- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
Author: Aynure Gdp
HUAWEI WATCH Ultimate 2 ağıllı saatlarının satışı başlayıb. GDP xəbər verir ki, yeni model bir çox idman rejimini dəstəkləməklə yanaşı, sualtı imkanları ilə də fərqlənir. İstər maska ilə suya baş vurub balıqları izləyənlər, istərsə də riflər boyunca üzməyi sevənlər üçün cihaz olduqca funksionaldır. Saat əsasən peşəkar dalğıclar üçün nəzərdə tutulub. İstifadəçilər bu cihazla 150 metr dərinliyə enə və eyni zamanda sığortalayıcı partnyorla əlaqəni davam etdirə bilərlər. Quruda isə eSIM texnologiyası sayəsində zəng funksiyasından yararlanmaq mümkündür.
Euroclear, ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən lisenziya olmadan rus vətəndaşlarının aktivlərini blokdan çıxarmağa başlayıb. GDP xəbər verir ki, RBC-nin məlumatına görə, artıq bu prosesin üç uğurlu nümunəsi qeydə alınıb. Hüquqşünas Qleb Boyko, Euroclear-in ABŞ vətəndaşları və ya maliyyə institutlarının iştirak etmədiyi əməliyyatlarda OFAC lisenziyası tələb etmədiyini vurğulayıb. O, qeyd edib ki, hətta ABŞ-la əlaqəli aktivlərin blokdan çıxarılması zamanı belə, Euroclear yalnız Belçika lisenziyasını tələb edir.
Bitcoin 2018-ci ildən bəri ilk dəfə oktyabr ayını mənfi bağladı. Əvvəlki illərdə oxşar siqnallar alındıqda noyabr ayında təxminən 36% dəyər itkisi baş vermişdi.
Cəmi 1 AZN-lik “Şans” paketi ilə avtomobil qazandı. Gdp.az xəbər verir ki, Bakcell-in süni intellekt əsaslı lotereyasında 4-cü avtomobil qalibi bəlli olub. Həftəlik tirajın uduşu olan “Zeekr 001” avtomobili Arzu Hüseynova təqdim edilib. Qeyd edək ki, Arzu Hüseynov cəmi 1 AZN dəyərində “Şans” paketi alaraq qalib olub. Bakcell-in meqa lotereyasında süni intellekt vasitəsilə hər gün “iPhone 17”, hər həftə isə “Zeekr 001” qalibləri seçilir. Həyəcanlı anlar davam edir – qarşıdakı həftələrdə daha 9 “Zeekr 001” sahibini tapacaq! Qalib gəlmək çox asandır. Qalib olmaq üçün “Şans” paketlərini əldə et: • 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES • 5…
Mərkəzi Bankın sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar və rəqəmsal ödənişlərin inkişaf məsələləri müzakirə olunub. Tərəflər həmçinin Mərkəzi Bank ilə əməkdaşlıq çərçivəsində DB tərəfindən icra edilən “Maliyyə sektorunun modernləşdirilməsi 3” layihəsi üzrə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə geniş məlumat mübadiləsi aparıblar. Görüşdə eyni zamanda DB-nin Azərbaycandakı fəaliyyəti və gələcək perspektivləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev bildirib ki, şirkətin əməkdaşı Sitarə xanım Filateliyanın İnkişafı üzrə Dünya Assosiasiyasının (WADP) Sədri seçilmişdir. GDP xəbər verir ki, onun sözlərinə görə bu, Azərbaycan poçt xidmətinin beynəlxalq arenada əldə etdiyi növbəti uğurdur. Təşkilatın sədri seçilən Sitarə xanımın bu vəzifəyə seçilməsi Azərbaycan peşəkarlarının filateliya sahəsindəki biliyinin və təcrübəsinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi kimi qiymətləndirilir. Qeyd edək ki, Filateliyanın İnkişafı üzrə Dünya Assosiasiyası (WADP) kolleksiyaçılıq və poçt markalarının nəşri sahəsində aparıcı beynəlxalq təşkilatlardan biridir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) nümayəndə heyəti İcraçı direktor İsrafil Məmmədovun rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) illik iclasında iştirak edir. “Transformasiya dövründə dayanıqlılığın formalaşdırılması” mövzusuna həsr olunmuş forum dünyanın aparıcı suveren sərvət fondlarını bir araya gətirən yeganə beynəlxalq platformadır. Tədbir BƏƏ-nin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayid Əl-Nəhyanın himayəsi altında, Əbu-Dabi İnvestisiya Təşkilatı (ADIA), Mubadala İnvestisiya Şirkəti və digər strateji tərəfdaşların ev sahibliyi ilə baş tutur. Forum çərçivəsində qlobal iqtisadi və geosiyasi dəyişikliklər şəraitində suveren fondların uzunmüddətli dəyər yaradan investisiya strategiyaları, dayanıqlı kapital qoyuluşu, texnoloji transformasiya və alternativ aktivlərin inkişafı…
2025-ci ilin yanvar–sentyabr ayları ərzində kommersiya banklarının xalis xarici aktivlər 4 730,9 milyon manatdan 4 978,4 milyon manata yüksələrək 247,5 milyon manat və ya 5,2 % artmışdır. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, kommersiya banklarının məcmu xarici aktivlər 8 486,9 milyon manatdan 8 992,3 milyon manata qalxmış, yəni 505,4 milyon manat və ya 6,0 % artım qeydə alınmışdır. kommersiya banklarının xarici öhdəlikləri 2025-ci ilin ilk 9 ayında 2 623,6 milyon manatdan -2 926,1 milyon manata yüksəlmiş, bu da 302,5 milyon manatlıq və ya 11,5 %-lik artım deməkdir. Artım bankların xarici maliyyə bazarlarından daha çox vəsait cəlb etməsi ilə bağlıdır.…
Amazonun yenidən sıradan çıxması ABŞ-da internetin yarısını müvəqqəti dayandırdı.
Almaniyanın Ştutgart şəhərində yerləşən avtomobil istehsalçısı Mercedes, 2025-ci ilin ilk doqquz ayında konsolidasiya olunmuş xalis mənfəətin 50,3% azalaraq 3,87 milyard avro olduğunu elan edib. GDP xəbər verir ki, keçən ilin eyni dövründə bu rəqəm 7,8 milyard avro təşkil edirdi. Mənfəətin kəskin şəkildə azalmasının səbəbləri arasında yeni gömrük rüsumları, satışların azalması və səmərəlilik tədbirləri ilə bağlı xərclər göstərilib. Şirkət hələ də satış həcmləri, gəlir və mənfəətin əhəmiyyətli dərəcədə aşağı düşəcəyini gözləyir. Gəlirliliyi yenidən artırmaq üçün şirkət 5 milyard avro dəyərində xərclərin azaldılması proqramıbaşladıb. 2027-ci ilə qədər istehsal və daimi xərclərin 10% azaldılması, həmçinin material xərclərinin optimallaşdırılması nəzərdə tutulur. Rəqəmlər göstərir ki,…
