Close Menu
    What's Hot

    AccessBank-ın Bank Respublika-ya inteqrasiyası üçün beynəlxalq ekspert cəlb olunub

    17 Oktyabr 2026

    10 min manatlıq PAŞA Bank səhmi nə qədər qazandıra bilər?- RƏQƏMLƏRLƏ İZAH

    17 Oktyabr 2026

    PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

    16 Oktyabr 2026
    Trending
    • AccessBank-ın Bank Respublika-ya inteqrasiyası üçün beynəlxalq ekspert cəlb olunub
    • 10 min manatlıq PAŞA Bank səhmi nə qədər qazandıra bilər?- RƏQƏMLƏRLƏ İZAH
    • PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
    • Mərkəzi Bank sığorta agentinin lisenziyasını ləğv edib
    • Azərbaycan və Özbəkistan arasında əmanətlərin sığortalanması sahəsində əməkdaşlıq memorandumu imzalanıb
    • Taleh Kazımov İsveçrə Milli Bankının sədri ilə maliyyə sabitliyini müzakirə edib
    • Azərbaycanda 6 sığorta şirkətinə “Yaşıl Kart” sistemi üzrə fəaliyyət göstərmək hüququ verilib
    • Zakir Nuriyev: “Bank sektorunun sürətli inkişafı risklərin idarə olunmasına yeni yanaşmalar tələb edir”
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      AccessBank-ın Bank Respublika-ya inteqrasiyası üçün beynəlxalq ekspert cəlb olunub

      17 Oktyabr 2026
      Recent

      AccessBank-ın Bank Respublika-ya inteqrasiyası üçün beynəlxalq ekspert cəlb olunub

      17 Oktyabr 2026

      PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

      16 Oktyabr 2026

      Azərbaycan və Özbəkistan arasında əmanətlərin sığortalanması sahəsində əməkdaşlıq memorandumu imzalanıb

      16 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      10 min manatlıq PAŞA Bank səhmi nə qədər qazandıra bilər?- RƏQƏMLƏRLƏ İZAH

      17 Oktyabr 2026

      66,3 milyon manatlıq tələbin formalaşdığı PAŞA Bank IPO-su üzrə yeni dividend ödənişi ediləcək

      14 Oktyabr 2026

      NEQSOL Holding Amsterdamda keçiriləcək beynəlxalq tədbirə dəstək verir

      13 Oktyabr 2026

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Avropada təbii qazın qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatıb

      14 Oktyabr 2026

      Brent markalı neftin qiyməti 105,51 dollara enib

      13 Oktyabr 2026

      Neftin bahalaşması və dolların möhkəmlənməsi Bitcoin və fond bazarlarına təzyiq göstərir

      12 Oktyabr 2026

      Ötən həftə Azərbaycan nefti 5%-ə yaxın bahalaşıb

      12 Oktyabr 2026

      BlackRock-un investisiya yatırdığı Securitize şirkəti Solana blokçeynində tokenləşdirilmiş səhmlər buraxmağa başlayıb

      08 Oktyabr 2026

      WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir

      08 Oktyabr 2026

      Bitkoin 550 milyon dollarlıq mövqelərin məcburi bağlanmasından sonra ucuzlaşıb

      07 Oktyabr 2026

      Binance sorğusu: Azərbaycandakı kripto istifadəçilərinin 70%-dən çoxu ticarətə maraq göstərir

      04 Oktyabr 2026

      10 min manatlıq PAŞA Bank səhmi nə qədər qazandıra bilər?- RƏQƏMLƏRLƏ İZAH

      17 Oktyabr 2026

      66,3 milyon manatlıq tələbin formalaşdığı PAŞA Bank IPO-su üzrə yeni dividend ödənişi ediləcək

      14 Oktyabr 2026

      Avropada təbii qazın qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatıb

      14 Oktyabr 2026

      NEQSOL Holding Amsterdamda keçiriləcək beynəlxalq tədbirə dəstək verir

      13 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycanın 2027–2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

