Avropa İttifaqı (Aİ) iyulun 4-dən Çindən gələn elektrik avtomobillərinə ilkin müvəqqəti rüsumlar tətbiq edəcək,
GDP xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat açıqlayıb.
Rüsumların məbləği 17,4%-dən 37,6%-ə qədərdir (konkret istehsalçıdan asılı olaraq), onlar uzun illər qüvvədə olan 10 %-lik rüsumlara əlavə olunacaqlar.
Aİ Pekinin öz istehsalçılarına verdiyi dövlət dəstəyindən narazıdır Brüssel bu sahədə dövlət subsidiyalarının Avropa sənayesinə zərər verə biləcəyinə inanır.