Author: Aynure Gdp

Avropa İttifaqı(Aİ) Rusiya Federasiyasının dondurulmuş aktivlərindən alınan 1,5 milyard avroluq ilk tranşı Ukraynaya ayırıb. GDP xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir “Pul indi Avropa Sülh Fondu və Ukrayna Fondu vasitəsilə Ukraynanın hərbi potensialını dəstəkləmək, eləcə də ölkənin yenidən qurulmasını dəstəkləmək üçün yönəldiləcək”, – Avropa Komissiyasının bəyanatında deyilir

Read More

Azərbaycanın aparıcı şirkətləri olan ABB, Azercell, Bank Respublika, Kapital Bank, PAŞA Bank, PAŞA Həyat, PAŞA Holding, PAŞA Sığorta, Rabitəbank və Unibank’ın birgə təşəbbüsü ilə RPA Community yaradılıb. GDP xəbər verir ki, Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) Community iştirakçılarının ilk görüşü baş tutub. Müxtəlif şirkətlərdən olan iştirakçılar proseslərin avtomatlaşdırılmasında RPA-nın tətbiqi, səmərəliliyin artırılması strategiyaları və əməliyyat xərclərinin azaldılması üsullarını müzakirə edərək öz təcrübələrini paylaşmaq üçün bir araya gəldilər. Həmçinin görüşdə PAŞA Həyat şirkətinin əməkdaşları şirkətdə tətbiq olunan proses və RPA haqda təqdimat edib. Sonda iştirakçılar arasında geniş netvörkinq və əlaqələrin ötürülməsi təşkil olundu və gələcəkdə daha çox belə tədbirlərin keçiriləcəyi bildirilib. Bu…

Read More

Alman avtomobil istehsalçısı Mercedes-Benz Group AG avtomobil satışlarının azalması fonunda ikinci rübdə xalis mənfəətini və gəlirini azaldıb, həmçinin cari il üçün gəlirlilik proqnozunu pisləşdirib. GDP xəbər verir ki,2024-cü ilin aprel-iyun aylarında xalis mənfəət əvvəlki ilin eyni dövründəki 3,64 milyard avro ilə müqayisədə 16% azalaraq 3,06 milyard avro təşkil edib. Faiz və vergilərdən əvvəl mənfəət (EBIT) 19% azalaraq 4,04 milyard avroya, EBIT-ə düzəliş 22% azalaraq 4,05 milyard avroya düşüb. Gəlir 4% azalaraq 36,74 milyard avroya düşüb.Minik avtomobilləri istehsal edən Mercedes-Benz Cars bölməsindən əldə edilən gəlir 4% azalaraq 27,17 milyard avroya, yüngül yük maşınları istehsal edən Mercedes-Benz furqonlarının gəliri 7% azalaraq 4,77…

Read More

Dow Jones yüksəlib, S&P 500 və Nasdaq ardıcıl üçüncü sessiyanı enişlə tamamlayıb. GDP xəbər verir ki, Amerika fond indeksləri cümə axşamı ticarətindən sonra müxtəlif istiqamətlərdə dəyişib. İndikatorun hesablanmasına daxil olan 300-ə yaxın şirkətin səhmlərinin bazar bağlanışına qədər bahalaşmasına baxmayaraq, İT sektorunda davam edən eniş S&P 500 indeksinin azalmasına səbəb olub. S&P 500-ün enerji, sənaye və maliyyə alt indeksləri sessiyanı başa vurdu. Bu gün ticarətin bağlanışında Dow Jones indeksi 0,2% artaraq 39 935,07 bənd təşkil edib. S&P 500 indeksi 0,51% azalaraq 5 399,22 bənd olub. Nasdaq 0,93% ucuzlaşaraq 17 181,72 bənd təşkil edib.

