Author: Aynure Gdp

Azərbaycanın bu il yanvarın 1-nə 10 milyard 368,4 milyon manat (ÜDM-in 8 %-i qədər) olmuş dövlət zəmanətli borcunun 8 milyard 725,4 milyon manatı (5 milyard 132,6 milyon ABŞ dolları) və yaxud 84,2 %-i xarici kreditlərin, 1 milyard 643 milyon manatı və yaxud 15,8 %-i isə daxili kreditlərin payına düşüb. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb. . Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 59,8 %-ni sabit, 40,2 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib. Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları – 63,9 %, avro – 17,7 %, manat – 12,8 %, yapon yeni – 3,7 %, digər valyutalar – 1,9 %. Dövlət zəmanətli borcun 73,9 %-i 5 ilə qədər olan müddətdə, 16,6 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 9,5 %-i isə10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Read More

Rabitəbank alternativ maliyyə ehtiyaclarının qarşılanması və bank sektorunda innovativ yanaşmaların təşviqi istiqamətində daha bir mühüm addım atdı. Bank 2 fevral 2026-cı il tarixindən etibarən İslam maliyyə prinsiplərinə əsaslanan Mudaraba və Murabaha məhsullarını təqdim etməyə başlayıb. Yeni məhsullar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejiminə uyğun olaraq həyata keçirilir və ölkədə alternativ maliyyə alətlərinin inkişafına, bank xidmətlərinin əlçatanlığının artırılmasına, eləcə də maliyyə inklüzivliyinin gücləndirilməsinə xidmət edir. Mudaraba- İslam prinsiplərinə uyğun sərmayə modeli Mudaraba məhsulu üzrə cəlb edilən vəsaitlərin minimum məbləği 500 AZN, maksimum məbləği isə 500.000 AZN və ya onun USD/EUR ekvivalenti təşkil edir. Depozitin müddəti 3, 6,…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib ki, uçot dərəcəsinin dəyişdirilməsi bank sektorunda kredit və depozit faizlərinə artıq təsir göstərməyə başlayıb. Onun sözlərinə görə, AMB 2024-cü ildən etibarən yeni monetar siyasətin tətbiqinin son mərhələsinə keçib. Bu çərçivədə likvidliyin örtülməsi əmsalı və məcburi ehtiyat normalarının son versiyası tətbiq olunub. Nəticədə 2024-cü ildən pul bazarında aktiv genişlənmə müşahidə edilir və bu prosesin bank sektorunda depozit və kredit faizlərinə təsiri davamlı şəkildə qiymətləndirilir. Taleh Kazımov qeyd edib ki, son 6 ayda AMB uçot dərəcəsini yumşaltma istiqamətində addımlar atıb və bu, faiz göstəricilərində azalma ilə müşayiət olunub. Belə…

Read More

Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) illik inflyasiyanın hədəf intervalı daxilində qalmaqda davam etdiyini açıqlayıb. GDP xəbər verir ki, Mərkəzi Bankın məlumatında bildirilir ki, son iki ay ərzində inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5,2% təşkil edib. Qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4%, ödənişli xidmətlər üzrə 5,7%, qeyri-qida məhsulları üzrə isə 2,5% artıb. Hesabat dövründə illik baza inflyasiyası 4,8% səviyyəsində olub ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir. AMB qeyd edir ki, faktiki inflyasiya əsasən xarici və daxili xərc amillərinin təsiri altında formalaşır. Bu amillər…

Read More

AMB-nin İdarə Heyətinin qərarına əsasən, uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsinə endirilib. GDP xəbər verir ki, Mərkəzi Bankdan bildirilib ki, qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalına (4±2%) uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud şərait, eləcə də daxili makroiqtisadi mühitdə müşahidə olunan əsas meyillər nəzərə alınıb. Bununla yanaşı, pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü də qiymətləndirilib. Qeyd edək ki, faiz dəhlizi üzrə bu dəyişikliklər pul siyasətinin daha yumşaq istiqamətdə davam etdirildiyini göstərir və iqtisadi aktivliyin dəstəklənməsinə yönəlib.

