- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
Author: Aynure Gdp
Sentyabrın 7-8-də Dövlət Turizm Agentliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində III Üzüm və Şərab Festivalı keçiriləcək. GDP xəbər verir ki, festival yerli üzümçülüyün və şərabçılığın populyarlaşdırılması, şərab məhsullarının ixrac potensialının artırılması, geniş ictimaiyyəti Azərbaycanda üzümçülük və şərabçılığın tarixi və bu sahədə görülən işlər ilə tanış etmək məqsədi ilə keçirilir. Festivalda iştirak etmək istəyənlər üçün Bakıdan Meysəriyə marşrutlar təşkil olunacaq
Azərbaycan və Özbəkistan kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq niyyətindədirlər GDP xəbər verir ki, məsələni Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalova və Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət nazirinin müavini Əkrəm Əliyev müzakirə ediblər. Görüş zamanı tərəflər bitkiçilik, bağçılıq, ipəkçilik, kənd təsərrüfatı təhsili və elmi-tədqiqat kimi sahələrdə əməkdaşlığa baxıblar. Yanvar-iyun aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 90,986 mln. ABŞ dolları təşkil edib.
Norveçin sərvət fondu Meta, Nordisk və ASML səhmlərini satdı GDP xəbər verir ki, sərvət fondunu idarə edən Norges Bank Investment Management-in məlumatına görə, ilin ortasında fondun Meta-dakı mülkiyyəti 1,22%-dən 1,18%-ə düşüb. Fond, dekabrın 31-də 1,87% olan Novo-dakı payını ilin ortasında 1,75%-ə endirib, eyni dövrdə onun ASML-dəki payı isə 2,61%-dən 2,54%-ə düşüb. Fond ənənəvi olaraq öz portfelinin tərkibi ilə bağlı illik yeniləmə təqdim edirdi, lakin indi bunu ildə iki dəfə edəcək. İyunun sonunda “Apple Inc.”, “Microsoft” və “Nvidia” korporasiyası ilk üç səhm investisiyalarının sahibi olub. Fond iyunun sonunda dünya üzrə 8800-dən çox şirkətdə iştirak payına sahib olub, investisiyalarının 72%-i səhmlərə, təxminən…
Neft qiymətləri əvvəlki sessiyada 2% enişdən sonra yüksəlir. Birjalar Amerika Neft İnstitutunun (ANİ) ABŞ neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması ilə bağlı məlumatları ilə dəstəkləndi. ANİ-nin hesablamalarına görə, ötən həftə ehtiyatlar 5,205 milyon barel azalıb. ABŞ-da enerji ehtiyatları ilə bağlı rəsmi məlumatlar bu gün Bakı vaxtı ilə saat 17:30-da dərc olunacaq. Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 81,14 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,45 dollar və ya 0,56% bahadır. Nyu-York əmtəə birjasında elektron hərraclarda sentyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu dəfə 0,5 dollar və ya 0,64% artaraq…
Mütəxəssislər bir il ərzində FED-in uçot dərəcəsini ən azı 4 dəfə endirəcəyini gözləyir. GDP xəbər verir ki, Bank of America-nın aylıq sorğusuna əsasən, fond menecerlərinin yarıdan çoxu yəni 60%-i Federal Ehtiyat Sisteminin növbəti il ərzində ən azı dörd faiz endirimi gözlədiyini proqnozlaşdırır. Respondentlərin 39%-i tənəzzülü investisiya portfelləri üçün əsas risk adlandırıb, ikinci yerdə geosiyasi münaqişələr var. Respondentlərin 76%-i indi ABŞ iqtisadiyyatının gələn il üçün “yumşaq eniş” gözləyir, bu bir ay əvvəl 68%-dir. Tənəzzül gözləyənlərin payı 11%-dən 13%-ə yüksəlib. Qlobal iqtisadi artımın yavaşlamasını hazırda respondentlərin 47%-i iyuldakı 27%-ə qarşı proqnozlaşdırır. Sorğu həmçinin göstərdi ki, investorlar ümumilikdə səhmlərdən, xüsusən də Yaponiya şirkətlərinin…
Beynəlxalq Enerji Agentliyi (BEA) zəifləyən Çin iqtisadiyyatının istehlaka təsirini əsas gətirərək 2025-ci il üçün qlobal neft tələbi proqnozunu aşağı salıb. GDP xəbər verir ki, Parisdə yerləşən agentlik Çinin neftə tələbatının iyun ayında ardıcıl üçüncü ay azaldığını və xam neft idxalının ən aşağı səviyyəyə enməsi səbəbindən iyul ayında daha da zəifləyə biləcəyini qeyd edib. Çinin pandemiyadan sonrakı iqtisadi dirçəlişinin təsiri azaldıqca, BEA Qərb iqtisadiyyatlarında, xüsusən də qlobal benzinin üçdə birinin istehlak edildiyi ABŞ-da güclü tələbat gözləyir. BEA həmçinin 2024-cü il üçün qlobal neft tələbi artımı proqnozunu dəyişməz saxlayıb.
Starbucks, təxminən bir ildir baş direktor vəzifəsində çalışan Laxman Narasimhan-ı vəzifəsindən azad edərək, onun yerinə Chipotle şirkətinin baş direktoru Brian Niccol təyin edilib. GDP xəbər verir ki. Starbucks tərəfindən edilən açıqlamada Narasimhanın şirkətin baş direktoru və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyi bildirilib. Açıqlamada hazırda Chipotle-nin top meneceri vəzifəsini icra edən Brayan Nikkolun Starbucks-ın prezidenti və baş direktoru vəzifəsinə təyin edildiyi və Nikkolun yeni vəzifəsinə sentyabrın 9-da başlayacağı bildirilib. Açıqlamada, Starbucks-ın Baş Maliyyə Direktoru (CFO) Rachel Ruggeri’nin qeyd olunan tarixə qədər müvəqqəti CEO vəzifəsini icra edəcəyi ifadə edildi. Açıqlamadan sonra Starbucks səhmləri 21 faizdən çox artıb, Chipotle səhmləri isə 12…
Mərkəzi Bank “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edilməsi barədə məlumat yayıb. Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama zamanı qiymətli kağızlar bazarı haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri ilə bağlı bir sıra pozuntular qeydə alınıb.Pozuntuların aradan qaldırılması ilə əlaqədar “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə icrası məcburi göstəriş verilib.
Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.GDP xəbər verir ki, Sərəncama əsasən, XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:birinci yeri tutan hər bir idmançıya 400 000 manat, onun məşqçisinə 200 000 manat;ikinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat;üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat.Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll…
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında Koordinasiya Qrupunun ilk iclası keçirilib. GDP xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sosial şəbəkə hesablarında məlumat paylaşıb. Tədbirdə KOB-ların fəaliyyət imkanlarının genişləndirilməsi müzakirə olunub. Koordinasiya Qrupunun fəaliyyətinin daha çevik təşkili üçün operativ müzakirə platformalarının və tematik işçi qruplarının yaradılması nəzərdə tutulur.
