Author: Aynure Gdp

Rabitəbankın innovativ kart məhsulu olan Kartmane 2025-ci ildə də müştərilərinə alış-verişdən real qazanc əldə etmək imkanı yaratmaqda davam edib. İl ərzində həyata keçirilən kampaniyalar, xüsusi tərəfdaş təklifləri və geniş istifadə imkanları nəticəsində kart sahibləri ümumilikdə 12 milyon manatdan çox keşbek qazanıblar. Bu məbləğin 113 min 242 manatı isə partnyor şəbəkəsində edilən ödənişlər hesabına formalaşıb. Aparılan təhlillərə əsasən, ötən il üzrə ən çox qazanc əldə olunan istiqamətlər sırasında yanacaqdoldurma məntəqələri, supermarket alış-verişi və gündəlik tələbat kateqoriyaları ilk sıralarda yer alıb. Müştərilərin gündəlik xərclərini məhz bu sahələr üzrə həyata keçirməsi Kartmane kartlarının praktiki maliyyə üstünlüyünü daha da artırıb. İl ərzində müştərilərə geri qaytarılan ümumi keşbek…

Read More

Azərbaycanda dövlət müəssisələrinin xalis mənfəətinin azı 30 %-ni dividend kimi dövlət büdcəsinə ödəməsi cari ildən başlayaraq proqnozlaşdırılacaq və 2027-ci ildən həyata keçiriləcək. GDP bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 29-da dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydaları təsdiqləyib. Qaydalar dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisəsi) xalis mənfəətinin bölüşdürülməsini və dividend siyasətinin ümumi prinsiplərini, həmçinin…

Read More

Prezident İlham Əliyevin yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində növbəti mühüm irəliləyişə imkan yaradır. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda əksini tapıb. “Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2026-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməkləartırılır. Bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir. Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə…

Read More

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu – İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətləri bazarında şəffaflığın artırılması məqsədilə “Broadband Mapping” və “E-Connection” platformalarını istifadəyə verəcək. Gdp.az xəbər verir ki, “Broadband Mapping” xidməti vətəndaşlara və biznes subyektlərinə ünvan üzrə real xidmət göstərən internet provayderlərini interaktiv xəritə üzərindən görməyə imkan yaradacaq. “E-Connection” platforması isə provayderlərin tarif və texniki göstəricilərini müqayisə etməyə, seçilmiş operatora birbaşa elektron müraciət göndərməyə və prosesin icrasını onlayn izləməyə şərait yaradacaq. İKTA bildirir ki, yeni model beynəlxalq qabaqcıl təcrübələrə əsaslanır və bazarda rəqabəti gücləndirməklə yanaşı, istifadəçilərin məlumatlı seçim imkanlarını genişləndirəcək. Layihəyə qoşulan provayderlər dövlət platformasında əlavə…

Read More

Sərfəli mobil operator “Nar”ın tərəfdaşlığı ilə Gənclər Fondu tərəfindən Gənclər Gününə həsr olunmuş “GəncVİZYON” ideyatonu uğurla yekunlaşıb. Layihə çərçivəsində 18–29 yaş aralığında 240 gənc 40 komanda şəklində gələcəyin təhsili və bacarıqları, gənclərin məşğulluğu və sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər və könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək istiqamətləri üzrə ideyalar üzərində çalışıblar. Mentorların dəyərləndirməsi nəticəsində 10 komanda final mərhələsinə vəsiqə qazanıb. İdeyatonun final mərhələsində komandalar ideyalarını münsiflər heyətinə təqdim edib və nəticələrə əsasən 3 komanda qalib elan olunub. Bağlanış mərasimində rəsmi şəxslər və tərəfdaşlar bu cür təşəbbüslərin gənclərin strateji düşüncə və gələcəyə yönəlik baxışlarının formalaşmasında əhəmiyyətini vurğulayıblar.…

