Azərbaycanda yeni dəstək mexanizmləri çərçivəsində qeyri-neft ixracı üzrə nəqliyyat xərclərinin müəyyən edilmiş limitlər daxilində 70%-dək hissəsinin kompensasiyası nəzərdə tutulur.
GDP.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Nazir bu mexanizmi qeyri-neft ixracının və əlavə dəyər yaradan istehsalın genişləndirilməsi istiqamətində görülən tədbirlər sırasında qeyd edib.
Müxtəlif: Aynur Qəniyeva

