- Azərbaycanda qadınların iqtisadiyyatda rolu-Məşğulluq, əməkhaqqı fərqi və hüquqi təminat
- Rəsmi medianın məlumatına görə, Saudi Aramco təhlükəsizliyi və davamlı tədarükü təmin etmək üçün bəzi neft daşımalarını Yanbu limanına yönləndirir
- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
Author: Aynure Gdp
2024-cü ildə Azərbaycanın sığorta bazarında sığorta haqlarının həcminə görə “Paşa Həyat Sığorta” 594,399 min manat yığımla bazarın 43.9 faizinə sahib olaraq lider mövqeyini qoruyub. GDP xəbər verir ki, ölkənin sığorta bazarında ikinci yerdə 317,560 min manat yığımla bazarın 23.5 faizini təşkil edən “Paşa Sığorta” qərarlaşıb. İlk üçlüyü 90,939 min manat yığımla bazarın 6.7 faizini təşkil edən “Atəşgah Həyat” tamamlayıb. Dördüncü yerdə 76,436 min manat yığımla bazarın 5.6 faizini təşkil edən “Atəşgah”, beşinci yerdə isə 79,351 min manat yığımla bazarın 5.9 faizini təşkil edən “Qala Sığorta” qərarlaşıb. “Meqa Sığorta” 36,217 min manat yığımla bazarın 2.7 faizinə sahib olaraq altıncı yeri tutub.…
2023 və 2024-cü illərin yanvar-dekabr ayları üzrə sığorta göstəricilərinin təhlili göstərir ki, sığorta bazarında əhəmiyyətli artım müşahidə edilib. GDP Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ildə sığorta haqları 1,353,185 manat təşkil edərək, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 130,648 manat və ya 10.69% artaraq 1,222,537 manat təşkil edib. Eyni zamanda, sığorta ödənişlərində daha yüksək artım dinamikası qeydə alınmışdır. Belə ki, 2024-cü ildə sığorta ödənişləri 752,712 manat təşkil edərək, əvvəlki ilin göstəricisini 165,387 manat və ya 28.16% üstələmişdir. Bu göstəricilər sığorta bazarının 2024-cü ildə dinamik inkişaf etdiyini göstərir. Sığorta haqlarındakı artım bazarın genişləndiyini, ödənişlərdəki daha yüksək artım isə sığorta şirkətlərinin…
“Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu”. GDP xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə söyləyib. Dövlət başçısının sözlərinə görə, Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi, amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu: “Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilib – Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək”. Prezident qeyd…
Mərkəzi Bankın sədri Taleh Kazımov, Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsi Fondunun prezidenti və müsabiqənin icraçı direktoru Vilyam Pauçer ilə görüş keçirib. GDP xəbər verir ki, görüş zamanı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və gələcəkdə Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin final mərhələsinin Azərbaycanda keçirilməsi imkanları müzakirə edilib. Bu görüş, Azərbaycanın beynəlxalq texnoloji və təlim platformalarında daha fəal iştirakı və ölkənin innovasiya potensialının tanıdılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir. Müsabiqənin Azərbaycanda keçirilməsi təklifi isə ölkənin texnoloji sahədəki imkanlarını nümayiş etdirmək üçün əla fürsət hesab olunur. Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsi, dünya üzrə gənc proqramçıların bacarıqlarını sınadığı və innovativ ideyalarını təqdim etdiyi nüfuzlu bir platformadır.…
Azərbaycan Konsaltinqlər Assosiasiyası və Resurs Effektivliyi Mərkəzinin birgə təşkilatçılığı ilə “Mənfəət vergisi bəyannaməsinin hazırlanması və Vergi Məcəlləsindəki dəyişikliklər: Yeni tələblər və praktik yanaşmalar” adlı seminar keçirilib. Bakı KOB Evində təşkil olunan tədbirə maliyyə idarəetməsi və mühasibat uçotu sahəsində çalışan yüzdən çox şəxs qatılıb. Azərbaycan Konsaltinqlər Assosiasiyasının İdarə Heyətinin sədri Əminə Quliyeva açılış nitqi ilə çıxış edərək bu istiqamətdə maarifləndirmə tədbirinin keçirilməsində əsas məqsədin vergi qanunvericiliyində nəzərdə tutulan yeniliklər barədə iştirakçıların məlumatlılığının artırılması, mühasibat uçotu və vergi məsələlərində mövcud təcrübə barədə müzakirənin aparılmasından ibarət olduğunu bildirib. Tədbirdə mənfəət vergisi bəyannaməsinin tərtib edilməsi, şirkətin illik gəlir və xərclərini göstərən məlumatların düzgün hazırlanması…
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 250,0 milyon manatı və ya 0,7 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından əlavə olunub. GDP xəbər verir ki, bu məbləğ qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 1,3 faizini təşkil edir. Məlumata görə, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri 36,388.0 milyon manat proqnozla müqayisədə 37,164.2 milyon manat olaraq reallaşıb. Bu, proqnozdan 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1,927.8 milyon manat çoxdur. Mərkəzi Bankın mənfəətindən əlavə olunan vəsait dövlət büdcəsinin gəlirlərinin müxtəlif mənbələrlə təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu göstəricilər Azərbaycan iqtisadiyyatının davamlı inkişafı və büdcə…
Dövlət büdcəsi 2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri 37 milyard 719,7 milyon manat olmuş, 555,5 milyon manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranmışdır. Dövlət büdcəsinin gəlirləri. 2024-cü ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat proqnoza qarşı 37 milyard 164,2 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1927,8 milyon manat çoxdur. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 3,3 faiz çox icra edilməklə 24 milyard 383,2 milyon manat təşkil…
Maliyyə Nazirliyi Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti barədə məlumatları açıqlayıb. Qeyd edilib ki, 2025-ci il 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 295,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. 2024-cü il ərzində qeyd olunan xərclərdən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1 milyard 125,2 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1 milyard 295,5 milyon manatın ödənilməsi təmin edilmişdir. 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət borcuna xidmətlə əlaqədar xərclərin il ərzində…
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. GDP xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Xəbər yenilənəcək…
Səudiyyə Ərəbistanı Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə əcnəbilərə daşınmaz əmlaka investisiya qoymaq imkanı verir. GDP xəbər verir ki,əcnəbilər müqəddəs şəhərlərdə daşınmaz əmlaka malik olan şirkətlərə investisiya qoya biləcək.Daşınmaz əmlak bazarında bəzi səhmlər bu dəyişikliklər xəbəri ilə yüksəlib.
