- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
- Citi Brent neftinin qısamüddətli proqnozunu 15 dollar artırdı – qiymət 85 dollara çatdırılıb
Author: Aynure Gdp
ABŞ hökuməti Özbəkistanla ölkənin mühüm faydalı qazıntılarına daha yaxşı çıxışı təmin etməyə yönəlmiş saziş imzalayıb. GDP bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir. Sənəd ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyası (DFC) tərəfindən hazırlanıb və iki ölkə arasında strateji əməkdaşlığın inkişafına yönəlmiş Birgə İnvestisiya Proqramının yaradılmasını nəzərdə tutur. Qeyd olunur ki, saziş kritik əhəmiyyətli minerallarla bağlı fəaliyyətin bütün mərhələlərini – geoloji kəşfiyyatdan və hasilatdan tutmuş emala qədər – əhatə edir. Bundan əlavə, mineral ehtiyatlar və infrastruktur sahəsində gələcək layihələrlə məşğul olacaq ABŞ–Özbəkistan birgə investisiya holdinq şirkətinin yaradılması planlaşdırılır. Agentliyin məlumatına görə, regionun ən böyük iqtisadiyyatlarından biri olan və əhalisi təxminən 40…
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Sənan Mustafayev və İsmayıl Hüseynov ilə Mərkəzi Bankda həyata keçirilən mentorluq proqramının başa çatması münasibətilə növbəti görüş keçirib. Görüş zamanı qaliblərin fərdi inkişaf planları çərçivəsində gördükləri işlər, əldə etdikləri nəticələr, həmçinin şəxsi inkişaf, təhsil və karyera istiqamətində atdıqları addımlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Taleh Kazımov mentorluq proqramında fəal iştiraklarına görə qaliblərə tövsiyə məktubu təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qaliblər isə göstərilən diqqət və dəstəyə görə Mərkəzi Bankın sədrinə təşəkkürlərini ifadə ediblər. Qeyd edək ki, növbəti “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi 6 mart – 16 aprel 2026-cı il…
Azərbaycan Mərkəzi Bankının (AMB) 2026-cı ilin sonuna qədər pul siyasətində ehtiyatlı mövqe saxlayacağı gözlənilir. GDP xəbər verir ki,Beynəlxalq analitik şirkəti “Fitch Solutions” Azərbaycan iqtisadiyyatı ilə bağlı 2026-cı il üçün proqnozlarına görə, tənzimləyici qurum uçot dərəcəsini mərhələli şəkildə 6,50%-dən 6,00%-ə endirə bilər. Qiymətləndirmələrə görə, faiz dəhlizində mümkün yumşalma makroiqtisadi sabitliyin qorunması və inflyasiya gözləntilərinin nəzarətdə saxlanılması fonunda həyata keçiriləcək. Uçot dərəcəsinin azaldılması kredit bazarında aktivliyin stimullaşdırılmasına və maliyyə şərtlərinin nisbətən yumşalmasına xidmət edə bilər. Valyuta siyasəti ilə bağlı isə manatın məzənnəsinin sabit saxlanılacağı bildirilir. Məlumata görə, AMB müdaxilə mexanizmlərindən istifadə etməklə milli valyutanın 1 ABŞ dollarına qarşı 1,70 AZN səviyyəsində qorunmasını…
Beynəlxalq analitik şirkəti “Fitch Solutions” Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnozlarını açıqlayıb. Hesabata görə, 2026-cı ildə ölkədə inflyasiya tədricən azalacaq və ilin sonuna inflyasiya göstəricisinin 5,6%-dən 5,0%-ə enəcəyi gözlənilir. Ekspertlər qeyd edirlər ki, bu dinamika Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi 2–6% hədəf diapazonu daxilində qalacaq ki, bu da monetar siyasətin effektivliyini və makroiqtisadi sabitliyin qorunmasını təsdiqləyir. Bununla belə, analitiklər bir sıra yuxarı yönlü risklərə də diqqət çəkiblər. Hesabatda vurğulanır ki, Rusiyaya qarşı beynəlxalq sanksiyaların ərzaq ixracına mümkün təsiri və qlobal təchizat zəncirlərində yaranan pozuntular inflyasiya təzyiqini saxlaya bilər. Xüsusilə qeyd olunur ki, Azərbaycan taxıl, süd məhsulları və ət məhsullarının 20–30%-ni…
Zaur Yaqubov Suraxanı Maşınqayırma Zavodunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Məlumata görə, müvafiq kadr qərarı müəssisənin idarəetmə komandasının yenilənməsi çərçivəsində qəbul olunub. Zaur Yaqubov böhran əleyhinə idarəetmə və korporativ administrasiya sahəsində böyük iş təcrübəsinə malikdir. O, müxtəlif illərdə idarəetmə proseslərinin optimallaşdırılması və dayanıqlı istehsal modellərinin qurulması məsələləri ilə məşğul olub, o cümlədən mürəkkəb iqtisadi vəziyyətdə olan müəssisələrdə fəaliyyət göstərib. Onun Suraxanı Maşınqayırma Zavodunun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmasının müəssisənin idarəetmə səmərəliliyinin artırılmasına və istehsal potensialının modernləşdirilməsi üzrə vəzifələrin icrasına töhfə verəcəyi gözlənilir.
