Author: Aynure Gdp

Türkiyədə qaza tələbat artır, Rusiya və Azərbaycan isə ölkənin qaz təchizatçıları olaraq qalır. Türkiyə 9 il ərzində, 2016-cı ildən etibarən, metan istehlakını beş dəfə artırıb, bunu ölkənin Enerji Nazirliyi bildirib. Eyni zamanda nazirlik qeyd edib ki, Türkiyə öz qaz istehsalını da inkişaf etdirməyə çalışır. Xüsusilə, Qara dənizdəki Sakarya yatağında şelfdən qaz çıxarılması tezlikdə 40 milyon kubmetr səviyyəsinə çatmalıdır. Qabar yatağında neft istehsalı təxminən gündə 80 min barrel təşkil edir, bunu Türkiyənin Enerji Naziri Alparslan Bayraktar İstanbulda keçirilən Verona Avrasiya İqtisadi Forumunda çıxışında vurğulayıb. “Neft və Qaz” xatırladır ki, Türkiyədə qaza tələbat 2024-cü ildə 53 milyard kubmetr olub, cari ildə isə…

Read More

“Nar” ictimai fəallığı ilə seçilən 150 könüllü gənci Vətən müharibəsində qazanılan tarixi zəfərimizin 5-ci ildönümünə həsr olunan düşərgədə bir araya gətirib. Düşərgənin məqsədi gənclərə milli dəyərləri təbliğ etmək və onların bilik və bacarıqlarının formalaşmasına yönələn tədbirlərə dəstək vermək olub. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən “Zəfər 5 il” düşərgəsi Quba Olimpiya İdman Kompleksində təşkil edilib. Beş gün davam edən düşərgədə könüllülərin fərdi və komanda bacarıqlarının formalaşmasına dəstək vermək, birgə fəaliyyət təcrübəsi qazandırmaq istiqamətində təlimlər keçirilib. Eləcə də, gənclərə vətənpərvərlik hisslərini aşılamaq məqsədilə düşərgəyə 44 günlük Vətən müharibəsi…

Read More

Mərkəzi Bank “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində “Aktiv əsaslı maliyyələşdirmə üzrə Metodoloji Rəhbərlik” layihəsini hazırlayıb. GDP xəbər verir ki. məlumata görə, layihə alternativ maliyyə alətləri üzrə müvafiq hüquqi və tənzimləyici mexanizmlərin işlənib hazırlanması və onların tətbiqinin dəstəklənməsi məqsədilə hazırlanıb. Bu məqsədlə, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə banklar və bank olmayan kredit təşkilatlarının nümayəndələri üçün xüsusi təlim təşkil olunub. Təlimdə alternativ maliyyələşmə məhsulları üzrə hesabatlıq çərçivəsi, aktiv əsaslı maliyyələşdirmə məhsullarının növləri, tətbiqi üsulları, işləmə prinsipləri və bu sahədə beynəlxalq təcrübə müzakirə olunub. Açıqlandığına görə, Metodoloji Rəhbərliyin əsas məqsədi kredit təşkilatları arasında qeyri-ənənəvi kreditləşmə həllərinin tətbiqinə dair bilik və…

Read More

“Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib ki, 2025-ci ildə Bakıda keçiriləcək Beynəlxalq Bank Forumunda maraqlı müzakirələr və təqdimatlar gözləyilir. GDP xəbər veir ki,forum çərçivəsində “Mastercard”ın təşkil etdiyi sessiyalarda agent kommersiyası, ani ödənişlər, kibertəhlükəsizlik və süni intellekt hazırlığı kimi rəqəmsal maliyyənin gələcəyini formalaşdıran ən son trendlər təqdim olunacaq. Emil Zeynalov vurğulayıb ki, şirkət nüfuzlu tərəfdaşları ilə birgə tədbirdə iştirak etməkdən məmnun olduğunu ifadə edərək, həmçini forum iştirakçılarını “Qiymətsiz Təcrübəyə” həsr olunmuş “Mastercard” standına dəvət etdi. Bu interaktiv məkanda texnologiya və emosiyaların birləşməsi sayəsində insanların ödənişlərlə qarşılıqlı əlaqəsi tamamilə yeni formada təqdim olunacaq. Tədbir iştirakçıları rəqəmsal maliyyə sahəsindəki ən son…

Read More

Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəliyi yaradan dövriyyə həddinin nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması (200 min manatdan 400 min manata çatdırılması) nağd ödənişlərə aid deyil. GDP xəbər verir ki,  bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “ƏDV limitinin artırılması nağdsız ödənişlərə tətbiq edilir. Çünki pərakəndə satışda nağdsız ödənişlərin xüsusi çəkisi 78,2 %-dir. Bu baxımdan limit kifayət qədər əhatəlidir. Nağd ödənişlərdə daha çox yayınma var. Bu səbəbdən də daha çox nağdsız ödəniş stimullaşdırılır”, – deyə o qeyd edib.…

