Author: Aynure Gdp

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 12 iyun 2024-cü il tarixli 165 nömrəli Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib. GDP xəbər verir ki, bu barədə ARDNF-dən m\lumat verilib. Bəhruz Bəhramov 2020-ci ildən hazırki tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib. Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. Doğulduğu tarix 8 aprel 1982-ci ildə anadan olmuşdur. İş təcrübəsi 2006-2014-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya…

Read More

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi  14 milyard 686 milyon 648,891 min manat təşkil edib. GDP Azərbaycanda fəaliyyət göstərən 12 investisiya şirkətinin göstərilən dövr ərzində həyata keçirdiyi repo müqavilələrinin məbləğinə görə renkinqini təqdim edir. Qeyd edək ki, repo müqaviləsi – qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür

Read More

Bakı Fond Birjası Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin 2024-cü ilin yanvar-may ayları ərzində dövriyyələrinin həcmini açıqlayıb. GDP xəbər verir ki. dövriyyəsinin həcminə görə,ölkənin ən böyük investisiya şirkəti “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir ki, cari ilin yanvar -may ayları ərzində 11 milyard 415 milyon 291,521.00 min manat təşkil edib. İnvestisiya şirkətlərinin 2024-cü ilin may ayının sonuna olan göstəricilərə görə renkinqini təqdim edirik.

Read More

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib. GDP xəbər verir ki, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına kompleksdə görülmüş işlər barədə məlumat verib. Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. Palçıq Vulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxından…

Read More

Kaspersky beynəlxalq istehsalçı “ZKTeco”nun biometrik terminalında çoxsaylı boşluqlar aşkar edib. Onlardan girişə nəzarət sistemlərindən yan keçmək və mühafizə olunan ərazilərə fiziki daxil olmaq, həmçinin biometrik məlumatları oğurlamaq, məlumat bazalarında dəyişikliklər etmək və arxa qapıların (gizli müdaxilə üsulu) quraşdırılması üçün istifadə oluna bilər. Sözügedən biometrik oxucular bütün dünyada müxtəlif sənaye sahələrində – nüvə elektrik stansiyalarından və istehsalatdan tutmuş ofislərə və səhiyyə təşkilatlarına qədər geniş şəkildə istifadə olunur. Onlar istifadəçi autentifikasiyasının dörd üsulunu dəstəkləyir: biometrik (üz tanıma), şifrə, elektron buraxılış və ya QR kodu. Bu terminallarda minlərlə insanın biometrik məlumatlarını saxlana bilirlər. Kaspersky mütəxəssisləri aşkar edilmiş bütün boşluqları qruplaşdıraraq, bu barədə istehsalçıya…

Read More

2024-cü ilin yanvar-may aylarında sənaye istehsalı ilə bağlı məlumatlar yayımlanıb. GDD xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb. Məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 3 milyard 4 milyon yaxud 11.4% azalmanın göstəricisidir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,0 faiz artıb. Sənaye məhsulunun 64,7 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi…

Read More

2024-cü ilin yanvar-may aylarında ölkədə 48 milyard 26 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% çox ümumi daxili məhsul istehsal olunub. GDP xəbər verir ki, bu barədəDövlət Statistika Komitəsi (DSK) məlumat yayımlayıb. Ötən ilin yanvar-may ayları ilə müqayisədə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3% artıb, neft-qaz sektorunda isə eyni səviyyədə qalıb. ÜDM istehsalının 39,7%-i sənaye, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0%-i nəqliyyat və anbar təsərrüfatı, 6,0 %-i tikinti, 3,8 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,1 faizi digər sahələrin payına…

Read More

Ümumilikdə xarici aviaşirkətlər 314 mindən çox, AZAL isə 252 min sərnişin daşıyıb. GDP xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36 % çoxdur. Ötən ay 14-ü aşağıbüdcəli (loukoster) olmaqla 34 aviaşirkət Bakıya və Bakıdan 4 905 uçuş həyata keçirib. Beynəlxalq marşrutlar üzrə sərnişin dövriyyəsinin 55 %-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) payına düşüb. Ümumilikdə xarici aviaşirkətlər 314 mindən çox, AZAL isə 252 min sərnişin daşıyıb. Bu müddətdə Naxçıvan istiqamətində 60 minə yaxın sərnişinə xidmət göstərilib. Əhəmiyyətli artım tranzit sərnişinlərin sayında müşahidə olunub – 2023-cü ilin may ayı ilə müqayisədə…

Read More

Bu gün Azərbaycanda işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur. Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iyunun 13-də keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkədə əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir: “Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon 749 mindir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 35,6 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 65-i müqavilə olmadan işləyir”. “Rəsmi…

Read More