Author: Aynure Gdp

Mərkəzi Bankın sədri Taleh Kazımov İsveçrənin rəhbərlik etdiyi Seçki Qrupunun Düşənbədə keçirilən toplantısında çıxışı zamanı ölkəmizdə uzunmüddətli dayanıqlı inkişafı və rifahı şərtləndirən ardıcıl islahatların həyata keçirilməsindən danışıb. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Məlumata görə,həmçinin sədr çıxışında ölkənin əsas makroiqtisadi göstəriciləri, maliyyə sektorunun inkişaf tendensiyaları və Azərbaycanın COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi kimi mühüm məqamlara toxunub.

Read More

Azərbaycanda avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb. GDP İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, imzalanma Azərbaycanın Nazirlər Kabinetində Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə baş tutub. İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının…

Read More

STOXX 50, həm də STOXX 600 dəyər itirib. Müvafiq olaraq birincisi 0,6%, ikincisi isə 0,4% enib. GDP xəbər verir ki, buna səbəb kimi treyderlərin Avropa Mərkəzi Bankının (AMB) tezliklə faiz dərəcələrini yenidən azaltmayacağına dair perspektivləri həzm etməsi göstərilir. Prezident Laqard bildirib ki, mərkəzi bank faiz dərəcələrini daha da aşağı salmağa tələsmir, çünki inflyasiya və iqtisadi meylləri qiymətləndirmək üçün daha çox vaxt lazımdır. Həmçinin, baş iqtisadçı Filip Leyn iyun ayı üçün inflyasiya məlumatlarının mərkəzi bankın əsas qiymət təzyiqləri ilə bağlı uzunmüddətli suallarına cavab verməyəcəyini açıqlayıb. Avrozonada inflyasiya iyunda gözlənildiyi kimi 2,6%-dən 2,5%-ə qədər azalıb, lakin baza dərəcəsi 2,8%-lik proqnozlarla müqayisədə 2,9%-də…

Read More

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb. Bundan başqa, dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Eyni zamanda, 2024-cü il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənib. “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq…

Read More

Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. GDP -nin məlumatına görə, bu barədə şərh verən VI çağırış parlamentinin deputatı olmuş iqtisadçı Vüqar Bayramov bildirib ki, yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. “Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən, hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır. Hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib…

Read More

Respublikada taxıl biçini davam edir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xaçmaz rayonunda taxıl biçininin təşkili prosesini izləyib. Bu il Xaçmaz rayonunda 18942 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 12029 hektarını buğda, 6913 hektarını arpa sahələri təşkil edir. Rayonda biçin prosesində 48 kombayn iştirak edir. Bunlardan 28-i fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 20 kombayn dislokasiya edib. Artıq rayon üzrə zəmilərin 45,2 faizində biçin başa çatıb. Başqa sözlə, bugünədək 8570 hektar sahədə biçin yekunlaşıb, sahələrdən 25126,5 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 29,3 sentnerdir. Nazir Məcnun Məmmədov rayonun Alıcıqışlaq kəndində taxıl biçini prosesində iştirak edib,…

Read More

“Azərbaycan Dəmir Yolları” QSC ilə Szyansu vilayətinin (Çin) hökumət nümayəndə heyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. GDP xəbər verir ki, memorandum tərəflər arasında dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli əlaqələrin inkişafına və Orta Dəhliz üzrə daşımaların həcminin artırılmasına xidmət edəcək. Görüş zamanı tərəflər Orta Dəhlizə əlavə yüklərin cəlb edilməsi, Azərbaycan ərazisindən tranzit daşımalarda Çinin subsidiyaları və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Read More

Milli Depozit Mərkəzinə üzv olan investisiya şirkətləri tərəfindən müştərilərə depo hesablarını məsafədən açmaq imkan yaradılıb. MDM -dən GDP-yə verilən məlumata görə, depo hesabları proqram interfeysi üzərindən zəruri olan xanalar doldurulduqdan sonra avtomatik olaraq yaranacaq. Yeni arxitektura kapital bazarının inkişafını, investorlar üçün əlverilişli şəraitin yaradılmasını təmin etməklə yanaşı, depo hesablarının açılmasını daha sürətli və asan edəcək, müştərilərin məmnuniyyətini artıracaq və investisiya fəaliyyətinin daha effektiv həyata keçirilməsinə imkan verəcək.

Read More

“Kapital Bank” ASC 30 milyon ABŞ dolları məbləğində istiqrazlar buraxıb. GDP xəbər verir ki, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazların hər birinin nominal dəyəri 100 ABŞ Dolları, sayı 300 000 ədəddir. İstiqrazlar üzrə illik faiz dərəcəsi 7% təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül dövründə (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 7 il müddətində) hər 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənil’əcəkdir. İstiqrazların geri satın alınması ilə bağlı Emitent tərəfindən öhdəlik nəzərdə tutulmur. İstiqrazlar yerləşdirildiyi tarixdən 2 il sonra Emitent tərəfindən istiqrazların geri çağrılması hüququ qüvvəyə minəcəkdir. Emitent bu hüquqdan istifadə etdikdə…

Read More

“Tacikistana işgüzar səfər çərçivəsində İsveçrə Milli Bankının (İMB) sədri Tomas Cordan ilə ikitərəfli görüşümüz oldu.”GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında yazıb. O bildirib: “Görüş zamanı hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı müzakirələr apardıq. Tomas Cordana qurumlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə və Seçki Qrupu ölkələri arasında sıx tərəfdaşlıq əlaqələrinin qurulmasının təşviqinə verdiyi mühüm töhfəyə görə təşəkkürümüzü bildirdik.”Taleh Kazımov həmçinin qeyd edib ki, İMB-də sədrlik fəaliyyətini başa çatdıran cənab Cordana yeni fəaliyyətində uğurlar arzu etdik.

Read More