- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
Author: Aynure Gdp
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) sığorta sektorunda rəqəmsallaşmanı daha da genişləndirmək və şəffaflığı artırmaq istiqamətində yeni bir addım atıb. Büronun informasiya sistemi vasitəsilə Daxili İşlər Nazirliyindən “Forma 4” arayışının elektron sorğulanması imkanı indi könüllü sığorta müqavilələri üçün də tətbiq edilib. Daha əvvəl bu xidmət yalnız İSB-nin üzvü olan sığortaçılar üçün mövcud idi və tək icbari sığorta müqavilələri ilə məhdudlaşırdı. Yenilənmiş qaydaya əsasən, artıq Büronun üzvü olan sığortaçılar həm icbari, həm də könüllü sığorta müqavilələri üzrə, üzv olmayan sığortaçılar isə yalnız könüllü sığorta sahəsində “Forma 4” sənədini əldə edə biləcəklər. Layihənin əsas məqsədi kimi sığorta bazarında məlumat axınının vahid…
Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət müəyyən edilib. GDP xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyinin kollegiyası qərar qəbul edib. Qəbul edilən qərarla alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət aşağıdakı kimidir: Sıra№siQablaşdırma tutumu(litrlə)Minimum pərakəndə satış qiyməti(ƏDV ilə, manat)Daxili istehsal üzrəİdxal üzrə1.0,0501,962,432.0,1002,983,923.0,2004,176,064.0,2504,957,315.0,3306,509,626.0,3757,6011,147.0,5009,5014,228.0,70012,4219,039.0,75013,9321,0110.1,016,7326,1711.1,526,1040,2612.1,7526,3342,85
Azərbaycan Mərkəzi Bankı (AMB) keçirilən növbəti görüşdə bankçılığın aktual məsələlərini müzakirə edib. GDP xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb. Onun sözlərinə görə, tərəflər həmçinin pul-kredit siyasəti, nəzarət və tənzimləmə çərçivələri, maliyyə sektorunun inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparıb. Baş bankir ekspertlərlə mütəmadi fikir mübadiləsi və ikitərəfli dialoqun inkişafının ictimai rəyin düzgün formalaşmasına, bununla da Mərkəzi Bankın qərarlarının əhaliyə və tərəfdaşlara daha dolğun və şəffaf şəkildə çatdırılmasına mühüm töhfə verdiyini qeyd edib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun maliyyə göstəricilərində nələr dəyişib. “Şahdəniz” yatağından gəlir: ARDNF-in investisiya portfelinin müddətə uyğun quruluşu (01.10.2025): ARDNF-in aktivlər üzrə portfel bölgüsü: Azərbaycanın valyuta ehtiyatları: ARDNF-in investisiyalarının regional bölgüsü: Ümumi portfel dəyəri:
“Bu gün Bakı Fond Birjası (BFB) Dünya Birjalar Federasiyasının (DBF) Baş Assambleyasının təsdiqindən sonra rəsmi şəkildə DBF-nin Tam Hüquqlu Üzvü kimi qəbul edilmişdir. DBF-nin Baş Assambleyasında BFB-ni təmsil etmək və təqdim etmək fürsəti mənim üçün bir şərf idi. Bu nailiyyət BFB komandasının doqquz aylıq məqsədyönlü çalışmasının təntənəsi nəticəsidir. Bu müddət ərzində biz tam üzvlük meyarlarına uyğunluğu uğurla təmin etdik və son səsverməyə qədər aparan sərt due diligence prosesini tamamladıq. DBF-də tam üzvlük BFB-ə eksklüziv bazar məlumat və kəşfiyyatına çıxış əldə etməyə, qlobal siyasət və tənzimləmə müzakirələrində iştirak etməyə və dünyanın aparıcı birja və klirinx şirkətləri ilə peşəkar əməkdaşlığı gücləndirməyə imkan…
2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur. “O cümlədən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat olacaq”, – deyə komitə sədri əlavə edib.
Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) manatla istiqraz buraxması onların Azərbaycan iqtisadiyyatına və manata inamını, həmçinin Mərkəzi Bank tərəfindən pul siyasəti istiqamətində həyata keçirilən islahatları dəstəklədiyini göstərir. “AYİB-in AZİR indeksini özləri üçün faiz dərəcəsi kimi qəbul etməsi artıq bizim üçün də böyük bir nailiyyətdir” – deyə Kazımov qeyd edib. AMB sədri vurğulayıb ki, bu layihəni Mərkəzi Bank olaraq 1 il yarımdır planlaşdırırlar: “Bu, bizim kapital bazarlarının inkişafı istiqamətində aparılan islahatlardan biridir. Biz daxili tələblərimizi, qaydalarımızı ona uyğun etdik ki, artıq beynəlxalq…
Son 10 ildə Dövlət Neft Fondunun investisiya gəlirləri 15 milyard ABŞ dollarını ötüb. Bunu Dövlət Neft Fondunun İcraçı direktorunun müavin Bəhruz Bəhramov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkil etdiyi Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda deyib. Bəhruz Bəhramov bildirib ki, 270 milyon ABŞ dolları ilə fəaliyyətə başlayan Dövlət Neft Fondunun aktivləri bu gün 70 milyard ABŞ dollarını keçib: “Fondun aktivləri ÜDM-in 90%-ni ötüb, xarici dövlət borcunu 13 dəfə üstələyir”.
Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib ki, manata inam yüksəkdir və bunun arxasında müəyyən rəqəm və faktlar dayanır. “Mən çıxışımda da qeyd etdim ki, dollarlaşma səviyyəsi 29%-ə düşüb. Mərkəzi Bankın hədəfi bu rəqəmi 20-25% ətrafında idarə etməkdir və bu normaldır. Yəni bizim gözləntimiz olmasın ki, dollarlaşma səviyyəsi 0% olsun” – deyə Taleh Kazımov vurğulayıb. Nağd bazarına gəldikdə isə Taleh Kazımov təklifin tələbi üstələdiyini və sentyabr ayı üzrə bu göstəricinin 230 milyon manat olduğunu açıqlayıb. Taleh Kazımov strateji valyuta ehtiyatlarının il ərzində 14,7% artaraq 81,5 milyard ABŞ dollarına çatdığını…
