İtaliya Azərbaycana ərzaq məhsulları və içkilərin tədarükünü artırmağı hədəfləyir.
GDP xəbər verir ki, iyunun 19-da İtaliya Ticarət Agentliyinin Bakı ofisi İtaliyanın Azərbaycandakı səfirliyi ilə birgə Made in Italy brendi altında qida və şərab sektorunda məhsulların təşviqi məqsədilə silsilə tədbirlər təşkil edib.
Bu tədbirlərin bir hissəsinə yeyinti və şərab sənayesində fəaliyyət göstərən 13 İtaliya şirkətinin Azərbaycana səfəri, əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Bakıda onlar üçün ikitərəfli görüşlərin təşkili daxildir.
Səfir bəyan edib ki, bugünkü tədbirlərin məqsədlərindən biri Azərbaycan ilə qida və içkilər sahəsində əlaqələri gücləndirmək və bu malların Azərbaycan bazarına idxalını artırmaqdır.
“İtaliya ixracının strukturunda ərzaq və içkilərin ixracı əsas yerlərdən birini tutur. Azərbaycana içki və qida məhsullarının ixracının artımı 13% təşkil edib, lakin biz bu göstəricini artırmağa yönəlmişik”, – diplomat bildirib.
O, həmçinin Azərbaycanla əməkdaşlığın İtaliya tərəfi üçün vacib olduğunu qeyd edib.
“Biz əlaqələri inkişaf etdirmək üçün bir sıra beynəlxalq tədbirlərdən istifadə edəcəyik, o cümlədən noyabrda Bakıda keçiriləcək COP29”.
Trending
- Neftin qiyməti 104,07 dollara qalxıb
- Qlobal bazarlarda son vəziyyət
- Bloomberg: “ABŞ neftin qiymətinin 200 dollar olacağı ssenariyə hazırlaşır”
- Ağ Ev:”Tramp mayın 14-15-də Pekində Si Cinpinlə görüşəcək”
- Fransa Mərkəzi Bankı 129 ton qızılını ABŞ-dan Fransaya köçürüb
- Şahin Mahmudzadə: “Davamlı maliyyə üçün inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı vacibdir”
- Deutsche Bank: İran böhranı dolların domanantlığına təhlükə yaradır
- Neft yenidən ucuzlaşdı – Brent 101 dolları keçə bilmir

