Author: Aynure Gdp

8 iyul 2024-cü il, saat 11.00-da, “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. GDP xəbər verir ki, yığıncaq Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən bankın ofisində (3-cü mərtəbə, iclas zalı)  ünvanında olacaq. Məlumata görə, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib I. “Kapital Bank” ASC tərəfindən 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi.  , II. Bankın müşahidə şurasının sədri Rövşən Allahverdiyev və müşahidə şurasının üzvü Fərid Məmmədovla əmək müqaviləsinin bağlanması.

Read More

ABB benzin, dizel, təbii qaz kimi yanacaqlardan istifadəyə görə sərf olunan məbləği ətraflı təhlil edir və müvafiq tədbirlər görür. Məsələn, bu tədbirlərdən biri sərfiyyatı mümkün qədər azaltmaq üçün daha az benzinlə işləyən avtomobillərdən istifadədir GDP xəbər verir ki, bu barədə ABB-nin 2023-cü il üzrə “Dayanıqlı İnkişaf Hesabatı”nda məlumat verilib. Məlumata görə, ABB 2023-cü il ərzində 208.11 ton dizel yanacağı işlədib ki, bu göstəricinin 2022-ci ildə 212.77 ton olduğunu nəzərə alaraq bankın dizel sərfiyyatını 4.66 ton azaltdığını müşahidə etmək olar. ABB-nin benzin sərfiyyatı göstəriciləri 2023-cü il ərzində 246 ton təşkil edib ki, bu da bankın 2022-ci illə müqaisədə benzin sərfiyyatını 2023-cü…

Read More

Texas Birjası 2025-ci ilin sonunda ticarətə başlamağı planlaşdırırGDP xəbər verir ki, TXSE Group Texas Fond Birjasını yaratmaq üçün BlackRock və Citadel Securities daxil olmaqla onlarla fərdi investor və iri investisiya firmalarından 120 milyon dollar toplayıb.Yeni birjanın 2025-ci ilin sonundan əvvəl fəaliyyətə başlaması gözlənilir, ilk listinq 2026-cı ilin əvvəlində planlaşdırılır.Baş ofisi Dallasda yerləşən Texas Fond Birjası (TXSE), ilk növbədə Cənub-Şərqi şirkətlərin listinqini, həmçinin birjada satılan müxtəlif məhsulların və Amerika Depozitar Qəbzlərinin ticarəti üçün yeni platformaya çevriləcək. Tam fəaliyyətə başlayanda birja işçilərinin sayı 100 nəfərə yaxın olacaq.

Read More

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan Banklar Assosiasiyası bu gün birgə mətbuat konfransı keçiriblər. ASA-dan GDP-yə verilən məlumata görə, konfransda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalara aydınlıq gətirilib. Tədbirdə Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Banklar Assosiasiyasının rəhbərlikləri, habelə bank və sığorta şirkətlərinin rəhbər nümayəndələri tərəfindən həyata keçirilən yeniliyin vətəndaşyönümlü əhəmiyyəti barədə məlumat verilib. Müvafiq dəyişikliklərin növbəti dövrdə istehlak krediti götürən fiziki şəxslərin həyat risklərinə qarşı sığorta təminatının sürətlə genişlənəcəyinə əminlik ifadə edilib. Açıqlanıb ki, bu yenilik ilə istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının onlara daha əlverişli şərtlərlə təklif ediləcək həyat sığortasına əlçatanlığını təmin edəcək.

Read More

Bu günədək ölkə daxilində sifarişli sərnişin və yükdaşımaları üzrə buraxılış kartı üçün 24670, buraxılış vəsiqəsi üçün isə 9562 müraciət daxil olub. GDP xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yayımladığı məlumata gör, (AYNA)bunlardan 22397 buraxılış kartı, 7289 buraxılış vəsiqəsi üçün müraciət edənlər ölkədaxili yükdaşımaları həyata keçirənlərdir. AYNA -dan bildirlir: “Sifarişli sərnişindaşıma sahəsində isə müraciət edilən buraxılış kartlarının sayı 2273, buraxılış vəsiqələrinin sayı 1529-dur.  İcazələrin verilməsi prosesi davam etdirilir.” Qeyd edək ki, qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişindaşımalar, eləcə də yükdaşıma ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)…