Read More

Çin tənzimləyici qurumları ölkənin iri banklarına ABŞ xəzinə istiqrazlarına (treasuries) yatırımları məhdudlaşdırmaqla bağlı tövsiyələr verib. GDP xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Məlumata görə, tövsiyələr risklərin yüksək konsentrasiyası və bazarlarda artan volatilliklə əsaslandırılır. Tənzimləyicilər bankları yeni alışları məhdudlaşdırmağa və ABŞ xəzinə istiqrazlarının portfeldəki payını azaltmağa çağırıb. Qeyd olunur ki, bu addımlar Çinin dövlət ehtiyatlarına şamil edilmir. Bildirilir ki, qərarın arxasında geosiyasi motivlər və ya ABŞ-a etimadın itirilməsi dayanmayıb. Əsas məqsəd risklərin diversifikasiyasıdır. Narahatlıqlar Vaşinqtonun fiskal siyasəti, dolların məzənnəsindəki dalğalanmalar və qlobal maliyyə bazarlarında qeyri-sabitliklə bağlıdır. Eyni zamanda vurğulanır ki, ABŞ xəzinə istiqrazlarına xarici tələbat yüksək olaraq qalır və…

Read More

Uzun illər ərzində ABŞ dolları qlobal maliyyə sisteminin əsas dayağı və beynəlxalq ticarətin dominant hesablaşma vasitəsi kimi qəbul olunub. Xüsusilə enerji bazarlarında formalaşmış neft-dollar mexanizmi dolların bu mövqeyini möhkəmləndirən əsas faktorlardan biri olub. Lakin son illərdə baş verən proseslər bu sistemin dayanıqlığının ciddi şəkildə zəiflədiyini göstərir. Neft-dollar sistemi 1974-cü ildə ABŞ ilə Səudiyyə Ərəbistanı arasında bağlanmış strateji saziş əsasında formalaşıb. Razılaşmaya əsasən, ABŞ Səudiyyə Ərəbistanına təhlükəsizlik zəmanəti və hərbi dəstək təqdim edir, Səudiyyə Ərəbistanı isə neft satışını yalnız ABŞ dolları ilə həyata keçirirdi. Bu model sonradan digər əsas neft ixracatçıları tərəfindən də qəbul olundu və nəticədə enerji resursları almaq istəyən…

Read More

Bir sıra mallar, o cümlədən, avtomobil benzini üçün rüsumlar ayrıca müəyyən ediləcək. GDP xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı imzalanan Qərar 30 gündən sonra qüvvəyə minəcək.

Read More

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon və ölkəmizin də daxil olduğu Seçki Qrupu üzrə icraçı direktoru Patrik Loşevskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. GDP xəbər verir ki,görüş zamanı Azərbaycanda mövcud makroiqtisadi vəziyyət, inflyasiyaya təsir edən əsas amillər, pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, tərəflər arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcəkdə genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Read More

Bakıda “Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı, vergi, gömrük və sosial sığorta güzəştləri” mövzusunda tədbir keçirilib. GDP xəbər verir ki, məqsəd 2026-cı il yanvarın 1-dən Naxçıvanda tətbiq olunan güzəştlər barədə sahibkarların məlumatlandırılması və regionun investisiya imkanlarının tanıdılması olub. Tədbirdə iqtisadiyyat nazirinin müavini Azər Bayramov son illərdə aparılan islahatlar nəticəsində qeyri-neft sektorunun inkişaf etdiyini, fiskal dayanıqlığın gücləndiyini və strateji valyuta ehtiyatlarının 85 milyard ABŞ dollarını öt­düyünü bildirib. Qeyd olunub ki, Naxçıvanda sahibkarlığın dəstəklənməsi məqsədilə vergi güzəştləri 10 il müddətinə tətbiq edilir. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev regionun sənaye, logistika və ixrac imkanlarının genişləndiyini, Türkiyə ilə quru sərhədinin Naxçıvan üçün mühüm…

Read More