Azərbaycan iqtisadi siyasətdə yalnız ölkə daxilində yaradılan əlavə dəyərə deyil, milli kapitalın və şirkətlərin xaricdə yaratdığı dəyərə də daha çox diqqət yetirməyə başlayır.
GDP.AZ xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın ÜDM-dən (ümumi daxili məhsul) ÜMM-ə (ümumi milli məhsul) doğru fokuslandığını bildirib.
“Biz ÜDM-dən ÜMM-ə yenidən fokuslanırıq”, – nazir qeyd edib.
M.Cabbarovun sözlərinə görə, bu istiqamət Azərbaycanın dövlət və özəl şirkətlərinin xarici bazarlardakı fəaliyyətinin və investisiyalarının genişlənməsi ilə müşayiət olunur.
Nazir bildirib ki, ölkə enerji aktivləri, insan kapitalı və nəqliyyat-bağlantı imkanlarının kəsişməsində yerləşən milli üstünlüklərdən daha səmərəli istifadə etməyə çalışır.
Onun sözlərinə görə, Azərbaycan regional iqtisadi inteqrasiyaya diqqəti davam etdirir və bu proses qeyri-neft ixracının artımına da töhfə verir.