Read More

Avqustda Azərbaycan qazının Türkiyəyə nəqli müvəqqəti olaraq dayandırılacaq. GDP xəbər verir ki, bu dayandırılma Türkiyənin BOTAŞ şirkəti “Şahdəniz” qaz kəmərində texniki xidmət və təmir işləri planlaşdırılır. Türkgözü giriş məntəqəsindən təbii qazın verilməsi iyulun 31-dən avqustun 5-dək, TANAP-ın Seitqazi giriş məntəqəsindən isə avqustun 5-dən 9-dək dayandırılacaq.

Read More

“Kreditlər hədiyyə deyil” GDP xəbər verir ki, bu fikirlərlə Gürcüstanın İqtisadiyyat naziri Fransanın Tbilisiyə maliyyə yardımı ilə bağlı bəyanatına cavab verib. Məlumata görə Fransa Respublikasının səfirliyi bəyan edib ki, 2012-ci ildən Gürcüstan bu ölkədən enerji üçün 415 milyon avro, sosial ehtiyaclar üçün isə 201 milyon avro alıb.Levan Davitaşvili jurnalistlərə deyib ki, bu halda biz kredit yardımından danışırıq.

Read More

“Mən Prezident Zelinskiyə dedim müharibəni bitirmək lazımdır. Baxın dedim ruslar irəliləyir və hər keçən gün ruslar ölsə belə, o qədər də ukraynalılar ölür. Buna görə də bu biyabırçılığa son qoymaq lazımdır. GDP xəbər verir ki,bunu ABŞ -ın eks prezidenti və hazırda prezidentliyə namizədliyini irəli sürən Donald Tramp Ukrayna prezidenti Vladimir Zelinski ilə telefon söhbəti barədə müsahibə verərkən deyib. O bildirib: ” Ruslar Hitleri və Napoleonu məğlub ediblər və onlarda bu irəliləmə motivasiyası var. Ukraynanın yaz hücumu uğursuz oldu. Bu müharibədə Rusiyanın irəliləməsində iki əsas səbəb var. Birincisi Baydenin neft şirkətlərinə düşmən münasibəti və körfəz ölkələri münasibətləri gərginləşdirməsi. Bunun sahəsində neft…

Read More

Neft qiymətləri ABŞ-da iqtisadi artımın kəskin sürətlənməsini göstərən məlumatlar sayəsində gün içi minimumlarından geri çəkilib. Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 17:50-ə 81,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,65 dollar və ya 0,8% aşağıdır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda sentyabr ayı üçün WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar və ya 0,49% azalaraq 77,21 dollar təşkil edib.

Read More

Qızıl son 2 həftənin ən aşağı qiymətinə ticarət olunur. Qızıl bir unsiya üçün 2,370 dollar səviyyəsində ticarət edildi ki, bu da son iki həftənin ən aşağı səviyyəsidir. GDPxəbər verir ki, bazarlar, ABŞ mərkəzi bankının sentyabr ayında endirdirilməsini gözlədiyi faiz dərəcəsini tam olaraq qiymətləndirməyə davam edib. Digər yerlərdə hökumətin qızıl idxal vergisini 15%-dən 6%-ə endirməsindən sonra dünyanın ikinci ən böyük qızıl istehlakçısı olan Hindistandan fiziki tələbatın artacağı gözləntiləri var.

Read More

Bu gün Bakıda Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş “Green Capital Management” şirkəti ilə Qətərin “Al Baladi Holding” şirkəti arasında Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sənədi “Green Capital Management” şirkətinin səhmdarları Adnan Əhmədzadə və Xəyal Qayıbov (həmçinin baş icraçı direktoru vəzifəsini icra edir), “Al Baladi Holding” şirkətinin sahibi və prezidenti Məhəmməd Abdullah Həməd Al İbrahim Al-Attiyah və icraçı direktoru Hani Al Sayyadi imzalayıblar. Sazişə əsasən, Bakıda yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan şəbəkələrin açılması üçün təxminən 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq. Bu əməkdaşlıq “Go Crispy” və “Tea Time” populyar brendlərinin müstəsna təklifini daha geniş auditoriyaya çatdırmağı və beynəlxalq bazarda onların mövcudluğunu artırmağı hədəfləyir. Bu sazişin imzalanması “Green…

Read More