Author: Aynure Gdp

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. İclasda maliyyə naziri Samir Şərifov da iştirak edib. Dəyişikliklərdə 3 milyard 796 milyon manat məbləğində yeni xərclərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin xərclərin bir sıra prioritet istiqamətlərə, o cümlədən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə 1 milyard 160 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması üçün 807 milyon manat, infrastruktur və digər layihələrin maliyyə təminatı…

Read More

2024-cü ilin yanvar-may dövründə Azərbaycanın 17 sığorta şirkəti tərəfindən 643 milyon 754 min manat sığorta haqları hesablanıb, 274 milyon 837 min manat sığorta ödənişləri verilib. GDP xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb. Məlumatda bildilir: ” 2023-cü ilin eyni dövründə sığorta şirkətləri tərəfindən 566 milyon 434 min manat sığorta haqları hesablanmış, 174 milyon 436 min manat sığorta ödənişləri həyata keçirilmişdi.” Beləliklə, 2024-cü ilin ilk 5 ayında ötən ilin ilk 5 ayı ilə müqayisədə hesablanmış sığorta haqları 77 milyon 320 min manat və ya 13,6%, sığorta ödənişləri isə 100 milyon 401 min manat və ya 57,6% artıb.

Read More

Müsahibimiz ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovdur – Abbas müəllim, bu günlərdə ABB-nin səhmlərinə abunə yazılışı başlandı. Bankın yeni səhmlərinin buraxılması və kütləvi şəkildə vətəndaşlara təklif edilməsi hansı zərurətdən irəli gəlir? – Kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin emissiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 avqust tarixli müvafiq Sərəncamının icrası çərçivəsində həyata keçirilir. Bildiyiniz kimi, sözügedən Sərəncamda dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur. Bu dövlət qurumlarından biri də ABB-dir. Əsas məqsəd vətəndaşlarımızın ABB-nin idarə edilməsində iştirakının genişləndirilməsi, ən mühümü isə ölkəmizdə qiymətli kağızlar bazarının inkişafıdır. Ölkəmizdə ilk dəfədir ki, bu miqyasda…

Read More

Brent markalı neftin qiyməti 86,1 dollar/barel səviyyəsində sabitləşib GDP xəbər verir ki, Benchmark neft qiymətləri bir gün əvvəl yüksəldikdən sonra bu gün səhər sabit qalıb. Treyderlər Yaxın Şərqdəki hadisələri izləyirlər. Bakı vaxtı ilə saat 09:13-ə Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti bir barel üçün 86,06 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,05 dollar və ya 0,06% bahadır. Nyu-York əmtəə birjasında elektron hərraclarda avqust ayı üçün WTI neftinin fyuçersləri də 0,05 dollar və ya 0,06% artaraq 81,68 dollar olub.

Read More

Hərracların sonunda S&P 500-ün dəyəri 16,75 bənd və ya 0,31% azalaraq 5447,87 bənd təşkil edib. GDP xəbər verir ki, Nasdaq indeksi 192,54 bənd (1,09%) ucuzlaşaraq sessiyanı 17 496,82 bəndlə başa vurub.

Read More

Dow Jones İndeksi 0,67% yüksəlişlə bağlanıb. GDP xəbər verir ki, Nyu-Yorkda Dow Jones indeksi bazar ertəsi 261 bənd və ya 0,67% bahalaşıb. Qazanclara liderlik edən , Amgen 3,19%, Goldman Sachs 2,54%, Chevron 2,39% bahalaşıb. Ən çox itirənlər sırasında Amazon -1,78%, Intel -1,67%, Home Depot -1,31% dəyər itirib.

Read More

ABŞ-ın Maliyyə naziri Janet Yellen Yahoo Finance-ə bildirib ki, o, ABŞ-ın tənəzzülü üçün “əsas görmür” və Federal Ehtiyat Sisteminin gələn il 2% inflyasiya hədəfinə çatacağını gözləyir – bu, mərkəzi bank siyasətçiləri tərəfindən proqnozlaşdırılandan daha sürətli bir tempdir. “Mən inflyasiyanın aşağı düşəcəyini gözləyirəm və gələn ilə girdiyimiz zaman inflyasiyanın FED-in 2% hədəfinə qayıdacağına inanıram” GDP xəbər verir ki, Federal ihtiyat Sistemi (FED) rəsmiləri keçən həftə FED-in üstünlük verdiyi inflyasiya mezarının yəni 2026-cı ildə inflyasiyanın 2%-ə qayıdacağını göstərən median proqnozunu açıqlayıb. FED rəsmiləri həmçinin inflyasiyanın aşağı düşməsi gözləniləndən daha uzun sürdüyü üçün bu il yalnız bir faiz endirimi siqnalı verib. Yellen ciddi…

Read More

“Saudi Aramco” 259 milyard barrel neft və qaz ehtiyatına nəzarət edir ki, bu da dünya miqyasında heç bir başqa şirkət tərəfindən müqayisə edilməzdir. Bu, şirkətin 1,8 trilyon dollar dəyərində böyük dəyər qazanmasında əsas amildir. Cədvəldə 2022-ci ilə olan əsas neft şirkətlərinin sübut edilmiş ehtiyatları müqayisə edilir. Saudi Aramco Səudiyyə Ərəbistanının milli neft şirkətidir. 2024-cü ilə qədər bazar kapitallaşmasına görə dünyanın altıncı ən böyük şirkətidir. Onun neft ehtiyatları siyahımızda olan bütün digər altı şirkətin ehtiyatlarından 4 dəfə artıqdır.Saudi Aramco-dan sonra 17,7 milyard barel neft ekvivalenti ilə Amerikanın ExxonMobil şirkəti ikinci, digər Amerika şirkəti Chevron isə 11,2 milyard barrel neft ekvivalenti ilə…

Read More

Neftin qiyməti 1%-dən çox artıb GDP xəbər verir ki, WTI markalı xam neftin fyuçersləri bazar ertəsi günü 1,1% yüksələrək barel üçün 81,63 dollara qərarlaşıb. GDP xəbər verir ki, Şimal yarımkürəsində yay aylarında qlobal neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalacağına inam artır. Geosiyasi risklər, o cümlədən Yaxın Şərqdə davam edən gərginlik və Ukraynanın dronların Rusiya neftayırma zavodlarına hücumlarının artması da neft qiymətlərini dəstəkləyir. Avrupa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyaları, o cümlədən Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) başqa ölkələrə daşınması üçün Aİ-də yenidən yüklənməsinə qadağa qoyub. Bununla belə, daha güclü ABŞ dolları dollarla ifadə olunan malları digər valyuta sahibləri üçün daha az…

Read More

Azərbaycanın milli aviadaşıyıcısı AZAL beynəlxalq “Skytrax World Airline Awards 2024” mükafatının “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasında növbəti dəfə qalib gələrək yüksək statusunu yenidən təsdiqləyib. GDP xəbər verir ki, “Skytrax” agentliyinin mükafat mərasimi bu gün, iyunun 24-də Londonda keçirilən təntənəli tədbir çərçivəsində baş tutub. “Bu mükafat sərnişinlərimizə dünya səviyyəli xidmət təklif edən bütün “Azərbaycan Hava Yolları” komandasının əməyinin nəticəsidir. Biz fəxr edirik ki, səylərimizin nəticəsi olaraq belə nüfuzlu mükafata layiq görülmüşük. Bu uğur sərnişinlərin aviaşirkətimizə göstərdiyi etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir”, – deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib. Onun sözlərinə görə, mükafatın…

Read More