- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
- Mərkəzi Bank bank, sığorta və kapital bazarı üzrə rəhbər təyinatı ilə bağlı 96 müraciəti uyğun hesab edib
Author: Aynure Gdp
2024-cü ilin yanvar-iyun ayları ərzində “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 32.8 mlrd. manat məbləğində 1389 ədəd əqd bağlanıb. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda məlumat verilib. Məlumata görə, bu əməliyyatların 95%-i 1-3 günlük olub.
Son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə 6.98% olub. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda məlumat verilib. Bildilir ki, hərraclarda formalaşan gəlirlilik 84 günlük notlar üzrə 7.2%, 168 günlük notlar üzrə 7.4%, 252 günlük notlar üzrə isə 7.52% olub.
Cinayət yolu ilə əldə edilmiş əmlak və çirkli pulların yuyulmasına qarşı mübarizə, dünya ölkələri səviyyəsində ciddi bir məsələdir. Cinayət törətdikdən sonra əldə edilmiş əmlakların legal sahəyə keçirilməsinin, çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, effektiv hüquqi sistemin tələb etdiyi kompleks prosedurları əhatə edir. Hüquqi tədbirlər və buna dair təcrübələrin paylaşılması, hüquq-mühafizə orqanlarının təşkilatlanması və məhkəmə sisteminin gücləndirilməsi, bu sahədə daha sürətli və effektiv addımlar atmağa kömək edə bilər. Hüquqi strukturların beynəlxalq səviyyədə əməkdaşlığı və informasiya mübadiləsi isə bu cinayət formasının təsirlərinin qlobal səviyyədə sürətli şəkildə aradan qaldırılmasına nail olmağa kömək edir. Ölkəmizdə də, cinayət yolu ilə əldə…
Azərbaycan iyulda OPEC+ kvotasından sutkada 61 min barel geri qalıb. GDP xəbər verir ki, bu barədə S&P Global Commodity Insights məlumat yayımlayıb. Bu dövrdə ölkədə neft hasilatı sutkada 551 min barel kvota ilə 490 min barel təşkil edib. Azərbaycanın Energetika Nazirliyi bildirir ki, iyulda ölkədə orta gündəlik neft hasilatı 483,82 min barel, kondensat isə 122,584 min barel təşkil edib.
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqini (IDR) və yüksək təminatsız reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib. GDP xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Məlumatı görə, uzunmüddətli IDR üzrə proqnoz “stabil”dir. Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib. SOCAR tam dövlətə məxsusdur və onun reytinqi hazırda “Fitch”in dövlətlə əlaqəli şirkətlər üçün (GRE) reytinq meyarlarına uyğun olaraq Azərbaycanın (BBB-/stabil) reytinqi ilə bərabərləşdirilib. Bu, şirkətə maliyyə zəmanətləri, nağd töhfələr və kapital qoyuluşları formasında dövlət dəstəyi, eləcə də SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyəti ilə əsaslandırılır. “Biz SOCAR-ın…
PAŞA Kapital İnvestisiya Şirkəti QSC Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızları üzrə ən yüksək ticarət həcmi ilə liderdir və 1 milyard 311 milyon 219,327 min manat məbləğində əməliyyatlar həyata keçirib. GDP xəbər verir ki, AzFinance İnvestisiya Şirkəti QSC 204 milyon 242,336 min manat ticarət həcmi ilə ikinci yerdə qərarlaşıb. Kapital İnvestisiya Şirkəti 178 milyon 456,128 min manat ilə üçüncü sıradadır. CPM-İnvest İnvestisiya Şirkəti QSC 109 milyon 549,490 min manat dəyərində əməliyyatlarla dördüncü yeri tutur.ABB İnvest İnvestisiya Şirkəti QSC 100 milyon 810,955 min manat dövriyyə ilə beşinci sıradadır. Capital Partners İnvestisiya Şirkəti QSC 88 milyon 901,758 min manat ilə altıncı yerdədir.…
Amerika fond indeksləri ABŞ əmək bazarının sabit qaldığını göstərən statistik məlumatlar sayəsində cümə axşamı sessiyasını güclü artımla başa vurub. GDP xəbər verir ki, ABŞ Əmək Nazirliyinin cümə axşamı açıqladığı hesabata görə, ölkədə işsizlik müavinəti üçün yeni müraciətlərin sayı keçən həftə 17 min azalaraq 233 minə düşüb. Bağlanışında Dow Jones indeksi 1,76% artaraq 39 446,49 bənd təşkil edib. Ticarət nəticələrinə görə Dow Jones şirkətləri arasında artım liderləri arasında 7,9% artımla Intel Corp-un səhmləri var. Amgen Inc. 3,9%, Salesforce Inc. 3,8%, Boeing Co. 3,5%, həmçinin Caterpillar Inc. 3,2% artım nümayiş etdirib. S&P 500 indeksi 2,3% artaraq 5 319,31 bənd olub. S&P 500-də…
Türkiyədə 2025-ci ildə xaricdən gətirilən smartfonun IMEI-ni qeydiyyatdan keçirmək üçün 45 953 türk lirəsi (təxminən 1520 ABŞ dolları) ödənilməlidir. GDP xəbər verir ki, 2024-cü ildə bu ödəniş 31 692 lirə (1 050 dollar) təşkil edir. İstənilən ölkədə alınan telefon yalnız Türkiyədə 120 günə qədər istifadə edilə bilər. Bundan sonra onu qeydiyyatdan keçirməsəniz, smartfon bloklanacaq
Dünya İqtisadi Forumu (DİF) bu yaxınlarda dünyanın 120 ölkəsini karbonsuzlaşdırma səylərini qiymətləndirən və onları Enerji Keçid İndeksində (EKİ) sıralayan 2024-cü il Enerji Keçid Hesabatını açıqlayıb. Burada EKI xallarına ən aşağı olan ilk 10 ölkə göstərilir. EKİ necə işləyir?EKİ iki alt indeksin, sistemin performansı 60% və keçidə hazırlığın 40% orta çəkili göstəricisidir ki, bu da ölkələri tənzimləmə və siyasi iştirak, innovasiya və infrastruktur daxil olmaqla 46 göstərici üzrə qiymətləndirir. 2015-ci ildə EKİ istifadəyə verildikdən sonra qlobal orta göstərici 53,4-dən 56,8-ə yüksəlib. Bununla belə, Rusiyanın Ukraynaya təcavüzünün nəticələri və artan inflyasiya faiz dərəcələri səbəbindən son vaxtlar sürət azalıp və 2022-ci ildən bəri…
Ticarət zamanı neftin qiyməti yenidən artmağa başlayıb. GDP xəbər verir ki, açıqlanan statistik məlumatlar investorların ABŞ əmək bazarının vəziyyəti və ABŞ-da tənəzzül ehtimalı ilə bağlı qorxularını azaldıb və ümumilikdə risk iştahının artmasına gətirib çıxarıb. Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 17:55-ə 78,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,58 dollar və ya 0,74% çoxdur. Nyu-Yorkun əmtəə birjasında keçirilən hərraclar zamanı sentyabr ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,8 dollar və ya 1,06% artaraq 76,03 dollar/barelə çatıb.
