- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
Author: Aynure Gdp
OpenAI, yeddi illik müqavilə çərçivəsində yüz minlərlə Nvidia Corp. qrafik prosessoruna (GPU) çıxış əldə etmək üçün Amazon Web Services (AWS)-ə 38 milyard dollar ödəyəcək. Bloomberg-in versiyasına görə, bu, OpenAI-ın “Süni İntellekt nəhəngi” statusuna keçidinin təsdiqidir.
Hindistanlı telekom sahibkarı Bankim Brambat BlackRock və digər qlobal kreditorları 500 milyon ABŞ dolları məbləğində aldadıb.
Sərfəli mobil operator “Nar”ın “Çoox Şanslı” lotereyası çərçivəsində bu axşam ikinci avtomobil tirajı keçiriləcək. Beləliklə, növbəti “Haval H6 Ultra” avtomobilinin sahibi bəlli olacaq. Eyni zamanda, daha üç “Nar” abunəçisi “Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanacaq. Qaliblərin adları təsadüfi seçim əsasında müəyyən edilir və nəticələr canlı yayımda elan olunur. Bu lotereyada ilin sonuna qədər “Nar” abunəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro” smartfonu, hər həftə “Haval H6 Ultra” avtomobili və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazana bilər. Qeyd edək ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün “Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı…
Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov 27-30 oktyabr tarixlərində Çinin paytaxtı Pekində “Financial Street Forum 2025” beynəlxalq konfransında iştirak edib. Forum çərçivəsində Çin İnvestisiya Korporasiyası tərəfindən təşkil olunan “Gələcəyə doğru innovasiya: Yeni sərhədlərarası investisiya ekosisteminin formalaşdırılması” mövzusunda paralel sessiya keçirilib. Bu sessiyada spiker kimi çıxış edən Fərhad Zeynalov ARDNF-nin fəaliyyəti və investisiya strategiyası ilə bağlı mühüm məsələlərə toxunub. Çıxışı zamanı o, suveren sərvət fondlarının texnoloji tərəqqi və sənaye inkişafını dəstəkləyən sahələrə uzunmüddətli kapital qoyuluşlarının dayanıqlı iqtisadi artımın təminatında əhəmiyyətli rol oynadığını bildirib. Zeynalov həmçinin, ARDNF-nin institusional əməkdaşlığın gücləndirilməsinə, məsuliyyətli investisiya yanaşmalarının inkişaf etdirilməsinə və dayanıqlı iqtisadi…
“Azər Türk Bank” ASC-nin nizamnamə kapitalı 100 milyon 500 min manata çatdırılıb. GDP xəbər verir ki,bu, bankın nizamnamə kapitalının 21 milyon 500 min manat artırılması hesabına baş tutub. Artırımdan əvvəl bankın nizamnamə kapitalı 79 milyon manat təşkil edirdi. Bankın səhmdar strukturu ilə bağlı məlumatlar açıqlanıb. Buna əsasən, bankın nizamnamə kapitalının 51%-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Qeyd edək ki, SOCAR 2025-ci ildə “Azər-Türk Bank” ASC-nin səhmdarları sırasına daxil olub. Bankın digər səhmdarları sırasında Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Türkiyənin “Zıraat Bank”ı, “Zıraat Bank İnternational”, “AzRe Təkrarsığorta” ASC və “Qala Həyat Sığorta” ASC…
Birləşmiş Ərəb Əmirliklərində keçirilən ADIPEC sərgisi çərçivəsində ADNOC şirkətinin beynəlxalq enerji investisiya qolu olan XRG tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətində pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayan Əsas Şərtlərlə bağlı Razılaşma imzalanıb. GDP xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin sentyabrında ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü çərçivəsində mübadilə edilən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu”na uyğun olaraq imzalanıb. Razılaşmanı iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və XRG-nin icraçı sədri, baş…
