Close Menu
    What's Hot

    Mikayıl Cabbarov: “Orta Dəhliz üzrə yük axını 3 dəfə arta bilər”

    25 Sentyabr 2026

    Emin Hüseynov: Çin şirkətləri Qarabağda istehsal qurmaq üçün təkliflər verib

    25 Sentyabr 2026

    Bank kartlarına limitlə bağlı ABA-dan yeni AÇIQLAMA

    24 Sentyabr 2026
    Trending
    • Mikayıl Cabbarov: “Orta Dəhliz üzrə yük axını 3 dəfə arta bilər”
    • Emin Hüseynov: Çin şirkətləri Qarabağda istehsal qurmaq üçün təkliflər verib
    • Bank kartlarına limitlə bağlı ABA-dan yeni AÇIQLAMA
    • “Brent” neftinin qiyməti 108 dolları ötüb
    • AMFA-nın 12-ci Konfransında mikromaliyyə sektorunun gələcəyi müzakirə ediləcək
    • Dövlət məktəblərində adambaşına maliyyələşdirmə sistemi tətbiq ediləcək
    • Azərbaycanda sığorta ödənişlərinin artım tempi sığorta haqlarını 4 dəfədən çox üstələdi
    • Bakcell-də hədiyyə mövsümü başladı
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Bank kartlarına limitlə bağlı ABA-dan yeni AÇIQLAMA

      24 Sentyabr 2026
      Recent

      Bank kartlarına limitlə bağlı ABA-dan yeni AÇIQLAMA

      24 Sentyabr 2026

      AMFA-nın 12-ci Konfransında mikromaliyyə sektorunun gələcəyi müzakirə ediləcək

      24 Sentyabr 2026

      Mərkəzi Bankın uçot dərəcəsini dəyişməyib, faiz dəhlizini genişləndirməsi nə deməkdir, bank sektorunda nə dəyişəcək?

      23 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Bakı Fond Birjası: “Dövlət istiqrazlarının ticarət dövriyyəsi 79,3 faiz azalıb”

      22 Sentyabr 2026

      “Brent” neftinin qiyməti 108 dolları ötüb

      24 Sentyabr 2026

      Brent neftinin qiyməti bir barel üçün 101,64 dollara yüksəlib

      23 Sentyabr 2026

      Brent neftinin qiyməti 98 dollardan aşağı düşüb – İran Hörmüz boğazını açmağa hazırdır

      22 Sentyabr 2026

      Brent nefti 2%-dən çox ucuzlaşdı

      21 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Brent” neftinin qiyməti 108 dolları ötüb

      24 Sentyabr 2026

      Brent neftinin qiyməti bir barel üçün 101,64 dollara yüksəlib

      23 Sentyabr 2026

      Brent neftinin qiyməti 98 dollardan aşağı düşüb – İran Hörmüz boğazını açmağa hazırdır

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell-də hədiyyə mövsümü başladı

      24 Sentyabr 2026
      Recent

      Bakcell-də hədiyyə mövsümü başladı

      24 Sentyabr 2026

      Maliyyə Nazirliyi dövlət müəssisələrinin monitorinqini genişləndirir: say 10-dan 22-yə çatıb

      23 Sentyabr 2026

      Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov işdən ayrılıb

      22 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Emin Hüseynov: Çin şirkətləri Qarabağda istehsal qurmaq üçün təkliflər verib
    Biznes

    Emin Hüseynov: Çin şirkətləri Qarabağda istehsal qurmaq üçün təkliflər verib

    25 Sentyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Ağdam, Füzuli və Xocalı rayonlarında bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, eləcə də artıq salınmış kəndlərin ikinci mərhələlərinin tikintisi əsas prioritetlər sırasındadır.

    GDP xəbər verir ki,bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, qarşıdakı dövrdə hər üç rayonda həm şəhərlərdə, həm də yeni kəndlərdə bərpa prosesi davam edəcək.

    “Eyni zamanda, mövcud tikilmiş kəndlərin ikinci mərhələləri əsas prioritetlərimizdən biridir. Birinci mərhələlər tikilib, ikinci mərhələləri də davam etdirməliyik. Çünki artıq köçmüş əhali və bundan sonra köçmək istəyən vətəndaşlar arasında buna böyük istək var. Vətəndaş qəbullarımız da bunu göstərir”, – Emin Hüseynov qeyd edib.