      16 Oktyabr 2026
      Recent

      Azərbaycanın 2027–2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

      16 Oktyabr 2026

      Azərbaycanda “yaşıl enerji” istehsalı 33 faiz artaraq 4,2 milyard kVt·st-ı ötüb

      14 Oktyabr 2026

      Azərbaycanda 100-dən çox dövlət domeninə qarşı kiberhücum həyata keçirilib

      14 Oktyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » AccessBank-ın Bank Respublika-ya inteqrasiyası üçün beynəlxalq ekspert cəlb olunub
    Bank

    AccessBank-ın Bank Respublika-ya inteqrasiyası üçün beynəlxalq ekspert cəlb olunub

    17 Oktyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bank Respublika AccessBank Azərbaycan-ın inteqrasiyası prosesinə dəstək göstərmək məqsədilə beynəlxalq bank sektorunda uzunillik təcrübəyə malik Durdona Kadirova ilə əməkdaşlığa başlayıb.

    GDP xəbər verir ki, bu barədə Durdona Kadirova özü məlumat verib.

    O bildirib ki, Bank Respublika-da inteqrasiya üzrə məsləhətçi (Integration Adviser) kimi fəaliyyətə başlayıb. Yeni vəzifəsində AccessBank Azərbaycan-ın Bank Respublika-ya inteqrasiyası prosesinə dəstək göstərəcək.

    Durdona Kadirovanın sözlərinə görə, iki bankın birləşdirilməsi onların fərqli istiqamətlərdə formalaşmış güclü tərəflərini vahid strukturda cəmləşdirmək baxımından mühüm imkanlar yaradır.

    O qeyd edib ki, Bank Respublika-nın korporativ bankçılıq sahəsindəki mövqeyi ilə AccessBank-ın mikro və pərakəndə bankçılıq istiqamətindəki imkanlarının birləşdirilməsi daha böyük, güclü və genişlənmə potensialına malik maliyyə institutunun formalaşmasına xidmət edə bilər.

    “İki bankın bir araya gətirilməsi təkcə sistemlərin və balans hesabatlarının birləşdirilməsindən ibarət deyil. Bu proses insanların, aydın təşkilati strukturların və müştəri maraqlarının diqqət mərkəzində saxlanılmasını tələb edir”, -deyə Durdona Kadirova bildirib.

    O, inteqrasiya prosesində hər iki bankın komandaları ilə birgə çalışacağını və iki maliyyə institutunun vahid, daha güclü təşkilata çevrilməsinə töhfə verməyi hədəflədiyini vurğulayıb.

    Durdona Kadirova göstərilən etimada görə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılova təşəkkür edib və yaxın zamanda Bakıya ilk səfərini həyata keçirməyi planlaşdırdığını açıqlayıb.

    Tariyel İsmayılov da  Durdona Kadirovanı komandaya qoşulması münasibətilə təbrik edib. O, mütəxəssisin təcrübəsinin inteqrasiya prosesinə əhəmiyyətli töhfə verəcəyinə, bankın daha güclü, dinamik və dayanıqlı maliyyə institutuna çevrilməsinə kömək göstərəcəyinə əminliyini ifadə edib.

    Qeyd edək ki, Durdona Kadirova bankçılıq, investisiyaların idarə edilməsi, korporativ idarəetmə, maliyyə institutlarının transformasiyası və strateji məsləhətçilik sahələrində təxminən 30 illik beynəlxalq iş təcrübəsinə malikdir.

    Məlumata görə, peşəkar fəaliyyətinə 1996-cı ildə Özbəkistanın Agrobank-ında filial müdiri kimi başlayıb və 2002-ci ilədək bu vəzifədə çalışıb.

    2003–2004-cü illərdə Access Microfinance Holding AG-də bank məsləhətçisi kimi Azərbaycan və Tacikistanda fəaliyyət göstərib. Bu müddətdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) mikrokredit proqramları çərçivəsində tərəfdaş banklarda kreditləşmə mexanizmlərinin qurulması, əməliyyat prosedurlarının hazırlanması və əməkdaşların təlimi ilə məşğul olub.