Neft qiymətləri Bazar ertəsi günü Asiya ticarət seansında OPEC-in gələn ilin birinci rübündə hasilat artımını dayandırmaq qərarının artıq tədarük narahatlığını azaltması ilə yüksəlib.opec GDP xəbər verir ki, brent xam neftinin futures müqavilələri 0.73% qalxaraq barrelı 65.24 ABŞ dolları, ABŞ-nin WTI xam nefti isə 0.74%artımını artımla 61.43 ABŞ dolları səviyyəsinə qalxdı. Bazar günü baş tutan iclasda OPEC+ dekabr ayında gündəlik 137.000 barrel hasilat artımı razılaşmasına çatdı və 2026-cı ilin yanvar, fevral və mart aylarında isə mövsümü zəif tələbat gözləntiləri səbəbiartımınılə istehsal artımlarını dayandırmaq qərarı verdi. Analitiklər bu qərarı tədarükün qeyri-müəyyənliyi və zəif tələbat fonunda ehtiyatlı yanaşma kimi qiymətləndirdilər. Eyni zamanda, ABŞ…
28 oktyabr – 1 noyabr 2025-ci il həftəsində Azərilayt (Azerilight) markalı Azərbaycan neftinin qiyməti orta hesabla 66.06 ABŞ dolları təşkil edib. GDP xəbər verir ki, Azərbaycan neftinin qiymətində həftə ərzində ucuzlaşma tendensiyası müşahidə edilmişdir. Belə ki, həftənin ilk günü olan 28 oktyabrda 67.03 ABŞ dolları olan qiymət, həftənin son günü olan 1 noyabrda 65.87 ABŞ dolları səviyyəsinə qədər enmişdir. Azərbaycan nefti həftə ərzində 1.16 ABŞ dolları və ya 1.73% ucuzlaşıb. Göstərici Dəyər Həftəlik eniş 1.16 ABŞ dolları Faiz ifadəsində 1.73% Orta qiymət 66.06 ABŞ dolları Müəllif: Aynur Qəniyeva
PAŞA Kapital İnvestisiya Şirkəti və Sea Breeze arasında qarşılıqlı Strateji Tərəfdaşlığa dair Memorandum imzalanıb. GDP xəbər verir ki, bu əməkdaşlıq qiymətli kağızlar və daşınmaz əmlak bazarlarında bir ilkdir. Məlumata görə, memorandumun əsas məqsədi hər iki şirkətin müştərilərinə özəl xüsusi şərtlərlə yeni investisiya imkanları yaratmaq, innovativ maliyyə həllərini tətbiq etmək və uzunmüddətli dayanıqlı tərəfdaşlıq modeli qurmaqdır. Bu tərəfdaşlıq çərçivəsində, Sea Breeze-də daşınmaz əmlak əldə etmək istəyən şəxslər PAŞA Kapital vasitəsilə aşağıdakı sərfəli şərtlərdən faydalana biləcəklər: Ümumi alış məbləğində 20%-dək qənaət; Müqavilənin AZN valyutasında bağlanılması imkanı. Bu strateji tərəfdaşlıq, yalnız iqtisadi inkişafı dəstəkləmək ilə kifayətlənməyib, həm də regionun infrastrukturunun gücləndirilməsinə, yeni iş…
AFB Bank 5 milyon manat həcmində ilk istiqraz emissiyasını tam yerləşdirdi. İstiqrazlar 80 investor tərəfindən tam həcmdə alınıb. Bankın İdarə Heyətinin sədri Amid Qənbərov bu barədə bildirib ki, bu, “sadəcə maliyyə əməliyyatı deyil, gələcək inkişaf yolunda inamlı bir addımdır”. O, bu uğuru mümkün edən komandaya, tərəfdaşlara və müştərilərə təşəkkür edib. Qeyd edək ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi 10 oktyabr 2025-ci il tarixində bankın istiqrazlarının ticarətə buraxılması üçün icazə vermişdi. İstiqrazların abunə yazılışı 15-24 oktyabr tarixləri arasında baş tutub və qısa müddətdə tam yerləşdirilib. Bu, maliyyə alətlərinə marağın artdığını və AFB Bank-a etimadın güclü olduğunu göstərir. Qənbərov bildirib: “Bu,…
