Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib
GDP xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiya paketini qəbul edib. Yeni məhdudiyyətlər ölkənin 32 bankını, həmçinin kriptovalyuta şirkətlərini və neft ticarəti platformalarını hədəf alır.
Sanksiyalar ilk dəfə olaraq Rusiyanın “kölgə donanmasına” yardım edən gəmiləri də əhatə edir. Bundan başqa, Aİ Rusiya hərbi gəmilərinin Avropa ölkələrinin limanlarına daxil olmasını rəsmi qaydada qadağan edib.

