- Qlobal bazarda neft tədarükü kəskin azalıb, aviasiya yanacağının qiyməti rekord həddə yüksəlib
- Dünya birjalarında son vəziyyət: enerji və metallar yüksəlişdə
- ABŞ-ın nəhəng şirkətlərindən Morgan Stanley və Oracle kütləvi ixtisarlara hazırlaşır
- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
- Kart ödənişlərində ƏDV avtomatik geri gələcək
- Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır
- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
Author: Aynure Gdp
“Sənədsiz evlər, təbii ki, ölkədə hamını maraqlandıran və köklü həllini gözləyən önəmli məsələlərdən biridir”. Bunu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimova mətbuata açıqlamasında deyib. O qeyd edib ki, bu problem bir çox dövlət orqanlarının əlaqələndirici fəaliyyətinin həyata keçirilməsini nəzərdə tuturdu: “Bu gün tədbirlər planımızda da bununla bağlı müddəalar var. Bu məqsədlə, məhz İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə bu fəaliyyəti tənzimləməyə cəlb olunacaq dövlət orqanlarının iştirakı ilə – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və s. – xüsusi komissiya yaradılıb. Komissiyanın fəaliyyətinin əsas məqsədi bu sahədə…
Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub. Bunu Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sisteminin yaradılması ilə bağlı tədbirdə Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova deyib. Onun sözlərinə görə, Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış ev var: “Bunların əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir. Sənədsiz evlərlə bağlı problem daim olub və biz bunun həlli istiqamətində çalışırıq”. Mənbə: APA
İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlirləri və xərcləri 38 milyon 880 min manat artırılıb. Prezident İlham Əliyev bununla bağlı “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 milyard 811 milyon 428 min 292 manatdan 2 milyard 850 milyon 308 min 292 manata qaldırılıb.
KOB subyektlərinin 79 layihəsinə təqribən 1,4 mln. manat qrant ayrılıb GDP xəbər verir ki, KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 21 layihəyə 374488 manat həcmində qrant ayrılıb. İndiyədək isə KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək üçün 5 qrant müsabiqəsi təşkil edilib. Bu müsabiqələrə təqdim edilmiş layihələrdən 79-na 1426955 manat məbləğində qrant dəstəyi göstərilib. Növbəti, 6-cı qrant müsabiqəsi 2024-cü ilin ikinci yarısında keçiriləcəkdir.
Jurnalist Ülkər Qasımova yeni vəzifəyə təyinat alıb. GDP xəbər verir ki, o, “OBA” marketlər şəbəkəsinin korporativ kommunikasiya bölməsinin müdiri vəzifəsində çalışacaq. Xatırladaq ki, Ülkər Qasımova uzun illər müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin yanvar ayına qədər isə “Xəzər” Televiziyasının İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri vəzifəsində işləyib.
“Mərkəzi Bankda sığorta sektorunun rəhbər şəxsləri ilə növbəti dəfə görüşdük.” GDP xəbər verir ki, bunu rəsmi sosial şəbəkə hesabında Azərbaycan Mərkəzi Bankının Taleh Kazımov yazıb. O bildirib: “Görüş zamanı sektor üzrə ötən rübə dair göstəriciləri və ortamüddətliperspektivdəki strateji təşəbbüsləri nəzərdən keçirdik.” Taleh Kazımov əlavə edib: “Həmçinin sığorta sektorunun inkişaf tendensiyaları və çağırışları, potensial imkanları və digər aktual məsələlər ətrafında fikir mübadiləsi apardıq”
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlər 585,7 milyon manat təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 6,4% çoxdur. Bütün telekommunikasiya bazarının gəlirlərinin 36,2 faizi mobil rabitə sektorunun payına düşüb. İlin birinci yarısında informasiya və rabitə sektoru müəssisələrinin ümumi gəlirləri 1,6 milyard manatdan çox olub ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,2% çoxdur.
Yaxın Şərqdə artan gərginlik fonunda neft qiymətləri yüksəlir. Bakı vaxtı ilə saat 8:15-ə Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin dəyəri bir barel üçün 81,45 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,32 dollar və ya 0,39% bahadır. Nyu-York əmtəə birjasında elektron hərraclarda sentyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti bu dəfə 0,26 dollar və ya 0,34% artaraq 77,42 dollar olub.
Qətər əmirinin gəlinindən 11 ədəd Hermes çantası oğurlanıb. GDP Parisien-ə istinadla xəbər verir ki, insident Nitsadan Parisə gedən qatarda baş verib. Bütün çantalarda əmirin qohumunun qiymətli əşyalardan ibarət şəxsi baqajı olub. Qadın itkini yolda aşkar edib.Axtarış üçün qatar 20 dəqiqə geciksə də, nə baqaj, nə də oğru tapılmayıb.
Qırğızıstan Milli Bankı sentyabrın əvvəlində Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarına həsr olunmuş gümüş sikkəni dövriyyəyə buraxır. GDP xəbər verir ki, Avqustun 1-dən etibarən cəmi 1000 kolleksiya sikkəsi satılacaq. Hər birinin qiyməti 5580 som (təxminən 66 dollar) təşkil edir
