Author: Aynure Gdp

2024 ilin I rübündə Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac baş tutub. Son 1 ay ərzində Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda banklara 682,7 milyon ABŞ dolları satıb. İlin əvvəlindən sonuncu valyuta hərracında qədər banklara 2 milyard 339 milyon 9 min ABŞ dolları satılıb. Sonuncu valyuta hərracında bankların dollar tələbi 2024 cü il ərzində ilk dəfə 50 milyon ABŞ dollarından aşağı enərək 44.5 milyon dollar təşkil edib. GDP son 1 ay ərzində valyuta hərraclarında satılan valyutanın həcmi ilə bağlı dinamikanı əks etdirən qrafiki tədim edir.

Read More

Zəngəzur dəhlizi 2028-2029-cu illərdə işə salına bilər.GDP xəbər verir ki, Türkiyənin İnfrastruktur və Nəqliyyat Naziri Əbdülqadir Uraloğlu TGRT Haber-ə müsahibəsində Qars və İğdır arasında dəmir yolunun tikintisinə ilin sonunda başlanılması və 5 il ərzində başa çatdırılmasını bildirib.Əbdülqadir Uraloğlu onu da qeyd edib ki, Naxçıvanla Zəngilan arasında dəmir yolu hissəsinin tikintisi də bir neçə il davam edə bilər.O bildirib: “Zəngəzur dəhlizinin açılması Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün mühüm alternativ olacaq”Uraloğlu dəhlizin İran ərazisindən keçə biləcəyini istisna etməyib.Nazir bildirib ki, dəhlizin müəyyən hissələri həm İrandan, həm də Ermənistandan keçə bilər.

Read More

Dünyanın aparıcı əmtəə birjalarında təbii qaz 5,61% bahalaşıbGDP əmtəə birjalarında ən çox bahalaşan və ən çox ucuzlaşan enerji daşıyıcılarının qiymət dəyişikliyini təqdim edir.Ən çox bahalaşan enerji daşıyıcıları Təbii qaz -5,61% Benzin -1,34% İstilik enerjisi alınan yağ – 1,33% Ən çox ucuzlaşan enerji daşıyıcılarının Metanol -2,94% Etanol -1,66% Neft WTI – 0,9719% Brent nefti- 0,8286%

Read More

Azərbaycan qazının TAP qaz kəməri ilə Avropaya ümumi tədarükü 35 milyard kubmetri ötüb.GDP xəbər verir ki, bu həcmdə qaz Avropa bazarlarına 31 dekabr 2020-ci ildən verilir.SOCAR-ın məlumatına görə Yunanıstan, Bolqarıstan, İtaliya, Macarıstan, Rumıniya və Serbiyaya çatdırılıb.Şirkət vurğulayıb: Qaz kəməri gələcəkdə qazın Cənub-Şərqi, Mərkəzi və Qərbi Avropanın müxtəlif istiqamətlərinə çatdırılmasına imkan verəcək.Ötən il Azərbaycandan Avropaya qaz tədarükü 11,8 milyard kubmetr təşkil edib.

Read More

ABŞ Çindən gələn mallara tətbiq ediləcək tariflərin tam siyahısını açıqlayıb. GDP xəbər verir ki, ümumilikdə, 2024-cü ildən 2026-cı ilə qədər tariflər 14-18 milyard dollar dəyərində mallara təsir göstərəcək: -Yarımkeçiricilərin tarifləri 25%-dən 50%-ə yüksələcək. – Elektrikli avtomobillərin akkumulyatorlarının tarifləri 7,5%-dən 50%-ə yüksələcək. 2026-cı ildən başlayaraq BÜTÜN akkumulyatorlar üzrə tariflər 7,5%-dən 50%-ə yüksələcək (indi düşünün ki, nə qədər müasir qurğular onlara etibar edir).- Qrafit günəş elementlərinin tarifləri 25%-dən 50%-ə yüksələcək.- Polad və alüminium məhsullarına tariflər 0-7,5%-dən 50%-ə yüksələcək. – Elektriklə işləyən avtomobillərin tarifləri 25%-dən 100%-ə yüksələcək. Bu barədə artıq məlumat verilib.Xülasə, ABŞ Çin mallarının “ədalətsiz ucuz” olduğunu bildirdi. Başqa sözlə desək, “biz…