    Həmin layihələr çərçivəsində dörd tərəfdaş bankın yeddi filialında mikro və kiçik sahibkarlığın kreditləşdirilməsi bölmələrinin inkişafına dəstək göstərib. Layihənin ilkin mərhələsində 1,5 milyon ABŞ dolları həcmində kredit portfelinin və 2700 aktiv borcalanın formalaşdırılmasında iştirak edib. Eyni zamanda, 200-dən çox bank əməkdaşı üçün 20 təlim seminarı keçirib.

    2005–2008-ci illərdə FINCA International təşkilatında rəhbər vəzifələrdə çalışaraq Azərbaycan, Ukrayna, Ermənistan, Gürcüstan, Kosovo, Tacikistan və digər ölkələrdə maliyyə xidmətlərinin idarə olunması istiqamətində fəaliyyət göstərib.

    2009-cu ildə AYİB-də bank mütəxəssisi (Associate Banker) kimi Özbəkistanın maliyyə sektoruna yönəlmiş investisiya portfelinə nəzarət edib, ölkənin Mərkəzi Bankı, Maliyyə Nazirliyi və kommersiya bankları ilə institusional əməkdaşlıq proseslərində iştirak edib.

    2012–2018-ci illərdə Gürcüstanda Crystal mikromaliyyə təşkilatının, Ermənistanda AraratBank-ın və Qazaxıstanda Arnur Credit təşkilatının müşahidə şuralarında müxtəlif vəzifələr tutub.

    O, həmçinin Belçikada yerləşən Incofin Investment Management şirkətində yeddi ildən artıq fəaliyyət göstərib. 2017–2018-ci illərdə Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika üzrə regional direktor vəzifəsini icra edib. Bu dövrdə şirkətin ümumi investisiya portfelinin təxminən 40%-ni əhatə edən region üzrə investisiya strategiyasına rəhbərlik etdiyini bildirib.

    2018–2022-ci illərdə Belçikanın Triamant şirkətində rəhbər komandanın üzvü, investorlarla əlaqələr və korporativ maliyyələşdirmə üzrə rəhbər, eləcə də biznes strategiyası üzrə məsləhətçi vəzifələrində çalışıb.

    Durdona Kadirova 2022-ci ildən Ukraynanın Alliance Bank-ında müstəqil direktor kimi fəaliyyət göstərir. O, 2022–2024-cü illərdə Özbəkistanın Agrobank-ında da müstəqil direktor olub.

    2025–2026-cı illərdə Ermənistanın Ardshinbank bankında korporativ idarəetmə üzrə məsləhətçi kimi çalışaraq bankın idarəetmə sisteminin qiymətləndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və ilkin kütləvi səhm təklifinə (IPO) hazırlıq prosesində iştirak edib.

    Bundan başqa, 2025-ci ilin dekabrından 2026-cı ilin mayınadək Özbəkistanın Universalbank bankında korporativ idarəetmə üzrə məsləhətçi olub. 2026-cı ilin iyunundan isə həmin bankın Müşahidə Şurasının üzvüdür.

    O, eyni zamanda, European Women on Boards təşkilatının üzvü və mentorudur, Chapter Zero Uzbekistan təşəbbüsünün idarəetmə komitəsində təmsil olunur və Belçikanın Women on Board təşkilatının assosiativ üzvüdür.

    Beləliklə, Durdona Kadirovanın Azərbaycan bank sektorunda əvvəlki fəaliyyəti, beynəlxalq maliyyə institutlarında rəhbər vəzifələrdə çalışması, korporativ idarəetmə və bank transformasiyası sahəsində təcrübəsi Bank Respublika ilə AccessBank-ın inteqrasiyası prosesində istifadə oluna biləcək mühüm peşəkar kompetensiyalar kimi diqqəti cəlb edir.

    Müəllif:Aynur Qəniyeva 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

    16 Oktyabr 2026

    Azərbaycan və Özbəkistan arasında əmanətlərin sığortalanması sahəsində əməkdaşlıq memorandumu imzalanıb

    16 Oktyabr 2026

    Taleh Kazımov İsveçrə Milli Bankının sədri ilə maliyyə sabitliyini müzakirə edib

    16 Oktyabr 2026

    Zakir Nuriyev: “Bank sektorunun sürətli inkişafı risklərin idarə olunmasına yeni yanaşmalar tələb edir”

    16 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.