat təşkil edib ki, bu da həmin il üzrə proqnozlaşdırılan ÜDM-in (130.873,5 milyon manat) 18,7 faizidir.
Nazirlikdən bildirilib ki, ümumi borcun 7.971,8 milyon manatı (4.689,3 milyon ABŞ dolları) və ya 32,6 faizi xarici dövlət borcu, qalan 16.492,9 milyon manatı və ya 67,4 faizi isə daxili dövlət borcudur.