Azərbaycan Respublikası Dövlət Neft şirkəti (SOCAR) ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Azərbaycannın Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Banker.az xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Gran Tierra Energy Inc.” şirkətinin prezidenti və baş icraçı direktoru Gary Guidry imzalayıblar. Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək “Gran Tierra Energy Inc.” 65% iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.
2025-ci ilin yekunlarına əsasən, Aqrar Sığorta Fondu ölkənin 54 rayonu üzrə ümumilikdə 9,2 milyon manat sığorta ödənişi həyata keçirib. GDP xəbər verir ki, kompensasiyaların əsas hissəsi — 8,8 milyon manatı 51 rayonu əhatə edən bitkiçilik sahəsinin payına düşüb. Heyvandarlıq sektorunda isə 21 rayonda fəaliyyət göstərən təsərrüfatlara 400 min manat məbləğində ödəniş edilib. Hesabat dövründə ödənişlərin coğrafiyası daha da genişlənib. Belə ki, fondun fəaliyyəti dövründə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Babək və Şahbuz rayonlarında da sığorta ödənişləri qeydə alınıb.
“AFB Bank” ASC səhmdarlarının növbəti Ümumi Yığıncağının keçirilmə vaxtı və gündəliyi məlum olub. Bankdan verilən rəsmi məlumata görə, iclas 3 mart 2026-cı il tarixində saat 11:00-da (və ya təyin olunmuş vaxtda) Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206 ünvanında yerləşən baş ofisdə baş tutacaq. GDP xəbər verir ki,iclasın gündəliyinə daxil edilmiş əsas məsələlər bankın ötən maliyyə ili üzrə fəaliyyətinin yekunlarını əhatə edir. Səhmdarlar ilk növbədə emitent “AFB Bank” ASC-nin 2025-ci il üzrə İllik İdarəetmə Hesabatının təsdiq edilməsini müzakirə edəcəklər. Bundan əlavə, yığıncaqda bankın 31 dekabr 2025-ci il tarixinə bitən maliyyə ili üzrə kənar auditor tərəfindən yoxlanılmış və təsdiqlənmiş Maliyyə…
Kapital Bank-ın Müşahidə Şurasının qərarı ilə bankın rəhbər heyətində yeni təyinat baş tutub. Qərara əsasən, Calal Orucov Kapital Bank-ın İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib. O, yeni fəaliyyəti çərçivəsində bankın ödənişlər biznesinə və “PashaPay” sisteminə rəhbərlik edəcək. Qeyd edək ki, Calal Orucov Azərbaycanın maliyyə-bank sektorunda zəngin təcrübəyə malik peşəkarlardan biridir. O, karyerası ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankında Ödəniş sistemlərinin inkişafı bölməsinin rəhbəri, “MilliKart” prosessinq mərkəzinin Baş icraçı direktoru, həmçinin “Unibank” və “Azərbaycan Beynəlxalq Bankı”nda Texnologiyalar üzrə Baş direktor vəzifələrində çalışıb. Bundan əlavə, C. Orucov “PAŞA Bank”da Əməliyyatlar üzrə Baş direktor və İdarə Heyətinin üzvü kimi fəaliyyət…
Azərbaycan fiskal qaydaların tətbiqi sayəsində büdcə siyasətinin şəffaflığını gücləndirib. GDP xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2026-2030-cu illər üçün İqtisadi İdarəetmə Strategiyasının layihəsində bildirlir. Sənəddə qeyd olunub ki, Türkiyə və Qafqaz regionu bütövlükdə dövlət idarəetməsinin keyfiyyəti üzrə nisbətən yüksək göstəricilər nümayiş etdirir. Bununla belə, korrupsiyanın qavranılması, rəqabət səviyyəsi və dövlət müəssisələrinin idarə olunması (sonuncu göstərici ilə bağlı qiymətləndirmə Azərbaycan və Gürcüstan üzrə məlumatlara əsaslanır) kimi istiqamətlərdə geri qalma davam edir. Regionda təbii ehtiyatların idarə olunması birmənalı olmayan nəticələrlə xarakterizə olunur. Azərbaycan xüsusilə, Dövlət Neft Fondunun fəaliyyətini tənzimləyən fiskal qaydaların tətbiqi hesabına şəffaflığı və büdcə intizamını…
