Close Menu
    What's Hot

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026

    Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

    06 Avqust 2026
    Trending
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    • Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026
      Recent

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026

      Azərbaycanda məsafədən idarə olunan gəmilərlə bağlı yeni qaydalar

      03 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Birja » Bakı Fond Birjası 2026-cı ilin I rübü: Ümumi dövriyyə 33,6%,korporativ qiymətli kağızlar üzrə REPO əməliyyatları 76% AZALIB
    Birja

    Bakı Fond Birjası 2026-cı ilin I rübü: Ümumi dövriyyə 33,6%,korporativ qiymətli kağızlar üzrə REPO əməliyyatları 76% AZALIB

    06 Aprel 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026-cı ilin ilk rübündə Bakı Fond Birjasında (BFB) ticarət aktivliyi əvvəlki ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə zəifləyib. Rəsmi göstəricilərin müqayisəsi göstərir ki, 2025-ci ilin yanvar–mart aylarında 17,8 milyard manata yaxın olan ümumi dövriyyə 2026-cı ilin eyni dövründə 11,85 milyard manata enib. Beləliklə, bazarda təxminən 6 milyard manata yaxın və ya 33,6% azalma qeydə alınıb. Əqdlərin sayı 7 450-dən 5 934-ə düşərək 20%-dən çox azalıb. Bu dinamika bazarda həm likvidliyin, həm də ümumi aktivliyin zəiflədiyini göstərir.

    Azalmanın əsas səbəbi kimi REPO əməliyyatlarında baş verən kəskin geriləməni göstərmək. 2025-ci ilin müvafiq dövründə bazarın əsas hərəkətverici qüvvəsi olan REPO əməliyyatlarının həcmi 16,7 milyard manat olduğu halda 2026-cı ilin ilk rübündə bu tip əməliyyatların həcmi  10,75 milyard manata düşərək 35,7% azalıb. Bu, təkcə ümumi dövriyyəyə deyil, bazarın strukturuna da ciddi təsir edib. Xüsusilə korporativ qiymətli kağızlar üzrə REPO əməliyyatlarının 76%-dən çox azalması investorların riskli aktivlərdən uzaqlaşdığını açıq şəkildə göstərir. Digər tərəfdən, ARMB notları üzrə REPO əməliyyatlarında kəskin artım qeydə alınıb ki, bu da Mərkəzi Bankın likvidliyi tənzimləmək üçün daha fəal müdaxilə etdiyini göstərir.

    Dövlət qiymətli kağızları bazarında isə maraqlı və ziddiyyətli tendensiya müşahidə olunur. Bu seqmentdə dövriyyə 193 milyon manatdan 487,8 milyon manata yüksələrək 2,5 dəfədən çox artıb. Lakin əqdlərin sayı əksinə, 217-dən 81-ə düşüb. Bu isə onu göstərir ki, bazarda daha az sayda, lakin daha iri həcmli əməliyyatlar həyata keçirilib. Başqa sözlə, dövlət qiymətli kağızlarına maraq artsa da, bu maraq əsasən iri institusional investorlar tərəfindən formalaşdırılıb.

    Mərkəzi Bankın alətləri də bazarda çəkisini əhəmiyyətli dərəcədə artırıb. ARMB notlarının dövriyyəsi 34,9 milyon manatdan 285,7 milyon manata yüksələrək 7 dəfədən çox artıb. Əqdlərin sayında da artım müşahidə olunur. Bu dinamika onu göstərir ki, pul bazarında likvidliyin idarə olunması daha çox qısamüddətli alətlər vasitəsilə həyata keçirilir və banklar üçün daha təhlükəsiz yerləşdirmə imkanları ön plana çıxır.

    Ən ciddi geriləmə isə korporativ qiymətli kağızlar bazarında qeydə alınıb. Bu seqmentdə ümumi dövriyyə 473 milyon manatdan 120 milyon manata düşərək təxminən 75% azalıb. Xüsusilə ilkin bazarda vəziyyət kəskin zəifləyib -yeni emissiyalar 90%-dən çox azalıb. Bu, şirkətlərin kapital bazarlarına çıxış imkanlarının məhdudlaşdığını və ya borclanma ehtiyaclarının azaldığını göstərir. Bunun fonunda təkrar bazarda müəyyən canlanma müşahidə olunsa da, bu artım ümumi azalmaya təsir göstərə bilmir.

    İpoteka istiqrazları bazarında da azalma tendensiyası davam edir. Dövriyyə 427 milyon manatdan 207 milyon manata düşərək 51% azalıb. Bununla belə, əqdlərin sayının artması onu göstərir ki, bazarda daha kiçik həcmli əməliyyatlar üstünlük təşkil etməyə başlayıb. Bu isə maliyyələşmənin daha fragmentləşmiş xarakter aldığını göstərir.

    Bazarın strukturunda diqqət çəkən digər mühüm dəyişiklik ilkin və təkrar bazarlar arasında müşahidə olunur. İlkin bazar 33,7% azalaraq zəiflədiyi halda, təkrar bazarda 37,7% artım qeydə alınıb. Bu isə yeni qiymətli kağız buraxılışlarının azaldığını, lakin mövcud alətlər üzərində ticarətin aktivləşdiyini göstərir.

    Ümumilikdə, 2026-cı ilin ilk rübünün nəticələri onu göstərir ki, Bakı Fond Birjasında aktivlik azalsa da, bazarın davranış modeli dəyişib. İnvestorlar daha çox aşağı riskli, dövlət və Mərkəzi Bank alətlərinə yönəlir, korporativ sektor isə əvvəlki illərlə müqayisədə daha zəif çıxış edir. Bu isə bazarda risk iştahının azalması, likvidliyin daha ehtiyatlı idarə olunması və ümumilikdə maliyyə sistemində konservativ yanaşmanın güclənməsi ilə izah olunur. Mövcud tendensiyalar davam edərsə, yaxın dövrdə bazarın bərpası daha çox makroiqtisadi sabitlik, faiz mühiti və korporativ sektorun aktivliyindən asılı olacaq.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

    06 Avqust 2026

    Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

    05 Avqust 2026

    Brent nefti 79,01 dollara düşüb

    05 Avqust 2026

    ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

    30 İyul 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.