Ənbər Adil qızı Həsənova “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı vəzifəsinə təyin olunub.
GDP şirkətin məlumatına istinadən xəbər verir ki, təyinat 3 noyabr 2026-cı il tarixindən qüvvəyə minib. Ə.Həsənova bu təyinata qədər şirkətin Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.
Maliyyə və mühasibatlıq sahəsində 15 illik peşəkar təcrübəyə malik olan Ənbər Həsənova 2011–2022-ci illərdə “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərində müxtəlif vəzifələrdə işləyib. O, sonrakı illərdə də sığorta sektorunda fəaliyyətini davam etdirib.

