Author: Aynure Gdp

“Hesab edirik ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik”. GDP  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu zamanı deyib. “Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər – əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş…

Read More

Əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılıb. GDP-nin məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapıb. Qanuna əsasən, əhaliyə ödənişlər üzrə xərclər 6 681 580 000,0 manatdan 6 706 580 000,0 manata qaldırılıb. Bu çərçivədə əmək pensiyalarının ödənilməsi xərcləri 6 500 000 000,0 manatdan 6 525 000 000,0 manata çatıb. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri 78…

Read More

“Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun Toplantısı çərçivəsində Düşənbəyə işgüzar səfərimiz başlayıb.” GDP xəbər verir ki. bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında yazıb. O bildirib: “Səfərin ilk görüşü tacikistanlı həmkarım Firdavs Tolibzoda ilə baş tutdu.Tacikistanın Seçki Qrupunun Toplantısı kimi mühüm tədbirə ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdıraraq dəvətə görə təşəkkürümü bildirdim.” Taleh Kazımov görüşdə müzakirə edilən məsələləri də açıqlayıb “Görüşdə Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın mövcud vəziyyəti, eləcə də əlaqələrin daha da möhkəmləndirilməsi imkanlarını müzakirə etdik.”

Read More

Prezident İlham Əliyev “2024-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. GDP xəbər verir ki, büdcə gəlirləri 36 388 000 min manat, büdcə xərcləri 39 742 300 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 35 612 753 min manat, yerli gəlirləri 775 247 min manat, mərkəzləşdirilmiş xərcləri 38 957 497 min manat, yerli xərcləri 784 803 min manat) təsdiq edilib.

Read More

Dövlət proqramı çərçivəsində indiyədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 16 milyard manatdan çox vəsait ayrılıb. GDP xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov deyib.Onun sözlərinə görə, bu vəsaitin əsas hissəsi yolların və sosial infrastrukturun tikintisinə ayrılıb.Bundan əlavə, biz reabilitasiya və tikinti fəaliyyətlərində özəl sektorun iştirakını dəstəkləyir və təşviq edirik. Hazırda bu ərazilərdə həm dövlət-özəl tərəfdaşlıq əsasında, həm də birbaşa investisiyalar hesabına bir sıra sahibkarlar fəaliyyət göstərir.

Read More

Nar-ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinə yeni direktor təyin olunub GDP xəbər verir ki, bu vəzifəyə Hökümə Kərimova təyinat alıb. O ADA Unvesitetində Korporativ kommunikasiyalar üzrə müəllim vəzifəsində çalışıb. Daha öncə isə “YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin direktoru olub.

Read More

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. GDP  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, B.Hacıyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 2021-ci ildə Ağdam rayonun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb, daha sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub. İndiki təyinata qədər isə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsində…

Read More

“Competo” MMC-yə yeni Baş İcraçı Direktor təyin edilib. Rauf Qulaməliyev “Competo” MMC-nin yeni Baş İcraçı Direktoru təyin edilib. GDP xəbər verir ki, Rauf Qulaməliyev Korporativ Maliyyə üzrə magistr dərəcəsini bitirdikdən sonra 2015-ci ildə “PAŞA Holdinq” MMC-yə qoşulmuş və 2024-cü il iyulun 1-dək Ekosistemin İnkişafı Departamentinin rəhbəri vəzifəsini icra edib. Rauf Umico Bonus, Umico Market və m10 kimi məhsulların satışa çıxarılmasında iştirak edib və mühüm rol oynayıb. Bundan əlavə, o, Uklon, Trendyol və Bakikart ilə tərəfdaşlıqlarla əməkdaşlığın qurulmasında aparıcı mövqe tutub.

Read More

İlin əvvəlindən aktiv filial şəbəkəsinin genişləndirilməsi və müştərilərə əlçatan maliyyə xidmətlərinin təklif edilməsi siyasətini həyata keçirən AccessBank, bu gün əsaslı təmirdən sonra “20 yanvar” filialını müştərilərin xidmətinə təhvil verib. GDP xəbər verir ki, yeni konsepsiya əsasında təmir edilən filial Bakı şəhəri, A.Mustafayev küçəsi 1c ünvanında yerləşir. Müasir konseptli “20 yanvar” filialında müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin təqdim edilməsi, plastik kartların alınması, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətləri təklif edilir. “Məqsədimiz Azərbaycanda müştərilərə maksimum rahat şəraitdə keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsidir. İlin əvəllindən müxtəlif bölgələrimizdə və paytaxtda müştərilərimizə təqdim etdiyimiz filiallarımızın hər biri müasir bank…

Read More

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistan Respublikasına işgüzar səfəri başlayıb. GDP xəbər verir ki, iyul ayının 3-dək davam edəcək səfər zamanı nümayəndə heyətinin Düşənbə şəhərində keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun Toplantısı çərçivəsində bir sıra tədbirlərdə və ikitərəfli görüşlərdə iştirakı nəzərə tutulub.

Read More