Read More

ABŞ Prezidenti Donald Tramp öz layihələrini reallaşdırmaq üçün korporativ donorlar vasitəsilə təxminən 2 milyard dollar vəsait toplayıb. GDP xəbər verir ki, bu barədə “Axios” agentliyi mənbələrə istinadən məlumat yayıb. Xəbərdə bildirilir ki, layihələr arasında Ağ Evdə mərasim zalının tikintisi, həmçinin ABŞ-nin yaxınlaşan 250 illiyi münasibətilə keçiriləcək tədbirlər də var. Qeyd olunur ki, indiyədək heç bir ABŞ prezidenti bu qədər qısa müddətdə və bu qədər müxtəlif məqsədlər üçün bu həcmdə maliyyə toplaya bilməyib. Məlumata əsasən, Tramp bu təşəbbüslərə hələ vəzifəyə başladığı ilk günlərdən diqqət yetirir və dayanmaq niyyətində deyil.

Read More

Dünyanın aparıcı şirkətlərinə məxsus qeyri-maddi aktivlərin dəyəri son bir ildə 23% artaraq 97,6 trilyon dollara çatıb. GDP xəbər verir ki, bu, konsaltinq firması Brand Finance-ın illik hesabatında qeyd olunub. Bu, 1996-cı ildə hesablamaların aparılmasına başlanılandan bəri qeydə alınmış rekord göstəricidir. Bu il birinci yeri Nvidia Corp. tutub, onun qeyri-maddi aktivlərinin dəyəri 50% artaraq 4,3 trilyon dollara çatıb. İkinci yerdə 3,78 trilyon dollar və ya 27% göstəricisi ilə Microsoft Corp. qalıb. Keçən il reytinqin lideri olan Apple Inc. isə göstəricisinin 6% azalması (3,08 trilyon dollara enməsi) səbəbilə üçüncü yerə enib. Onları aşağıdakı şirkətlər təqib edir: Amazon.com Inc. – 2,1 trilyon dollar…

Read More

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 22 milyard 566,8 milyon manat (22,566,800,000) təşkil etmişdir. GDP Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 4 milyard 590,8 milyon manat (4,590,800,000) və ya 25,54% artımın göstəricisidir. Eyni dövr ərzində quraşdırılan NKA sayı 109,164 ədəd olmuşdur ki, bu da 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən 6,959 ədəd və ya 6,81% artım deməkdir. 2025-ci ilin yanvar-sentyabr aylarında NKA vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat (20,126,000,000) təşkil etmişdir. 2025-ci ilin yanvar-oktyabr ayında isə dövriyyə 22 milyard 566,8 milyon manat (22,566,800,000)…

Read More

2025-ci ilin yanvar-oktyabr dövrü ilə 2024-cü ilin eyni dövrü arasında aparılan müqayisə, bazarın ümumi vəziyyətini və fəaliyyətinin inkişafını göstərən maraqlı nəticələrə işarə edir. Ümumi ticarət həcmi 2024-cü ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 8.52% artaraq 54,620,573,461 manata yüksəlmişdir. Bu artım, əsasən dövlət qiymətli kağızları və REPO əməliyyatlarının artımı nəticəsində baş vermişdir. Lakin, əməliyyat sayı 61.57% azalarak 25,039-ə enmişdir. Bu azalma, bazarda daha böyük həcmdə daha az sayda əməliyyatın həyata keçirildiyini göstərir. Dövlət qiymətli kağızları sahəsindəki artım, həcm baxımından 36.24% olmuş, lakin əməliyyat sayı 70.30% azalmışdır. Korporativ qiymətli kağızlar sahəsində isə həm həcm, həm də əməliyyat sayı baxımından ciddi azalmalar yaşanmışdır. İpoteka…

Read More

Çərşənbə axşamı (Noyabrın 4-də) bazarlarda tam bir “qırğın” yaşandı. Süni intellekt (Sİ) sektorundakı həddindən artıq qiymətləndirmələrin yaratdığı panika və makroiqtisadi narahatlıqların “kokteyli” bütün bazarı silkələdi. Nəticədə, ABŞ fond bazarında 730 milyard dollar dəyərində səhm “buxarlandı”. GDP xəbər verir ki, bu təlatüm şəraitində kriptovalyuta bazarı da zərərdən yaxasını qurtara bilmədi. Rəqəmsal aktivlərin ümumi dəyəri bir gecədə 289 milyard dollar azaldı. Hətta adətən qorunma aktivləri kimi görülən qızıl və digər qiymətli metallar belə bu ümumi mənfi atmosferdən təsirlənərək qiymət itkisi ilə üzləşdi. Bitcoin, səhmlər və metallar hamısı birgə ucuzlaşıb Bitcoin noyabrın 4-də Bitstamp birjasında bir koin üçün 98,995  ABŞ dolları səviyyəsinə enərək…

Read More