“Bank of Baku” ASC-nin Ödəniş sistemləri departamentinə yeni direktor təyin edilib.
GDP xəbər verir ki, Tamerlan Rüstəmov “Bank of Baku” ASC-nin Ödəniş sistemləri departamentinin direktoru vəzifəsinə təyin edilib.
O, 2020-ci ilin yanvar ayından bu təyinata kimi Ödəniş sistemləri departamentinin direktor müavini kimi çalışıb.
2007-2008-cic illərdə “Debut” KB ASC-də iqtisadçı vəzifəsində işləyib. 2008-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankında Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsində fəaliyyətə başlayaraq böyük mütəxəssis olub. 2017-2020-ci illər ərzində fəaliyyətini Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında Maliyyə Bazarlarına Nəzarət İdarəsinin rəisi olaraq davam etdirib.
Həmçinin Azərbaycan Banklar Assosiasiyasında “Ödəniş sistemləri və rəqəmsla bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəridir. Azərbaycan Fintex Assosiasiyasında müstəqil ekspert olaraq fəaliyyət göstərir.