Read More

Banklararası bazarda müəyən əməliyyatalarda «PAŞA qrup»a daxil olan bankların hakim mövqe tutması ilə bağlı məlumatlar həqiqəti əks etdirmirdi. GDP xəbər verir ki, bunu “«Kapital Bank»ın 2023-cü ilin yekunları və yeni strateji dövrə dair mətbuat konfrası”nda Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov «Kapital Bank» -ın banklararası bazarda daha çox valyuta satması ilə bağlı fikirlərə aydınlıq gətirərkən deyib. O bildirib: «Kapital Bank» və “PAŞA Holding”ə daxil olan digər banklarda gündəlik olaraq bu əməliyyatlar həyata keçirilir. Bu əməliyyatların azalmasında yaxud artmasında xüsusi bir tendensiya görmürük. Banklararası bazarda müəyən əməliyyatalarda «PAŞA qrup»a daxil olan bankların hakim mövqe tutması ilə bağlı məlumatlar həqiqəti əks etdirmirdi. Hazırda konkret dövriyyələr və əməliyyatların sayı barədə məlumat verə…

Read More

Blokçeynin əsas üstünlüyü nədir? Blokçeyn kriptovalyutanın əsasında dayanan texnologiyadır. Məhz onun sayəsində insanlarda güvən yarandı ki, kriptopullar kağız pullar qədər limitsiz olmayacaq və zaman keçdikdə dəyərlənəcək. Hansı kriptovalyutalar riskli hesab olunur? Əsasında lahiyə olmayan, lahiyə dəyəri şişmiş və piramida yolu ilə satılan Trader, staker, holder kimlərdir? Trader ucuz alıb, baha satan birja “oyunçu”larıdır. Balinalar daha çox əlində kripto olanlara deyilir. Ən riskli birja əməliyyatları long, short -dur ki, bu zaman ciddi itkilərə məruz qala bilərsiz. “Staker” ana məbləği bloklayıb, günlük faiz əldə edənlərdir. “Holder” isə cüzdanda tutub, hədəfdə satmaq istəyənlər. Buğa və Ayı sezonu nə deməkdir? Buğa mövsümündə birja yaşıllaşır,…

Read More

Azərbaycan Respublikasının Mərkəzi Bankı AMB 2024-cü ilin I rübü ərzində likvidliyin idarə olunması məqsədilə müxtəlif müddətli monetar əməliyyatlarını davam etdirib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının “2024-cü ilin yanvar-mart ayları üzrə Pul Siyasəti icmalı”da məlumat verilib. İcmalda bildirilir: “Banklar tərəfindən alətlər arasında AMB-nin sterilizasiya alətlərinə, xüsusən də sterilizasiya yönümlü daimi imkanlar alətinə tələbat daha yüksək olub. Belə ki, yanvar-mart aylarında 1 günlük depozit əməliyyatlarının orta həcmi 1071 mln. manat olub”

Read More

(®) AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Тaksi xidmətləri üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün pr*********@********nk.azelektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər. Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2024-cü il may 27-də başa çatır.

Read More

Hesabat dövründə pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi davam etdirilib. Bu alətlər arasında Mərkəzi Bankın sterilizasiya alətlərinə tələbat daha yüksək olub. GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının 2023-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatında məlumat verilib. Hesabatda bildirilir: “2023-cü il ərzində faiz dəhlizi parametrləri 8 dəfə müzakirəedilib. İlin ilk yarısında uçot dərəcəsinin 8.25%-dən 9%-ə, dəhlizin aşağı həddinin6.25%-dən 7.5%-ə və yuxarı həddinin 9.25%-dən 10%-ə qaldırılması ilə bağlı qərarlarqəbul edilib. İlin ikinci yarısında isə Mərkəzi Bank yumşaldıcı pul siyasəti həyatakeçirmiş, uçot faiz dərəcəsini 9%-dən 8%-ə endirib.” Mərkəzi Bank pul siyasəti alətlərini tətbiq etdiyi konfuqrasiyanın dəyişildiyini açıqlayıb: “Hesabat dövründə pul…

Read More