Böyük Britaniyanın qızıl və mis hasilatçısı “Anglo Asian Mining” qrupuna daxil olan “Azerbaijan International Mining Company Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi 2026-cı ilin yanvar–avqust aylarında 245,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
GDP xəbər verir ki, ötən ilin eyni dövründə şirkətin ixracının dəyəri 74,7 milyon dollar təşkil etmişdi. Beləliklə, illik müqayisədə ixrac 171 milyon dollar və ya təxminən 3,3 dəfə artıb.
Bu göstərici ilə “Azerbaijan International Mining Company Limited”in Azərbaycandakı nümayəndəliyi qeyri-dövlət ixracatçıları arasında birinci yerdə qərarlaşıb.
“Anglo Asian Mining” qrupunun son illərdə inkişaf strategiyasının əsas istiqamətlərindən biri mis istehsalının genişləndirilməsidir. Şirkət qızıl hasilatı ilə yanaşı, misin istehsal portfelindəki payını əhəmiyyətli şəkildə artırmağı hədəfləyir.
Bu strategiya çərçivəsində “Gilar” mədənində istehsala 2025-ci ilin mayında başlanılıb. Şirkətin məlumatına görə, “Dəmirli” mis mədənində də istehsal və istismara vermə prosesi 2025-ci ilin iyununda başlayıb.
“Anglo Asian Mining”in strategiyasına əsasən, “Gilar” və “Dəmirli” layihələri qrupun əsas məhsul kimi misə yönələn orta

