Close Menu
    What's Hot

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026
    Trending
    • AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026
      Recent

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » ABB Özbəkistanda bank alır və süni intellektlə bankçılığı dəyişir-ABB-nin rəhbəri Abbas İbrahimovun müsahibəsi
    Bank

    ABB Özbəkistanda bank alır və süni intellektlə bankçılığı dəyişir-ABB-nin rəhbəri Abbas İbrahimovun müsahibəsi

    16 Aprel 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ABB 2025-ci ili rekord mənfəətlə başa vurub – səhmdarlara 200 milyon manat dividend təklif olunur. Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov müsahibəsində bankın 2025-ci ilin yekunları, qarşıdakı səhmdarlar yığıncağı, beynəlxalq genişlənmə planları və süni intellekt sahəsindəki yenilikləri açıqlayıb.

    GDP müsahibəyə istinadən xəbər verir ki, ABB Maliyyə Qrupu 2025-ci ili 404,491 milyon manat xalis mənfəətlə başa vurub. Bu, bankın tarixində ən yüksək mənfəət göstəricisidir. Menecmentin təklifi ilə 7 may 2026-cı ildə keçiriləcək səhmdarların növbəti ümumi yığıncağında 200 milyon manat məbləğində dividend ödənişi müzakirəyə çıxarılacaq. Təklif qəbul olunarsa, səhmdarlar nominal qiymətdən 15,6 faiz dividend gəliri əldə edəcəklər. ABB son 8 ildir ardıcıl olaraq dividend ödəyir və iki ildir ki, gəlirlərini 30 mindən çox səhmdarı ilə bölüşür.

    ABB-nin 2026-2028-ci illər strateji inkişaf planının əsas hədəflərindən biri coğrafi genişlənmədir. Bank Özbəkistanın maliyyə bazarına daxil olmaq niyyətindədir. Hədəf ölkənin özəl banklarından birində nəzarət səhm paketini əldə etməkdir. Abbas İbrahimov bu addımın Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının dərinləşməsinə, həmçinin ABB-nin rəqəmsal innovasiyalarının təxminən 40 milyon əhalisi olan Özbəkistan bazarında tətbiqinə imkan yaradacağını vurğulayıb.

    Son dövrlərdə manata inamın artması da nəzərə çarpır. Təkcə son 3 ayda ABB-də manatla depozitlərdə 235 milyon manat artım qeydə alınıb. Ölkənin bank sektorunda isə milli valyutada müddətli əmanətlər son 3 ildə 2,1 dəfə artaraq 7,5 milyard manata çatıb. Fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 40 faizdən 31,1 faizə enib. ABB bu ildən manatda istiqrazlar buraxmağa başlayıb. Mart ayında fiziki şəxslərə üstünlük hüququ verməklə ilk emissiya keçirilib. Hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə 10 milyon manatlıq istiqraz buraxılışı uğurla baş tutub. Sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələyib. İnvestorların 98 faizdən çoxu ABB istiqrazlarını “ABB mobile” tətbiqi üzərindən, tam rəqəmsal təcrübə ilə əldə edib. 528 investor ABB istiqrazlarına sahib olub. Bank bu il ərzində davamlı tranşlarla ümumən 100 milyon manat məbləğində istiqraz emissiyasını planlayır.

    ABB süni intellekt texnologiyalarına strateji investisiyalar edir. Bankın rəhbəri bunu artıq seçim yox, strateji zərurət adlandırır: “Çünki gələcəyin bankçılığı süni intellektlə qurulur”. ABB “Süni intellekt və Generativ süni intellekt” yol xəritəsini qəbul edib. Hazırda bankda müxtəlif istiqamətlər üzrə tətbiq olunan süni intellekt modellərinin sayı 180-ə yaxınlaşır. NVIDIA HGX B200 platforması əsasında Dell GPU yüksəkperformanslı hesablama infrastrukturunun formalaşdırılması prosesi gedir. Bu ilin əvvəlində AI-khan və AI-nur adlı süni intellekt köməkçiləri bütün müştərilərin istifadəsinə təqdim edilib. Abbas İbrahimov bu yeniliyi “bankçılığa yanaşmanın dəyişməsi – gələcəyin bankçılığı” kimi dəyərləndirir. Onun sözlərinə görə, süni intellekt sayəsində bank ilk dəfə müştərinin həyatına onun danışıq dili ilə daxil olur, milyonlarla müştəri ilə eyni anda, amma hər biri ilə fərdi şəkildə ünsiyyət qurmaq mümkün olur. Qısa müddətdə yüz minlərlə müştərinin AI-khan və AI-nurla sadəcə danışaraq maliyyə əməliyyatlarını həyata keçirməsi göstərir ki, müştərilər sadəcə rəqəmsal interfeys yox, ünsiyyət gözləyirlər. Bank rəhbəri vurğulayır ki, hədəf süni intellekti ayrıca bir funksiyaya yox, müştəri ilə bütün münasibətlərin ayrılmaz hissəsinə çevirməkdir: “Bank təkcə maliyyə xidmətləri göstərən qurum olmaqdan çıxıb, müştərinin gündəlik həyatında real dəyər yaradan, onunla daim ünsiyyətdə olan həyat tərzi tərəfdaşına çevrilir.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

    06 Avqust 2026

    BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

    05 Avqust 2026

    Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

    05 Avqust 2026

    Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

    05 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.