- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
- Kart ödənişlərində ƏDV avtomatik geri gələcək
- Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır
- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
Author: Aynure Gdp
Yaxın aylarda Dünya Bankının “Business Ready” hesabatı ilə bağlı qiymətləndirmələrə başlaması gözlənilir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Rəşad Orucov “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun iclasında bildirib. “Bu xüsusda işçi qrupunun yeni Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrasının həm dövlət, həm də özəl sektor nümayəndələri arasında aparılacaq qiymətləndirmə nəticələrinə müsbət təsir edəcəyini gözləyirik”, – deyə o qeyd edib. Mənbə: Report
Bakı Zooparkına giriş qiyməti qalxdı GDP xəbər verir ki,əvvəllər böyüklər üçün 5 manat olan bilet artıq 7 manata satılır.Uşaqlar üçün biletin qiyməti isə dəyişməz qalıb: 2 manat. Bakı Zooloji Parkını ziyarət etmək istəyən xarici ölkə vətəndaşları isə bilet üçün 15 manat ödəməlidirlər.
Avropa Mərkəzi Bankı gözlənildiyi kimi uçot faiz dərəcəsini 4.25%-də sabit saxladı GDP xəbər verir ki, Avropa Mərkəzi Bankı gözlənildiyi kimi 2024-cü ilin iyul ayında faiz dərəcəsini dəyişməz saxlamağa qərar verib. Cari məlumatlar onların əvvəlki inflyasiya proqnozunu dəstəkləyib.Bəzi inflyasiya göstəriciləri may ayında müvəqqəti amillərlə əlaqədar artıb, lakin iyun ayında inflyasiya sabitləşib və ya azalıb. Yüksək əmək haqqı artımının inflyasiyaya təsiri mənfəətlə azaldılıb və pul siyasəti məhdudlaşdırıcı olaraq qalır. Buna baxmayaraq, daxili qiymət təzyiqləri və xidmət inflyasiyası hələ də yüksəkdir və ümumi inflyasiyanın gələn il hədəfin üzərində qalacağı gözlənilir. Şura inflyasiyanı 2%-ə qaytarmağı hədəfləyir və lazım gəldikdə məhdudlaşdırıcı siyasət dərəcələrini saxlayacaqdır. Faizlər…
Donald Trump JP Morganın direktorunu ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri təyin edəcəyini açıqlayıb. GDP xəbər verir ki,bu barədə ABŞ kütləvi informasiya vasitələrində məlumat yayımlanıb. Bildirilir ki, ABŞ prezidentliyinə namizəd,eks ABŞ prezidenti Donald Tramp Amerika bank sisteminin ən böyük simalarından biri olan Ceymi Dimonu Federal Ehtiyatlar Sisteminin sədri vəzifəsinə namizəd kimi irəli sürmək niyyətindədir.
Azərbaycana elektrobusların idxalı 15% gömrük rüsumundan azad edilib.GDP xəbər verir ki, bu barədə qərarı Baş Nazir Əli Əsədov imzalayıb.Bir aydan sonra qüvvəyə minir və 2025-ci il yanvarın 1-dək qüvvədə olacaq.Gələn il Azərbaycanda elektrobuslar istehsalı zavodu tikməyi planlaşdırılır.
Neft qiymətlərindəki artım, keçən həftə ABŞ-da bu növ yanacaq ehtiyatlarının gözləniləndən daha əhəmiyyətli azalması ilə bağlı məlumatlar ilə gücləndirilib.GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 17:35-ə qədər 1,01 dollar və ya 1,21% artaraq bir barel üçün 84,74 dollar olub. Bu vaxta qədər Nyu-York əmtəə birjasında avqust ayı üçün WTI neftinin fyuçersləri 1,35 dollar və ya 1,67% artaraq 1 barelə görə 82,11 dollar olub.
ABŞ-ın neft ehtiyatları həftə ərzində 4,87 milyon barrel azalıb GDP xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilirBildirilir ki, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 4,87 milyon barrel azalaraq 440,23 milyon barrelə düşüb, .Benzin ehtiyatları 3,33 milyon barel artıb. Kommersiya kondensat ehtiyatları 3,45 milyon barel artaraq 128,07 milyon barelə çatıb.Mütəxəssislər neft ehtiyatlarının 1,08 milyon barrel azalacağını, benzin ehtiyatlarının 1,23 milyon barrel azalacağını və kondensat ehtiyatlarının 200 min barrel artacağını gözləyirdilər.
Dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq. Bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən GDP-yə bildirilib ki, vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək. Vətəndaş eyni zamanda “mygov” tətbiqində şəxsiyyət vəsiqəsi məlumatlarını nə zaman, harada və hansı müəssisəyə təqdim etdiyi ilə bağlı tarixçəylə tanış ola biləcək. Şəxsiyyət vəsiqələrinin “mygov” üzərindən təqdim olunması müəssisələrə əməliyyatların sadələşdirilməsi və sürətlənməsi, fiziki şəxsiyyət vəsiqələrinə ehtiyacın azaldılması və kağızdan istifadənin minimuma…
WTI markalı xam neftin fyuçersləri ABŞ neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması səbəbindən üç günlük itkilərdən sonra yenidən qalxaraq, bir barel üçün 81,5 dolları keçib. GDP xəbər verir ki, Amerika Neft İnstitutu, ABŞ xam neft ehtiyatlarının analitiklər tərəfindən gözlənilən 33,000 barrel deyil daha çox yəni 4,4 milyon barrel azalma olduğunu bildirdi. Rəsmi məlumatlarla təsdiqlənərsə, bu, sentyabr ayından bəri ən uzunmüddətli ehtiyat azalması seriyası olacaq.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin olunub. GDP xəbər verir ki, sözügedən Nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışan Səbuhi Knyaz oğlu Mehdizadə xüsusi nümayəndənin müavini olub. Bununla bağlı Prezident İlham Əliyev iyul ayının 15-də müvafiq Sərəncam imzalayıb. Səbuhi Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra vəzifələrdə çalışıb. O, buna qədər kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, “Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. Hazırda o, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.
