İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlirləri və xərcləri 38 milyon 880 min manat artırılıb.
Prezident İlham Əliyev bununla bağlı “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 milyard 811 milyon 428 min 292 manatdan 2 milyard 850 milyon 308 min 292 manata qaldırılıb.