- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
Author: Aynure Gdp
“NEQSOL Holdinq”in baş direktoru Yusif Cabbarov bu yaxınlarda Berlində Ukraynanın Bərpası Konfransında iştirak edib. GDP xəbər verir ki, bu yüksək səviyyəli tədbir Ukraynanın iqtisadiyyatının bərpası və yenidən qurulması üçün beynəlxalq dəstəyin gücləndirilməsinə yönəlib. Yusif Cabbarov bildirib: “”NEQSOL Holdinq”, texnologiya və innovasiya sektorunun önündə gedən “Vodafone Ukrayna”nın sahibi kimi Ukraynanın aparıcı investorlarından biridir, davamlı investisiya, böyümə planlarımız Ukraynanın bərpasına, dayanıqlığına və parlaq gələcəyinə yönəlib”. “Biz bərpa prosesində həmrəyik və inanırıq ki, birlikdə daha güclüyük və buna görə də “NEQSOL Holdinq” Ukraynanın iqtisadi dirçəlişi üçün öz öhdəliyində dəyişməz olaraq qalır”, – deyə o əlavə edib. Müəllif: Aynur Qəniyeva
Cari ildə Qarabağın bərpası və yenidən qurulmasında iştirak edən şirkətlərə kreditlər güzəştli şərtlərlə verilir. GDP xəbər verir ki, bu sözləri Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nin açılışında çıxışı zamanı deyib. O bildirib ki, güzəştli kreditin minimum məbləği 5 milyon manatdır və 7 il müddətinə 15 %-lə verilir ki, bunun da 10%-ini dövlət subsidiya şəklində ödəyir. “Fondun əsas məqsədi sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməkdən ibarətdir. Bu istiqamətdə həyata keçirilən işlərin nəticəsi olaraq istehsal sahələrində fəaliyyət göstərən bir sıra şirkətlər inkişaf edərək nəinki yerli, eləcə də xarici bazara çıxış əldə ediblər. Fonda daxil olan 48…
Bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi yaşıl iqtisadiyyata transformasiya sahəsində təşəbbüslərin daha da artırılması üçün fürsətlər yaradır. GDP xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə deyib. O qeyd edib ki, cari il həmçinin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib ki, bu, çox əlamətdardır. “Bu həm ölkənin beynəlxalq aləmdə imicinin artırılması, həm də sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və biznes proseslərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Yeni texnologiyaların tətbiqi biznes xərclərinin azalmasına, rəqabət qabiliyyətinin artırılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan…
Avropa İttifaqı, 14-cü anti-Rusiya sanksiyalar paketinin bir hissəsi olaraq, Rusiyada fəaliyyət göstərməyən şirkətlərinə Rusiya Mərkəzi Bankının Maliyyə məlumatlarının Ötürülməsi Sistemindən (SPFS) istifadə etməyi qadağan edib GDP xəbər verir ki, SPFS həm Rusiya daxilində, həm də xaricdə maliyyə məlumatlarının fasiləsiz ötürülməsini təmin edən SWIFT-in analoqudur. Rusiya daxilində SWIFT-dən istifadə 2023-cü ilin oktyabr ayında Rusiya Mərkəzi Bankı tərəfindən qadağan edilib.
“Azərenerji” Kəlbəcər və Laçında 7 kiçik su elektrik stansiyası üçün karbon sertifikatı almaq üçün iki xarici şirkətə müraciət edib. GDP xəbər verir ki, bu ilin əvvəlində “Azərenerji” “SOCAR Trading” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Çıraq-1”, “Çıraq-” kiçik su elektrik stansiyaları üçün sertifikatlar üçün Qlobal Karbon Şurası (Qətər) və Gold Standard (İsveçrə) şirkətlərinə müraciətlər göndərib. 2″, Kəlbəcər rayonundakı “Soyuqbulaq”, “Qamışlı” və “Meydan”, Laçın rayonundakı “Mirik” və “Qarıqışlaq”. Sertifikatlar könüllü karbon krediti bazarında iştirakını təmin edəcək. 7 kiçik su elektrik stansiyasının fəaliyyəti nəticəsində il ərzində atmosferə 45-50 min ton karbon qazının atılmasının qarşısının alınması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək bu…
Bu ilin yanvar-may aylarında Azərbaycanda 154 337 daşınmaz əmlak hüquqi qeydə alınıb. Dövlət Əmlak Xidmətindən verilən məlumata görə, 15,5%-i yəni 23 989-mini ilkin, 84,5%-i yəni 130 348- hüquqların yenidən rəsmiləşdirilməsidir. Qeydə alınmış obyektlərin 39 177-si Bakıda, qalanları isə respublikanın regionlarında olub. Daşınmaz əmlakın növləri üzrə əmlakın qeydiyyatı: fərdi və bağ evləri – 23 455, mənzillər – 34 094, torpaq sahələri – 91 749, qeyri-yaşayış binaları – 1 357,qeyri-yaşayış sahələri – 3 345,yaşayış kompleksləri – 321,çoxmərtəbəli binalar – 16.
2023-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,3 % artaraq 1933,3 manat təşkil edib. GDP Dövlət Statistika Komtəsinə istinadən xəbər verir ki, 2024-cü il yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının sayı 27,1 min nəfər olub və onların da 29,7 %- ini qadınlar təşkil edir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna dəyişiklik edilib. GDP xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”na aşağıdakı məzmunda hissələr əlavə edilsin: – AZTV – Mədəniyyət TV – İdman TV – Azərbaycan Radiosu – Azərbaycan Beynəlxalq Radiosu.
Nikkei 225 İndeksi 0,59% yüksələrək bağlanır GDP xəbər verir ki, Tokioda Nikkei 225 İndeksi bazar ertəsi günü 229 bənd və ya 0,59% dəyər qazanıb. Qazananlar: Unitika 6,41%, Nh Foods 5,61%, Chugai Pharma 3,72% yüksəlib Ən çox itirənlər: Chiyoda -3,46%, Sumitomo Metal Mining -2,54%, Isetan Mitsukoshi -2,30% enib.
Neft qiymətləri ötən həftə yüksəldikdən sonra bir qədər ucuzlaşıb GDP xəbər verir ki, Brent neftinin qiymətləri keçən həftə yüksəldikdən sonra bazar ertəsi səhər mülayim ucuzlaşıb. Bakı vaxtı ilə saat 9:09-a Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri 1 barel üçün 85,17 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 7 sent aşağıdır. Nyu-York əmtəə birjasında elektron hərraclarda WTI markalı neftin avqust fyuçersləri də 7 sent azalaraq 80,66 dollar olub.
