Maliyyə sahəsində uzunmüddətli təcrübəyə malik mütəxəssis İsi Mustafayev “PASHA Capital” şirkətində baş direktorun müşaviri vəzifəsinə başlayıb.
GDP xəbər verir ki, bu, barədə məlumat onun rəsmi sosial şəbəkə profilində əks olunub.
O, bu təyinatadək “Azərpoçt”un İdarə Heyətinin sədri (2023-2026), daha öncə isə həmin şirkətdə İdarə Heyətinin üzvü (2022-2023) vəzifələrində çalışıb.
Mustafayev 2020-2021-ci illərdə “Rabitəbank” ASC-də departament direktoru, 2016-2020-ci illərdə isə “AG Bank” ASC-də departament direktoru olub.
O, əmək fəaliyyətinə 2000-ci ildə “Partner Investment” MMC-də iqtisadçı kimi başlayıb. 2003-2016-cı illərdə Azərbaycan Mərkəzi Bankında çalışıb: əvvəlcə iqtisadçı, sonra baş iqtisadçı, daha sonra isə Kredit təşkilatlarına nəzarət departamentinin müdiri vəzifələrində işləyib.
Müəllif:Aynur Qəniyeva

