Author: Aynure Gdp

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ay satışını məhdudlaşdırdığı “Atasığorta” ASC-yə müvəqqəti inzibatçı təyin edib. GDP bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, müvəqqəti inzibatçı nəzarət tədbirləri çərçivəsində şirkətin maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə təyin olunub. Bu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir. Bu tədbirlər sığortalıların və kreditorların hüquqları qorunmasına xidmət edir.

Read More

Ölkənin əsas maliyyə qurumlarından olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən “Azərbaycan Üzrə Pərakəndə Ticarət Sektorunun Təhlili: Trendlər və Nəticələr” adlı hesabatın II buraxılışında (Dekabr 2025) təqdim olunan məlumatlara əsasən, ölkədə pərakəndə ticarət dövriyyəsi 2020-2025-ci illər ərzində davamlı inkişaf yolu keçmişdir. Bankın təhlili göstərir ki, sektorun ümumi dövriyyəsi orta illik 3,1% artım tempi ilə artmış, 2020-ci ildə 40,2 mld. manat olan göstərici 2025-ci ilin ilk doqquz ayında 46,4 mld. manat səviyyəsinə qalxmışdır. Hesabatda sektorlar üzrə mütləq göstəricilər də ayrıca təhlil edilmişdir. Buna görə, ticarət müəssisələri (şəbəkəli və müstəqil mağazalar, supermarketlər) ən yüksək nisbi artım tempi nümayiş etdirərək, dövriyyələrini 2020-ci ildə 9,1…

Read More

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Dövlət Neft Fondunda (ARDNF) qızıl ehtiyatlarının artırılması strategiyasının uğurlu nəticələrindən bəhs edib. Dövlət başçısı bildirib ki, ötən il geosiyasi vəziyyəti nəzərə alaraq qızıl ehtiyatlarını artırmaq üçün strateji qərar qəbul edilib. “Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı”, – deyə Prezident vurğulayıb. Bu qərarın fonda əhəmiyyətli gəlir gətirdiyini ifadə edən İlham Əliyev, “Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazanıb”, – deyə qeyd edib. Prezident eyni zamanda qeyd edib…

Read More

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ölkənin enerji ixracı və turizm imkanları haqqında mühüm açıqlamalar verib. Dövlət başçısı bildirib ki, Azərbaycanın qaz ixracının həcmi və coğrafiyası genişlənir. İndiyədək 14 ölkə Azərbaycan qazı ilə təchiz edilib, onlardan 11-i daimi müştəridir. 2024-cü ildə bəzi ölkələr ehtiyaclarına uyğun olaraq təchizatı dayandırsa da, ümumi əlaqə saxlanılır. Prezident vurğulayıb ki, bu il daha iki Avropa ölkəsi əlavə olunmaqla, boru kəmərləri ilə qaz təchiz etdiyi ölkələrin sayı 16-ya çatacaq. Bu, Azərbaycanı boru kəməri vasitəsilə ən çox ölkəni qazla təmin edən dünya lideri edir. Ötən il üçün qaz ixracı 25 milyard kubmetrdən çox…

Read More

Ödəniş və elektron pul təşkilatlarının (fintexlərin) fəaliyyətinin tənzimlənməsi sahəsində mühüm dəyişikliklər təsdiqlənib. Bu barədə açıqlama verən Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində tənzimləyici fəaliyyətlər üzrə bölmənin rəhbəri, Xəyaləddin Tağıyev, bildirib ki, ölkədə fintex sektoruna nəzarəti həyata keçirən əsas normativ sənəd — “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”na edilən dəyişikliklər sektorun institusional dayanıqlığının gücləndirilməsinə yönəlib. GDP-nin məlumatına görə o bildirib ki, dəyişikliklərə əsasən, məcmu kapitalın komponentləri və hesablanma mexanizmi yenilənib, daxili nəzarət funksiyasını icra edən struktur bölmələr üzrə yeni tələblər müəyyən edilib, ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin uçotu ilə bağlı normalar daha da dəqiqləşdirilib. Eyni…

Read More

“Paşa Capital”-ın Baş Kommersiya İnzibatçısı İlqar Tağıyev  vəzifəsindən ayrılıb. İlqar Tağıyev öz LinkedIn səhifəsində etdiyi açıqlamada, qurumdakı vəzifəsindən istefa verərək peşəkar fəaliyyətini bank sektorunda davam etdirəcəyini bildirib. GDP xəbər verir ki, açıqlamasında qərarın asan olmadığını, lakin “Paşa Capital”də keçirilən vaxtın həm peşəkar, həm də şəxsi baxımdan çox mənalı olduğunu vurulayan Tağıyev, “Birlikdə çətinliklərdən yan keçdik, yeni təşəbbüslər qurduq, tərəfdaşlıqları gücləndirdik və kapital bazarımızın inkişafına töhfə verdik” ifadələrini işlədib. O, işçi komandasının sədaqəti və istedadına, həmçinin müştəri və tərəfdaşların göstərdiyi etimada minnətdarlığını bildirərək, “Paşa Capital”-in bundan sonra da uğur qazanacağına inandığını qeyd edib. İlqar Tağıyev “Paşa Capital”dəki vəzifəsindən ayrılmasına baxmayaraq, peşəkar…

Read More

Bu il Azərbaycanda yığımlar və inzibati xətalara görə tətbiq edilmiş cərimələrdən dövlət büdcəsinə 149,1 milyon manat vəsait daxil olması gözlənilir. GDP bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən illə müqayisədə 12 % azdır. Halbuki İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2026-cı ildən bəzi cərimələr artırılıb və ya yeni cərimələr müəyyənləşib. Məsələn, vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulmasına görə fiziki şəxslər 300 manat (əvvəlki cərimə 50 manat idi) məbləğində, hüquqi şəxslər 1 000 manat (100 manat) məbləğində cərimə ediləcək. Maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya)…

Read More

Maliyyə Nazirliyi 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb. GDP xəbər verir ki, hər il ənənəvi olaraq hazırlanan bələdçidə dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin hazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərinin formalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsas məlumatlar əks olunub. Vətəndaşların ixtiyarına verilən bələdçidə 2026-cı ildə hökumətin həyata keçirəcəyi sosial-iqtisadi layihələr, həmçinin mühüm xərc istiqamətləri olan ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin edəcək sürətli bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, iqtisadi inkişafın stimullaşdırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, təhsil, səhiyyə xərcləri və dövlətin əsas…

Read More

ABŞ-nin neft nəhəngi Chevron-un səhmləri Venesuelada baş verənlər fonunda kəskin şəkildə bahalaşıb. GDP xəbər verir ki, şirkətin səhmləri ilkin ticarətdə 7,8% dəyər qazanıb, daha əvvəl isə bu artım 10%-ə çatmışdı. Məlumata görə, Chevron Venesuelada fəaliyyət göstərən tək böyük ABŞ neft şirkətidir. Ölkədəki son siyasi-iqtisadi hadisələr və beynəlxalq təzyiqlər, neft bazarında təchizat narahatlığı yaratdığı üçün şirkət səhmlərinə investor marağını artırıb. Bazar müşahidəçiləri qeyd edir ki, bu artım birbaşa olaraq Venesuela ilə bağlı təhlükəsizlik və təchizat gözləntilərinin dəyişməsi ilə əlaqədardır.

Read More