    Xüsusi nümayəndə işğaldan azad edilmiş ərazilərdə sənaye və sahibkarlığın inkişafı istiqamətində fəaliyyətin də davam etdiriləcəyini vurğulayıb. O bildirib ki, Ağdam Sənaye Parkında hazırda 30-dan çox rezident fəaliyyət göstərir, onlardan 9-u artıq istehsala başlayıb.

    Emin Hüseynovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan xüsusi iqtisadi rejim, mövcud güzəştlər və dövlət təşviqi mexanizmləri bu ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkar və şirkətlərin marağını artırır.

    Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə, xüsusilə kənd təsərrüfatı və emal sahələrində fəaliyyət göstərmək istəyən sahibkarların sayının artdığını deyən xüsusi nümayəndə hesab edir ki, əhalinin bölgəyə qayıdışı biznes üçün də yeni imkanlar yaradır.

    “Əhali ora köçdükcə həm işçi qüvvəsi, həm müştəri bazası, həm də infrastruktur formalaşır. Bunlar ekosistemin bütün vacib elementləridir. Əminəm ki, emal sənayesi müəssisələri də orada olacaq”, – o bildirib.

    Xarici şirkətlər Qarabağdakı layihələrlə maraqlanır

    Emin Hüseynov xarici investorların bölgəyə marağı barədə də danışıb. Onun sözlərinə görə, demək olar ki, hər ay səfirliklər və şirkətlər vasitəsilə xarici tərəfdaşlarla təmaslar keçirilir, səfərlər və təqdimatlar təşkil olunur.

    O qeyd edib ki, hazırda bir sıra xarici şirkətlər bölgədə birgə müəssisələr və ya təchizatçı qismində fəaliyyət göstərir. Bununla belə, sırf 100 faiz xarici kapitalla yaradılmış müəssisələrin hələlik olmadığını bildirib.

    Xüsusi nümayəndə Slovakiya, Türkiyə, Yaponiya və Çin şirkətlərinin bölgəyə maraq göstərdiyini də açıqlayıb. O xatırladıb ki, Ağdam rayonunun Baş Qərvənd kəndinin tikintisi Slovakiya mütəxəssislərinin iştirakı ilə həyata keçirilir və Slovakiya şirkətləri bölgədəki imkanlara böyük maraq göstərirlər.

    Türkiyə şirkətlərinin də davamlı maraq nümayiş etdirdiyini bildirən Emin Hüseynov Yaponiya şirkətlərinin də bölgədəki imkanlarla yaxından maraqlandığını deyib.

    Onun sözlərinə görə, son dövrlərdə Çin şirkətlərindən də konkret təkliflər daxil olub. Bu təkliflər əsasən tikinti materiallarının satışı və emalı, yerli istehsalın qurulması və prefabrik materialların hazırlanması ilə bağlıdır. Məqsəd tikinti prosesinin sürətinin və keyfiyyətinin artırılmasına töhfə verməkdir.

    Emin Hüseynov bildirib ki, daxil olan təkliflər qiymətləndirilir, şirkətlərin biznes planları, iqtisadi və maliyyə dayanıqlığı nəzərdən keçirilir.

    “Bir biznesin qurulması üçün bir çox amillər nəzərə alınmalıdır. Bu, bir prosesdir və bəzən bir qədər uzun çəkir”, – xüsusi nümayəndə əlavə edib.

    Müxtəlif:  Aynur Qəniyeva 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Mikayıl Cabbarov: “Orta Dəhliz üzrə yük axını 3 dəfə arta bilər”

    25 Sentyabr 2026

    Gənclərin əmək bazarına hazırlanmasına Batıgöz klinikalarından dəstək

    24 Sentyabr 2026

    Formula 1 ilə əlaqədar “AzerGold”un satış xidmətində dəyişiklik

    23 Sentyabr 2026

    Zakir İbrahimov: “AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 mlrd. manata çatdırmağı hədəfləyir”

    22 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.