- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Author: Aynure Gdp
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılıb. Belə ki, əsas maliyyə aləti olan uçot dərəcəsi 6,75%, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 7,75% səviyyəsinə endirilib. Qeyd edilib ki, qərar qəbul olunarkən bir sıra amillər nəzərə alınıb. Bunlara faktiki və gözlənilən inflyasiyanın hədəf interval olan 4±2% ilə uyğunluğu, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı vəziyyət, daxili makroiqtisadi meyillər, habelə pul-kredit siyasəti qərarlarının real sektora ötürülməsinin xüsusiyyətləri daxildir.
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Taleh Kazımov “PASHA Holding” və “Deloitte Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən “Business Talks by PASHA Holding” tədbirində “Kapital bazarları və IPO: İnkişafa doğru” mövzusunda çıxış edib. Tədbirdə çıxış edən Kazımov, sual-cavab sessiyasında ölkədə kapital bazarının mövcud vəziyyəti, əsas çağırışlar və gələcək prioritetlər barədə fikirlərini bölüşüb. O, son dövrlərdə pul bazarında aparılan islahatlar, kapital bazarları qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması və ilkin ictimai təklif (IPO) prosesinin təkmilləşdirilməsi istiqamətində görülən işləri xüsusi vurğulayıb. Kazımov qeyd edib ki, qarşıdakı dövrdə əsas prioritetlər yeni emissiyaların stimullaşdırılması, investor bazasının genişləndirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin şəffaflığın artırılması və investor hüquqlarının qorunması olacaq.…
Son günlərdə sosial şəbəkələrdə “TuranBank” adından fəaliyyət göstərən saxta səhifə, nömrə və e-poçt ünvanları yaradılaraq, vətəndaşlara müəyyən ödəniş qarşılığında “girovsuz və zaminsiz kredit” təklif olunur. Bankın bu barədə yayımladığı xəbərdarlıqda bildirilir ki, bu təkliflər dələduzluq məqsədi daşıyır və sözügedən bütün səhifə və nömrələr TuranBank-a məxsus deyil. Bu səhifələrdə edilən paylaşımların həqiqətlə əlaqəsi olmadığı qeyd olunur. Mətbuat xidməti vətəndaşları xəbərdarlıq edir ki, heç bir şəraitdə şəxsi məlumatlarını, bank kartı məlumatlarını və ya təhlükəsizlik şifrələrini kənar şəxslərlə paylaşmasınlar. Bank əməkdaşlarının müştərilərdən bu cür məlumatları heç vaxt tələb etmədiyi bir daha vurğulanır. TuranBank rəsmi açıqlamasında vətəndaşlara yalnız Bankın rəsmi informasiya kanallarında (rəsmi saytı…
2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın aqrar məhsullarının ixracının dəyəri 190,4 milyon ABŞ dolları və ya 27,1% artaraq, 892,1 milyon dollara çatmışdır. GDP bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki,digər tərəfdən, aqrar-sənaye məhsullarının ixracı isə təxminən sabit səviyyədə qalaraq, cəmi 0,9 milyon dollar və ya 0,3% artıb və 288,2 milyon dollar təşkil edib. Bu iki əsas qrupun cəmi olan ümumi aqrar və aqrar-sənaye məhsulları ixracı da məhz aqrar məhsulların güclü performansı sayəsində yüksəliş trendini davam etdirib. Ümumi ixracın dəyəri 211,1 milyon dollar və ya 21,3% artaraq 1,2 milyard ABŞ dollarına yüksəlib. Nəticə etibarilə, 2025-ci ilin on bir aylıq dövründə qeydə alınan ümumi 21,3%-lik ixrac artımının qeyri-bərabər…
2025-ci ilin yanvar-noyabr aylarında ölkənin qeyri-neft sektoru üzrə ümumi ixracı 3,3 milyard ABŞ dolları təşkil edib. GDP İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu 2024-cü ilin eyni dövründəki 3,1 milyard dollar səviyyəsi ilə müqayisədə 200 milyon dollarlıq və ya təxminən 6,45% artım deməkdirş Artımın əsas drayverinin yeyinti məhsulları ixracı olduğu müşhidı edilir. Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 19,4% təşkil edərək əhəmiyyətli artım nümayiş etdirib. 2025-ci ilin yanvar-noyabrında yeyinti məhsullarının ixrac dəyəri 1,1 milyard ABŞ dollarına çatıb. 2024-cü ilin eyni dövründə bu göstərici 923 milyon dollar olmuşdur. Müəllif:Aynur Qəniyeva
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkədə kapital bazarlarının rəqəmsallaşma səviyyəsinin yüksək olduğunu bildirib. O, “Rahat deyə bilərəm ki, rəqəmsallaşma istiqamətində kapital bazarlarının infrastrukturu təkmildir” – deyə vurğulayıb. Kazımov qeyd edib ki, əlavə işlər görülməli olsa da, digər inkişaf etmiş kapital bazarları ilə müqayisədə Azərbaycanın infrastrukturu kifayət qədər rəqəmsaldır. Bunu sübut etmək üçün o, keçən il keçirilən ABB-nin İPO-sunda səhmlərə sifarişlərin 84%-nin mobil əlavə vasitəsi ilə verildiyini misal çəkib. Mərkəzi Bankın sədri öz təcrübəsini bölüşərək bildirib ki, keçmişdə investorlar hesab açmaq və əməliyyat aparmaq üçün 3-5 gün vaxt sərf etməli olduğu halda, indi bu proses mobil əlavə vasitəsi ilə maksimum…
İnnovasiya lideri Bakcell danışıq dəqiqələri, internet, SMS paketləri, rouminq və digər üstünlüklərlə bol yeni “GO” tariflərini təqdim edir. 0.99 AZN-dən başlayan “Go” tariflərindən birinə qoşulmaqla abunəçilər, həmçinin “WhatsApp”, “Facebook”, “Instagram”, “TikTok” və “YouTube” platformalarında istifadə üçün əlavə internet bonusları əldə edəcəklər. Məsələn, “GO 11.99” tarifi çərçivəsində “Bakcell” abunəçiləri 5 GB internet, 300 ölkə daxili danışıq dəqiqəsi, bütün istiqamətlər üzrə 150 SMS və “WhatsApp”da limitsiz yazışmaq imkanı qazanacaqlar. Sözügedən tarifə qoşulmaq üçün sadəcə *905#YES kodunu yığmaq kifayətdir. Qeyd edək ki, cari tariflərdən yeni “GO” tariflərinə keçid tamamilə ödənişsizdir. “GO” tarifləri barədə ətraflı məlumatı rəsmi sayt, həmçinin Bakcell mobil tətbiqindən əldə edə…
Binance öz qlobal əməliyyatlarını Kayman adalarından Əbu-Dabiyə köçürəcək
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 188 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. GDP Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Yeni mənzillər seçim üçün dekabrın 15-i saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir. İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8 495 kirayə müqaviləsi bağlanıb.
Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Həmin dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 436 mindən çox ödəniş tapşırığı yerinə yetirilib. Büdcə gəlirlərinin icrasında da yüksək göstəricilər qeydə alınıb. Nazirlik büdcə prosesindəki bu müsbət tendensiyanı təsdiqləyir, bu da dövlət maliyyəsinin sabit və effektiv idarə olunmasını əks etdirir.
