- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
Author: Aynure Gdp
Fransa Çin marketpleysi Shein-in fəaliyyətini qadağan edib.
25 noyabr 2025-ci il yarixində Azərbaycan Beynəlxalq Bankı ASC-nın səhmləri üzrə 43 mindən çox səhm alınıb-satılıb, ümumi ticarət həcmi 12,553.59 manat dəyərində olub. GDP Bakı Fond Birjasına istinadla xəbər verir ki, səhmlərin qiymət 0.29 manat ilə 0.30 manat arasında formalaşıb, günlük ən yüksək qiymət 0.30 manat, ən aşağı qiymət isə 0.29 manat təşkil edib. Ticarət günü ərzində səhmlərin orta çəkili qiyməti 0.292 manat səviyyəsində qeydə alınıb. Səhmlərin 77%-i (33,347 səhm) 0.29 manat qiymətindən, qalan 23%-i isə (9,776 səhm) 0.30 manat qiymətindən satılıb. 25 noyabr tarixində bankın səhmlərinin ticarət həcmi və ümumi dəyərində kəskin azalma baş verib. Xüsusilə, ümumi ticarət həcmi…
İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının (İSB) Himayəçilər Şurasının növbəti iclası keçirilib. İclasda maliyyə və təşkilati məsələlərlə yanaşı, İSB-nin Risk Komitəsi haqqında Əsasnamə təsdiqlənib. Risk Komitəsinin yaradılmasının əsas məqsədi risklərin operativ və dəqiq qiymətləndirilməsini təmin etmək və bu risklərə uyğun qərarların qəbulu üçün zəruri əsaslar yaratmaqdır. Komitə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə nəzarət edəcək, həmçinin strategiya və siyasətlərin formalaşdırılmasını təmin edərək risklərin effektiv idarə olunmasına cavabdehlik daşıyacaq. İclasda həmçinin Risk Komitəsinin tərkibi də formalaşdırılıb. Komitənin sədri Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı Məhəmməd Məhərəmli seçilib. Komitənin üzvləri isə “Qala Sığorta” ASC-dən Famil Əliyev və “Paşa Sığorta” ASC-dən Araz…
24 noyabr 2025-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı ASC” səhmlərinin qiymətləri əsasən 0.2900 manat ilə 0.3000 manat arasında dəyişib. GDP Bakı Fond Birjasının 24 noyabr tarixinə açıqladığı ticarət məlumatlarına görə, ticarət ssesiyası ərzində “Azərbaycan Beynəlxalq Bankı ASC” səhmlərinin orta qiyməti isə 0.2901 manat olub. Əməliyyatların ümumi həcmi 70,275.18 manat təşkil edib, ümumi səhmlərin sayı isə 242,211 olub. Qiymət dəyişiklikləri 0.2900 manat və 0.3000 manat arasında baş verib, ortalama qiymət isə çəkili orta hesabla 0.2901 manat təşkil edilib.
Dünyanın ən böyük investisiya şirkəti BlackRock, 145 milyon dollara 1669 bitkoin alaraq, kriptovalyuta bazarında mühüm bir addım atıb. Bu alqı-satqıdan sonra bitkoinin qiyməti 87 min dollar səviyyəsinə çatıb, bu da son bir neçə ilin ən yüksək qiymət artımını göstərir. Eyni zamanda, bu gün saat 00:00 -da Donald Trump-ın yeni bir fərman imzalaması gözlənilir. Dedi-qodulara görə, bu fərman ABŞ-ın bitkoinlərlə bağlı kripto ehtiyatları məsələsinə toxuna bilər. Bu addım, ABŞ-ın kriptovalyutaya olan yanaşmasını dəyişə biləcək bir yenilik kimi qiymətləndirilir
Bitcoin 89.000 dollar səviyyəsini aşaraq yeni rekorda doğru irəliləyir.
ABŞ-ın ən böyük bankı olan JPMorgan, bitcoin ödənişləri ixtisaslaşan Strike şirkətinin baş direktoru Cek Mallersin hesablarını bağlayıb. Bank bunun səbəbini izah etməyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Central Banking” onlayn jurnalında dərc olunan “COP29-dan sonrakı dövrdə dayanıqlılığın təşviqi” adlı məqaləsində bildirib ki, Mərkəzi Bank dayanıqlı maliyyə sisteminin inkişafında aparıcı rol oynamaqda tam qərarlıdır. Onun sözlərinə görə, AMB təşəbbüsləri, güclü tərəfdaşlıqları və dayanıqlılığa bağlılığı ilə təkcə ölkədə yaşıl transformasiyaya töhfə verməyi deyil, həm də qlobal iqlim fəaliyyəti səylərini dəstəkləməyi və inkişaf etdirməyi hədəfləyir. Kazımov vurğulayıb ki, AMB yaşıl maliyyə sahəsində innovasiyaları təşviq etmək, iqlim dəyişikliyinin yaratdığı sistem risklərini azaltmaq və iqtisadi rifahla ekoloji dayanıqlığın paralel şəkildə mövcud olduğu gələcək yaratmaqda əzmli şəkildə fəaliyyətini davam etdirir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın dayanıqlı…
ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov Naxçıvan Muxtar Respublikasına işgüzar səfər çərçivəsində filiala baş çəkib. Səfər zamanı bölgənin sosial-iqtisadi inkişafında bankın rolu müzakirə olunub, tərəfdaşlarla görüşlər keçirilib və maliyyələşdirilən layihələrin gedişatına yerində nəzarət edilib. ABB sədri bildirib ki, səfər çərçivəsində regionun inkişafına töhfə verə biləcək yeni təşəbbüslər də dəyərləndirilib. İbrahimov qeyd edib ki, bank Naxçıvana bu günə qədər təxminən 100 milyon manat dəyərində kredit qoyuluşu edib və bunun 65 faizdən çoxu biznes kreditlərindən ibarətdir. “Bu da regionda sahibkarlığın, istehsalın və məşğulluğun inkişafına birbaşa dəstək deməkdir. Səfərimiz faydalı və məhsuldar oldu. Naxçıvanın iqtisadi potensialını daha da gücləndirmək üçün yerli bizneslərlə işbirliyini…
2026-cı ildən etibarən Azərbaycan qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi, sosial sığorta və tibbi sığorta haqları üzrə yeni mərhələli model tətbiq etməyə başlayır. Bu islahat paketi rəsmi məşğulluğun genişləndirilməsi, əmək bazarında şəffaflığın artırılması, biznesin xərclərinin optimallaşdırılması və sosial müdafiənin gücləndirilməsi məqsədlərini daşıyır. Eyni zamanda ölkənin vergi sisteminin regiondakı müasir tendensiyalara uyğunlaşdırılmasını hədəfləyir. Aylıq gəliri 2500 manatadək olan şəxslər üçün vergi dərəcəsi 3 illik mərhələli keçidlə formalaşacaq: 2026: 3% 2027: 5% 2028 və sonrası: 7% Mövcud 200 manatlıq vergi güzəşti isə qüvvədə saxlanılır. Bu yanaşma aşağı gəlir qruplarını daha güclü sosial müdafiə ilə təmin edir və onların rəsmi məşğulluqdan…
