Close Menu
    What's Hot

    TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

    05 Noyabr 2026

    Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

    05 Noyabr 2026

    Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

    05 Noyabr 2026
    Trending
    • TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
    • Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
    • Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur
    • “Sahibkarlara illik 5%-dək faiz dərəcəsi ilə “Yaşıl kredit” veriləcək
    • “Atəşgah Həyat”ın İdarə Heyətinə yeni üzv təyin olunub
    • Qərarların hazırlanmasından ictimaiyyətə təqdimatına qədər kommunikasiyanın strateji əhəmiyyəti
    • AMFA COP31-də iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
    • SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard dollara alır
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026
      Recent

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026

      Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

      05 Noyabr 2026

      “Sahibkarlara illik 5%-dək faiz dərəcəsi ilə “Yaşıl kredit” veriləcək

      05 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABB Invest Daşkənddə neft-qaz layihələrinin maliyyələşdirilməsi təcrübəsini bölüşüb

      21 Oktyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026

      ABŞ birjalarında fərqli dinamika: Dow Jones yüksəlib, Nasdaq geriləyib

      28 Oktyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

      05 Noyabr 2026
      Recent

      Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

      05 Noyabr 2026

      SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard dollara alır

      05 Noyabr 2026

      Elnur Soltanov: “Biz hasilatın pay bölgüsü sazişlərini bir dəfə də olsun dəyişməmiş ölkəyik”

      04 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub
    Bank

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Çin-ASEAN Birgə İnvestisiya Şurasının (CAJIC) təsisçi üzvlərindən biri olub.

    GDP xəbər verir ki,şuranın yaradılması Çinin Syamen şəhərində keçirilən 26-cı Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) çərçivəsində elan edilib.

    CAJIC ARDNF, Çin İnvestisiya Korporasiyası (CIC), Tayland Hökumətinin Pensiya Fondu, Malayziyanın suveren sərvət fondu “Khazanah Nasional Berhad”, Malayziyanın pensiya fondu “Kumpulan Wang Persaraan (Diperbadankan)” və İndoneziya İnvestisiya Qurumu (INA) tərəfindən təsis olunub.

    CIC-in təşəbbüsü ilə yaradılan Şuranın Katibliyinin fəaliyyətini “CGS International Securities Pte. Ltd.” şirkəti həyata keçirəcək. Platformanın əsas məqsədi suveren sərvət fondlarını və digər aparıcı institusional investorları bir araya gətirməklə Çin və Cənub-Şərqi Asiya arasında uzunmüddətli investisiya əlaqələrinin gücləndirilməsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasıdır.

    CAJIC-in fəaliyyəti institusional tərəfdaşlıqların inkişafı, bilik və təcrübə mübadiləsi, eləcə də kapital və investisiya əməkdaşlığı olmaqla üç əsas istiqaməti əhatə edəcək. Bu çərçivədə investisiya forumlarının, dəyirmi masaların və rəhbər səviyyəli proqramların keçirilməsi, tədqiqatların aparılması, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə investisiya təşəbbüslərinin reallaşdırılması nəzərdə tutulur.

    Şuranın yaradılması ARDNF-nin Asiya regionunda son illərdə genişləndirdiyi investisiya əməkdaşlığının növbəti mərhələsi hesab olunur. Fond Çin bazarında on ildən artıq investisiya təcrübəsinə malikdir və son dövrdə ölkənin aparıcı maliyyə institutları ilə əlaqələrini genişləndirib.

    2025-ci ilin aprelində ARDNF və CIC arasında imzalanan Anlaşma Memorandumu tərəflər arasında investisiya əməkdaşlığının, bilik və təcrübə mübadiləsinin, eləcə də qarşılıqlı faydalı təşəbbüslərin inkişaf etdirilməsi üçün strateji çərçivə yaradıb.

    Əməkdaşlıq 2026-cı ilin aprelində ARDNF, CIC və INA tərəfindən “Galaxy Orientis” Çin-ASEAN İnvestisiya Proqramının (CAIP) yaradılması ilə yeni mərhələyə keçib. Suveren investorların rəhbərlik etdiyi özəl kapital platforması ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları vəsait cəlb edib. Proqramın hədəf həcmi 1 milyard ABŞ dollarıdır.

    CAIP Çin və Cənub-Şərqi Asiya arasında genişlənən iqtisadi və sənaye əlaqələrindən yaranan uzunmüddətli investisiya imkanlarına yönəlib. Proqram sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya da daxil olmaqla bir sıra sahələri əhatə edir.

    CAIP və CAJIC ayrıca idarə olunan, lakin bir-birini tamamlayan təşəbbüslərdir. CAJIC institusional əlaqələrin qurulması, bilik mübadiləsi və potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün daha geniş platforma rolunu oynayır. CAIP isə iştirakçı suveren institutların konkret investisiya imkanlarına birgə kapital yönəltməsinə şərait yaradır.

    Bu təşəbbüslərin Azərbaycan üçün də strateji əhəmiyyət daşıdığı bildirilir. Orta Dəhlizin Asiya ilə Avropa arasında bağlantıların gücləndirilməsində rolunun artması Azərbaycanın iki region arasındakı mövqeyini daha da önə çıxarır. ARDNF-nin Asiyanın aparıcı suveren və uzunmüddətli investorları ilə əməkdaşlığının genişlənməsi isə regionla maliyyə və institusional əlaqələrin dərinləşməsinə töhfə verə bilər.

    CAJIC-in təsisçi üzvü kimi ARDNF Şuranın fəaliyyətinə qlobal institusional investor kimi təcrübəsi ilə töhfə verməyi, eyni zamanda regionun aparıcı investisiya institutları ilə tərəfdaşlıqlarını genişləndirməyi planlaşdırır. Fondun Şurada iştirakı uzunmüddətli portfel şaxələndirilməsi, strateji tərəfdaşlıqların qurulması və yeni investisiya imkanlarına çıxışın artırılması yanaşmasının tərkib hissəsi kimi qiymətləndirilir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

    05 Noyabr 2026

    Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

    05 Noyabr 2026

    “Sahibkarlara illik 5%-dək faiz dərəcəsi ilə “Yaşıl kredit” veriləcək

    05 Noyabr 2026

    AMFA COP31-də iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək

    05 Noyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.