Close Menu
    What's Hot

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026
    Trending
    • AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026
      Recent

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » “Bank Melli İran” Bakı filialının kapital 54,7 milyon artıb, maliyyə institutlarındakı vəsaiti 95,2% azalıb
    Bank

    “Bank Melli İran” Bakı filialının kapital 54,7 milyon artıb, maliyyə institutlarındakı vəsaiti 95,2% azalıb

    10 Aprel 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “Bank Melli İran” Bakı filialının 2026-cı ilin I rübü (yanvar–mart) üzrə maliyyə göstəricilərinin təhlili göstərir ki, hesabat dövrü ümumilikdə bank üçün müsbət nəticələrlə yadda qalıb və strateji aktiv struktur dəyişiklikləri fonunda gəlirlilik təmin edilib.

    “Bank Melli İran” Bakı filialının 2026-cı ilin birinci rübündə xalis mənfəəti 1 milyon 328 min manat təşkil edərək, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min manat və ya 13,1% azalıb. “Bank Melli İran” Bakı filialı  rübü 1 328 385 manat xalis mənfəətlə başa vuraraq əvvəlki dövrlərdən yığılmış zərərin müəyyən hissəsini kompensasiya etmiş, eyni zamanda kapital bazasını gücləndirmişdir. Kapital 2,49% artaraq 54,7 milyon manata çatmış, bu isə bankın maliyyə dayanıqlılığının möhkəmləndiyini göstərmişdir. Mənfəətin əsas mənbəyini 1 355 314 manat məbləğində faiz gəlirləri təşkil etmiş, faiz xərclərinin sıfır olması bankın cəlb etdiyi resurslar üzrə xərc daşımadığını və nəticədə xalis faiz marjasının maksimum səviyyədə formalaşdığını göstərmişdir.

    Aktivlərin ümumi həcmi cüzi 0,66% artaraq 121,1 milyon manata yüksəlmişdir. Bu artımın arxasında əsasən struktur dəyişikliyi dayanır: filial maliyyə institutlarında yerləşdirdiyi vəsaitləri 95,2% azaldaraq onları daha yüksək gəlirlilik potensialına malik qiymətli kağızlara yönəltmişdir. Nəticədə, ödəniş tarixinədək saxlanılan qiymətli kağızlar portfeli 247,8% artaraq 53,7 milyon manat yüksəlmiş və əsas gəlir gətirən aktivə çevrilmişdir. Bu addım filialın daha passiv və aşağı gəlirli yerləşdirmələrdən imtina edib investisiya yönümlü strategiyaya keçdiyini göstərir. Kredit portfelində 10,5% azalma müşahidə edilmiş, bu isə risklərin azaldılması və resursların daha sabit gəlir mənbələrinə yönəldilməsi siyasəti ilə bağlı olmuşdur. Nağd vəsaitlərdə 333 761 manatlıq azalma qeydə alınsa da, ümumi likvidlik səviyyəsi yüksək olaraq qalmış, pul vəsaitləri 35,8 milyon manata çatmışdır ki, bu da cari öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər ehtiyat təmin edir.

    Öhdəliklər tərəfində ümumi azalma (−0,81%) bankın borclanma yükünü müəyyən qədər yüngülləşdirmişdir. Xüsusilə subordinasiya borcu 471 600 manat azalmış, bu da əsasən məzənnə yenidənqiymətləndirilməsi ilə bağlı olmuşdur. Bunun əksinə olaraq, müştəri hesablarının 0,81% artaraq 300 174 manat yüksəlməsi bankın müştəri etimadının və bazar sabitliyinin qorunduğunu göstərir.

    Xərclər blokunda 575 490 manatlıq ehtiyat ayırmaları və 536 168 manatlıq inzibati xərclər mənfəətə azaldıcı təsir göstərən əsas amillər kimi çıxış etmişdir. Ehtiyat ayırmaları potensial risklərə qarşı yaradılan müdafiə buferi rolunu oynayır və gələcəkdə aktiv keyfiyyətinin yaxşılaşması halında qismən geri qaytarıla bilər. Digər tərəfdən, valyuta mövqeyi üzrə 43 144 manat zərər və məzənnə dəyişikliklərinin pul vəsaitlərinə 782 551 manat mənfi təsiri bank üçün əsas risk istiqamətlərindən biri kimi qalmaqdadır. Bu, filialın valyuta risklərinin idarə edilməsinə daha çevik və balanslı yanaşma ehtiyacını göstərir.

    Pul vəsaitlərinin hərəkəti hesabatına görə, əməliyyat fəaliyyətindən əldə olunan pul axını demək olar ki, sıfır səviyyəsində 5 067 manat olmuşdur. Bu, cari fəaliyyətin sabitliyini və kəskin likvidlik probleminin olmadığını göstərir. Böyük həcmdə qiymətli kağız alışları nağd çıxışa səbəb olsa da (53,6 milyon manat), maliyyə institutlarından geri alınan 52,4 milyon manat bu çıxışı kompensasiya etmişdir.

    Ümumilikdə, “Bank Melli İran” Bakı filialı 2026-cı ilin birinci rübündə daha gəlirli və nisbətən az riskli aktivlərə yönəlməklə səmərəli maliyyə strategiyası həyata keçirmişdir. Faiz gəlirlərinin artımı və kapitalın möhkəmlənməsi filialın gəlirliliyini və maliyyə sabitliyini dəstəkləmiş, lakin valyuta riski və xərclərin optimallaşdırılması məsələləri növbəti dövrlərdə diqqət mərkəzində saxlanılmalı əsas istiqamətlər olaraq qalmaqdadır.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

    06 Avqust 2026

    BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

    05 Avqust 2026

    Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

    05 Avqust 2026

    Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

    05 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.