Read More

“Real sektorun maliyyələşdirilməsinə 1.7 mlrd. AZN-dən çox vəsait ayırmışıq” GDP xəbər verir ki, bu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun bankın “Dayanıqlı İnkişaf Hesabat”ı ilə bağlı bölüşdüyü fikirlərdə əks olunub. Bank rəhbəri qeyd edib: “İl ərzində korporativ biznes və kiçik sahibkarlar üzrə kredit portfelimizdə də 900 mln. AZN-ə yaxın və ya 53% artım qeydə alınıb. Real sektorun maliyyələşdirilməsinə 1.7 mlrd. AZN-dən çox vəsait ayırmışıq.” Abbas İbrahimov bildirib: “Yeni texnologiyaların intensiv tətbiqi, xidmət keyfiyyətinin yüksəlməsi, müştəri loyallığına nail olmaq üçün həyata keçirdiyimiz irimiqyaslı layihələr sayəsində ötən il həm korporativ, kiçik və orta biznes müştərilərimizin, həm də pərakəndə müştərilərimizin sayında böyük artım…

Read More

“Kredit bazarında payımızı 2023-cü ildə 2% artıraraq 20%- ə çatdırmışıq” GDP xəbər verir ki, bu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun bankın “Dayanıqlı İnkişaf Hesabat”ı ilə bağlı bölüşdüyü fikirlərdə əks olunub. O bildirib: “Bankımız ötən dövrdə qurduğumuz sağlam təməllər üzərində sürətlə böyüməyə başlayıb. Bütün seqmentlər üzrə bazar payımızı artıraraq sektorda yüksək böyümə nümayiş etdirmişik. Kredit bazarında payımızı 2023-cü ildə 2% artıraraq 20%- ə çatdırmışıq.” Abbas İbrahimov əlavə edib : “31.12.2023-cü il tarixli konsolidasiya edilmiş maliyyə hesabatlarına əsasən, portfelimiz 2023-cü ilin əvvəli ilə müqayisədə ilin sonunda 1.5 mlrd. AZN, yəni 43% artaraq 5 mlrd. AZN-i ötüb”

Read More

“”Yaşıl dünya naminə həmrəylik ili”ndə belə bir hesabat bizim üçün xüsusi dəyər daşıyır.” GDP xəbər verir ki,bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın “2023-cü il üzrı Dayanıqlı İnkişaf Hesabatı”barədə öz fikirlərini bölüşərkən deyib. O bildirib: “Bu hesabat ABB Maliyyə Qrupu olaraq son illərdə dayanıqlı inkişaf istiqamətində əldə etdiyimiz nailiyyətlərə ümumi baxışdır. “Yaşıl dünya naminə həmrəylik ili”ndə belə bir hesabat bizim üçün xüsusi dəyər daşıyır. Nəticələrimizi qiymətləndirməyə, yeni hədəflərimizi müəyyənləşdirməyə kömək göstərir.” Abbas İbrahimov əlavə edib: “Ənənəmizə sadiq qalaraq 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatımızda da məlumatların maksimum əhatəli olmasına çalışmışıq. Yanaşmalar yeni, standartlar beynəlxalq təcrübəyə uyğundur”.

Read More

Nazirlər Kabinetinin Qərarına əsasən, “Standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili Qaydaları” təsdiq edilib. Sənəd “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir. Qaydalara əsasən, iqtisadi fəaliyyətin hər növü üzrə bir texniki komitə yaradılır. Texniki komitənin yaradılması təşəbbüsü ilə çıxış edən fiziki və hüquqi şəxslər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun tərtib edilmiş ərizə ilə milli standartlaşdırma qurumuna müraciət edirlər. Dövlət orqanları (qurumları) isə texniki komitənin yaradılması ilə bağlı milli standartlaşdırma qurumuna müraciət edirlər. Texniki komitənin fəaliyyət göstərəcəyi ünvan barədə məlumat ərizədə (müraciətdə) qeyd…

Read More

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən Bakı Fond Birjasında “PASHA Yatırım Bankası” A.Ş-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları yerləşdiriləcək. GDP xəbər verir ki,”PAŞA Kapital İnvestisiya Şirkəti” QSC yayımlayıb. Məlumatda bildirilir: ” Yerləşdiriləcək istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, ümumi həcmi 25 000 000 ABŞ dolları təşkil edir. Qiymətli kağızların əsas anderrayteri qismində isə Azərbaycanın kapital bazarında fəaliyyət göstərən şirkətlər sırasında ən böyük dövriyyəyə malik olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir.”

Read More