Read More

2026-cı ilin yanvar ayında qiymətli kağızlar bazarının həcmi həm kəskin azalması, həm də struktur xarakterli dəyişikliklər baş verib. Rəqəmlər göstərir ki, bazar əvvəlki ilə nisbətən daha sakit, daha ehtiyatlı və likvidlik baxımından xeyli zəifləyib. 2025-ci ilin yanvar ayında Bakı Fond Birjasında həyata keçirilən ticarətin  ümumi əməliyyat həcmi 10,31 milyard manat təşkil etdiyi halda, 2026-cı ilin yanvarında bu göstərici 5,29 milyard manata enib. Beləliklə, bazar həcmi 5,02 milyard manat azalaraq 48,6% geriləyib. Bu, faktiki olaraq bazarın həcminin yarıya yaxın azaldığını göstərir və investor aktivliyində ciddi azalma olduğunu təsdiqləyir. Həcm azalması əməliyyat sayında da aydın görünür. 2025-ci ilin yanvarında bazarda 3 189…

Read More

2026-cı ilin yanvar ayında Azərbaycanda pul bazası 2025-ci ilin dekabr ayının sonu ilə müqayisədə 75,1 milyon manat artaraq 30.01.2026-cı il tarixində 22 milyard 545,3 milyon manata çatıb. Məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb. Qeyd edək ki, 2025-ci ilin dekabrında pul bazası noyabrın sonu ilə müqayisədə 341,8 milyon manat və ya 1,5% artaraq 22 milyard 470,2 milyon manat olmuşdu. İlkin baza ilə müqayisədə, pul bazası 29.12.2024-cü il tarixindəki 20 milyard 916,5 milyon manatdan 2026-cı il yanvarın sonunadək 1 milyard 628,8 milyon manat artıb. 2025-ci ilin 12 ayı ərzində pul bazasının artımı 1 milyard 553,7 milyon manat təşkil edib. Pul bazası pul kütləsinin…

Read More

2026-cı ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 48,6 milyon ABŞ dolları və ya 0,4% artaraq 30.01.2026-cı il tarixinə 11 milyard 563,5 milyon ABŞ dolları təşkil edib. AMB-nin açıqladığı məlumata əsasən, 2025-ci ilin dekabr ayında da rəsmi valyuta ehtiyatlarında artım qeydə alınmışdı: ehtiyatlar 81,1 milyon ABŞ dolları və ya 0,7% yüksələrək 30.12.2025-ci il tarixinə 11 milyard 514,9 milyon ABŞ dollarına çatmışdı. Ümumilikdə 2025-ci il ərzində AMB-nin rəsmi valyuta ehtiyatları 555,4 milyon ABŞ dolları (+5,1%) artıb. Mövcud aylıq dinamika 2025-ci il boyunca ehtiyatların ardıcıl yüksəliş trendində olduğunu göstərir.

Read More

SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci SOCAR istiqrazları üzrə 13–17-ci kupon dövrlərinin göstəriciləri birjada ticarət aktivliyinin artdığını, investor marağının gücləndiyini və eyni zamanda gəlirliliyin faiz ifadəsində mərhələli şəkildə azaldığını aydın şəkildə ortaya qoyur. Son dövrlərdə müşahidə olunan dinamika göstərir ki, bazarda artım daha çox əməliyyatların həcmi hesabına formalaşır, kupon mexanizmi isə sabitliyini qoruyur. Bakı Fond Birjası-nda SOCAR istiqrazları ilə aparılan ticarətin ümumi həcmi ardıcıl dövrlərdə sürətlə artıb. 15-ci kupon dövründə 76,0 milyon ABŞ dolları olan ticarət həcmi 16-cı kuponda 82,3 milyon dollara yüksəlib və bu artım 6,3 milyon dollar həcmində olub, nəticədə artım tempi 8,29% təşkil edib.…

Read More

Microsoft-un Süni İntellekt İqtisadiyyatı İnstitutu tərəfindən dərc edilmiş AI Diffusion Report (süni intellektin yayılma göstəricisi) qlobal miqyasda süni intellekt texnologiyalarının ölkələr üzrə yayılma səviyyəsini (AI Diffusion) ölçür. Hesabat süni intellektin təkcə mövcudluğunu deyil, onun real istifadə dərinliyini, iqtisadi və sosial proseslərə nüfuz səviyyəsini qiymətləndirir. Bu reytinqə əsasən, Azərbaycan üzrə AI Diffusion (süni intellektin yayılma göstəricisi)  14,2% təşkil edir. Bu nəticə ölkəni regionda orta mövqedə, lakin inkişaf potensialı yüksək olan ölkələr qrupunda yerləşdirir. Region ölkələri ilə müqayisə: Azərbaycan haradadır? Hesabatın region üzrə məlumatları göstərir ki, Azərbaycan bir sıra ölkələri qabaqlasa da, bəzi qonşulardan geri qalır. Məsələn, Türkiyə (13,4%) və Qazaxıstan (12,7%) göstəricilərinə görə Azərbaycanı geridə qoyur. İran (14,3%) ilə isə demək…

Read More