Close Menu
    What's Hot

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026
    Trending
    • AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026
      Recent

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » “Rabitəbank” 10 milyon dollarlıq saziş imzalayıb
    Bank

    “Rabitəbank” 10 milyon dollarlıq saziş imzalayıb

    09 İyun 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    16–19 iyun tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Özəl Sektor Forumunda (PSF 2026) Rabitəbank üçün mühüm əhəmiyyət kəsb edən növbəti beynəlxalq əməkdaşlıq razılaşması əldə olunub.

    GDP Banka istinadən xəbər verir ki, Forum çərçivəsində İslam İnkişaf Bankı Qrupuna daxil olan Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə Rabitəbank arasında 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə razılaşması imzalanıb.

    Yeni maliyyələşmə xətti Azərbaycanın real sektorun, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin ticarət əməliyyatlarının maliyyələşdirilməsinə, bizneslərin dövriyyə kapitalına çıxış imkanlarının genişləndirilməsinə və alternativ maliyyə həllərinin inkişafına dəstək verəcək.

    Forumun “Regional Əlaqəlilik üçün Ticarət Həllərinin Gücləndirilməsi” adlı panel müzakirəsində Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov spiker qismində çıxış edərək Azərbaycanda İslam maliyyəsinin inkişaf perspektivləri, alternativ ticarət maliyyələşdirmə alətlərinin yaratdığı imkanlar və qarşıda duran çağırışlar barədə fikirlərini bölüşüb.

    Aydın Hüseynov bildirib ki, Rabitəbank İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığa 2023-cü ildən başlayıb və həmin il ITFC ilə ilk 10 milyon ABŞ dolları məbləğində saziş imzalanıb. Daha sonra 2024-cü ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə növbəti əməkdaşlıq razılaşması əldə olunub. Bu tərəfdaşlıqlar bankın İslam maliyyəsi məhsullarının hazırlanması və bazara təqdim olunması istiqamətində mühüm təcrübə qazanmasına şərait yaradıb.

    Çıxışında İslam maliyyəsinin yalnız dini prinsiplərə üstünlük verən sahibkarlar üçün deyil, bütün biznes subyektləri üçün alternativ maliyyələşdirmə aləti olduğunu vurğulayan Aydın Hüseynov qeyd edib ki, bu sahə xüsusilə KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi, yeni beynəlxalq kapital mənbələrinin cəlb olunması və sərhədlərarası ticarətin inkişafı baxımından böyük potensiala malikdir.

    O, həmçinin vurğulayıb ki, İslam maliyyəsinin inkişafı istiqamətində Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi Rəqəmsal Tənzimləyici “Sandbox” mexanizmi innovativ maliyyə məhsullarının tətbiqinə əlverişli şərait yaradıb. Məhz bu platforma vasitəsilə Rabitəbank cari ilin Fevral ayından etibarən Murabaha və Mudaraba məhsullarının satışına başlayıb. Hazırda Rabitəbank Azərbaycanda Murabaha və Mudaraba məhsullarını birlikdə təqdim edən ilk və yeganə bankdır.

    Qeyd edək ki, Rabitəbank beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirərək ölkədə alternativ maliyyə həllərinin inkişafına, sahibkarlığın maliyyələşdirilməsinə və Azərbaycan biznesinin beynəlxalq ticarət imkanlarının artırılmasına töhfə verməyə davam edir. Bank ölkənin aparıcı kommersiya banklarından biri olaraq fərdi və korporativ müştərilərə geniş çeşiddə maliyyə xidmətləri təqdim edir. Bank innovativ həllər, beynəlxalq tərəfdaşlıqlar və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq müştərilərinə müasir bankçılıq xidmətləri göstərir.

    “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat Bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

    Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platformasıvə 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

    Press1 Press2 press3 press4 press5 press6 press7 press8 press9

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

    06 Avqust 2026

    BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

    05 Avqust 2026

    Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

    05 Avqust 2026

    Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

    05 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.